İnfeksionist: Mutant virus ölkəmizə də gələ bilər, çünki...

İnfeksionist: Mutant virus ölkəmizə də gələ bilər, çünki..."Vaksinasiya prosesinin başlaması çox müsbət haldır. Bunun nəticəsində yoluxma sayı aşağı düşəcək. Ancaq vaksinasiya gedən müddətdə hər kəs profilaktik tədbirlərə riayət etməlidir. İnsanlar qaydalara əməl etməzsə, virusun cəmiyyətdə uzun müddət qalmasına səbəb olacaq".

Bu sözləri Publika.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

Həkim bildirib ki, hazırda yoluxma sayında müşahidə olunan azalma bir sıra yumşalma tədbirlərinin tətbiq olunmasına şərait yaradıb. Lakin bundan əvvəl də yumşalma dövründə yoluxma sayının kəskin artımı qeydə alınıb ki, bu da əlavə məhdudlaşdırıcı tədbirlərini zəruri edib. V.Caavadzadənin sözlərinə görə, bu səbəbdən insanlarda rahatlıq yaranmamalıdır:

"Bu hallar insanlar arasında qətiyyən rahatlıq yaratmamalıdır. Yoluxmaların sayının azalması sərt karantin tədbirlərinin nəticəsidir ki, bu gün 4 mindən çox yoluxma sayı 100 nəfərə qədər düşüb. Bu, vaksinasiyanın nəticəsi deyil. Çünki vaksinasiya yeni başlayıb və mərhələli şəkildə aparılır. Birinci tibb işçilərinə, indi isə 65 yaşdan yuxarı şəxslər peyvənd olunur. Vaksinasiya müəyyən bir müddət davam edən prosesdir. Bu sona çatana qədər insanlar ehtiyatı əldən verməməlidir. Çünki proses 5-10 günə yekunlaşan bir məsələ deyil, yəqin ki, 2-3 ay davam edəcək. İnsanlar immunitet formalaşana qədər tədbirlərə əməl etməli, məsafə saxlamalı, maskadan daim istifadə etməli, şəxsi gigiyenaya riayət etməlidirlər".

V.Cavadzadə qeyd edib ki, "Sinovac" vaksini vurulandan 42 gün sonra insanda immunitet formalaşır. Bu müddət ərzində isə hər kəs özünü ciddi şəkildə qorumalıdır:

"Peyvənd olunan insanlarda immunitetin nə dərəcədə formalaşacağından da xəbərsizik. Həmçinin, peyvənd vurulan insanın bir daha xəstələnməyəcəyi ilə bağlı fikirlər də yanlışdır. Ola bilsin ki, bəzi şəxslər yenidən yoluxsun, yüngül keçirsin və ya əlamətlər olmasın. Bu şəxslər virus daşıyıcısı olaraq digər insanları yoluxdura bilər. Buna görə də vətəndaşlar məsuliyyətli olmalıdır".

İnfeksionist məktəblilər arasında qeydə alınan yoluxmalara da münasibət bildirib. O, bir neçə şagird arasında virusun aşkar edilməsinin ciddi bir göstərici olmadığını deyib:

"Koronavirus infeksiyası varsa, məktəblilər də cəmiyyətin bir üzvü olduğu üçün, onlar da yoluxa bilər. Amma nəzərə almalıyıq ki, 10 yaşına qədər uşaqlarda virus təhlükəli vəziyyətin yaranmasına səbəb olmur. İbtidai sinif şagirdlərinin maska taxması isə məsləhət görülmür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrində də var ki, 10 yaşına qədər uşaqların maska taxmaq kimi bir zərurəti yoxdur. Onlar məktəbə gedirsə, məktəb kontingenti daha ciddi tədbirlər görməlidir. İlk olaraq məktəbə daxil olanda məktəblinin hərarəti ölçülməli, yüksək temperatur olarsa o şagird təhsil müəssisəsinə buraxılmamalıdır. Bütün heyət vaksinasiya prosesində iştirak etməlidir. Müəllimlər maskadan, üz sipərindən istifadə etməli, otaqların havası gün ərzində bir neçə dəfə dəyişilməli, dezinfeksiya olunmalıdır. Bu tədbirlər mütləq olmalıdır ki, məktəblilər arasında yoluxma artmasın. Ancaq məktəblilər arasında yoluxmanın artacağını düşünmürəm".

Vüqar Cavadzadə koronovirusun yeni ştammının region ölkələrində yayılmasının Azərbaycan üçün təhlükəli olub-olmaması məsələsinə də aydınlıq gətirib. Həkim bildirib ki, mutant virus ölkəmizə də gələ bilər:

"Koronavirusun yeni ştammına qonşu ölkələrdə rast gəlinir. Ümumilikdə, dünyanın 50-dən çox ölkəsində mutant virus aşkarlanıb. Bu günə qədər ölkəmizdə mutant virusun olması təsdiq olunmayıb. Ancaq Britaniya ştammı sürətlə yayılıbsa, ehtimal var ki, Azərbaycana da gəlsin. Çünki infeksiya sərhəd tanımır. Gəlsə də belə bütün dövlət strukturları və tibb müəssisələri buna hazırdır. Onun üçün də insanların təşvişə düşməsinə heç bir səbəb yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2573   Tarix: 04 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021