Deputat Türkiyə filmlərinin Azərbaycan dilinə tərcüməsinə etiraz etdi

Deputat Türkiyə filmlərinin Azərbaycan dilinə tərcüməsinə etiraz etdi"Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması olduqca vacib və əlamətdar bir hadisədir. Çünki hazırkı tarixi inkişaf mərhələsində gücdən danışarkən biz həm də yumşaq güc kimi xarakterizə etiyimiz informasiya gücündən danışırıq. Media isə bizim informasiya məkanımızın keyfiyyətini, trendini təyin edən vasitədir və əslində elə həm də milli gücümüzün tərkib hissəsi kimi çıxış edir".

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Hikmət Babaoğlu "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiqlənməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Hikmət Babaoğlunun sözlərinə görə, şanlı Vətən müharibəsi zamanı da gördük ki, informasiya nə qədər güclü silahdır və Azərbaycan Prezidenti bu silahdan da düşmənin informasiya müharibəsinə qarşı necə məharətlə istifadə etdi:

"Ona görə də qardaş Türkiyənin mediası ilə ortaq əməkdaşlıq və koordinasiya edilmiş fəaliyyət bizim qlobal informasiya məkanında gücümüzü daha da artıracaq və ortaq media platforması yaradılacaq. İmzalanan memorandumda bütün bu məsələlər öz əksini tapmaqla bir məsələ ayrıca vurğulanır. Sənəddə əlaqələrin və qarşılıqlı anlaşmanın təmin edilməsində medianın rolu xüsusi olaraq önə çəkilir və bunun inkişaf etdirilməsinin zəruriliyi qeyd edilir. Bu, çox mühüm məsələdir. Ona görə ki, qarşılıqlı dil, ünsiyyət anlaşması olmasa, birgə mediadan və onun səmərəli fəaliyyətindən də danışmaq olmaz".

Deputatın fikrincə, dolayısıyla sənəddə elə bir ortaq ünsiyyət mühitindən danışılır ki, orada anlaşma problemi yoxdur və bu vəzifə kimi müəyyənləşdirilir.

"Ancaq çox təəssüf ki, bu çağırışlar bəzi media institutlarımız tərəfindən lazımi qədər diqqətə alınmır. Xüsusən son dövrlərdə Azərbaycan televiziya kanallarında efirə verilən və çox maraqla qarşılanan türk film və serialları Azərbaycan dilinə tərcümə edilir".

Millət vəkilinin fikrincə, bu, əslində imzalanan memorandumda irəli sürülən məqsədlərlə bir qədər uyğun gəlmir: "Onda belə çıxır ki, hər gün televiziya efirində ekspert, şərhçi qismində çıxış edən türkiyəli mütəxəssislərin də fikirlərini tərcümə edib efirə verməliyik? Bu, doğru deyil. Böyük Mirzə Ələkbər hələ öz dövründə buna etiraz edərək, "türkcədən türkcəyə tərcümə də nə demək", deyə fikir bəyan etmişdi. Bəzi hallarda bununla da ürəyimiz soyumur, qardaş Türkiyə Cümhuriyyətinin adını Türkiyə Respublikası kimi tələffüz edirik. Bu, əsla yolverilməzdir. Bu ölkəni quran böyük Mustafa Kamal Atatürk onun adını Türkiyə Cümhuriyyəti qoyub. Adlarsa tərcümə edilmir! O başqa məsələdir ki, ərəb sözü olan cəmahiriyyə və ingilis sözü olan repablik eyni mənanı verir. Yaxud "Zeytun dalı" əməliyyatını "Zeytun budağı", "Barış Pınarı" əməliyyatını "Sülh bulağı" kimi yanlış tərcümələr edirik. Bunlar dil və dilçilik baxımından da təsdiq edəcəyimiz sənədin strateji məqsədləri baxımından da doğru deyil. Ona görə də fikrimcə, televiziyalarımız türk filmlərini tərcümə edərək efirə verməməlidirlər. Tam əksinə, Türkiyə televiziyaları ilə birlikdə Vətən müharibəsindən bəhs edən filmlər, seriallar çəkməlidirlər".

Hikmət Babaoğlu bu sənəddə öz əksini tapan məqsədlərin bütün mediamızın fəaliyyət proqramına çevriləcəyinə ümidvar olduğunu söyləyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 625   Tarix: 01 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş

İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyest

20 dekabr