Tibb elmləri doktorundan məktəblərlə bağlı XƏBƏRDARLIQ

Tibb elmləri doktorundan məktəblərlə bağlı XƏBƏRDARLIQAlmaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev məktəblərlə bağlı xəbərdarlıq edib.

Sonxeber.az xəbər verir ki, koronavirusla mübarizənin bu mərhələsində xüsusi olaraq qeyd etməliyik ki, artıq tibbi müalicəvi müdaxilələr deyil, düşünülmüş epidemioloji müdaxilələr və strategiyalar önəm kəsb edir:

"Bunun üçün də ən son elmi tədqiqatlarla işləmək və onların nəticələrindən yararlanmaq lazımdır. Bu istiqamətdə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyacaq ən son iki mühüm nəticəni qeyd etmək istəyirəm. Bu nəticələr bizə bir daha uşaqların pandemiyadakı rolunu və virusun yayılmasındakı gizli, amma çox vacib məqamını göstərir. Nəticələri açıqlamadan öncə qeyd etməliyəm ki, son günlər eşitdiyim bir neçə əsassız fikirləri çıxarsaq, bu gün cəmiyyətdə uşaqlarla, xüsusi ilə də məktəblərin açılması ilə bağlı iki əsas fikir var. Bunlardan birincisi odur ki, məktəblər ən qısa zamanda tam şəkildə açılmalı və uşaqlar normal həyatlarına dönməlidir. Mən bunu deyənləri çox gözəl başa düşürəm və bunun səhv istək olduğuna zərrə qədər də şübhəm yoxdur.

Cəmiyyətdə formalaşan ikinci fikir isə cavabını gözləyən bir neçə sualdan ibarətdir: Ümumiyyətlə, məktəblərin bu gün tam açılması doğrudurmu, məktəbə gedən uşağın virusa yoluxmaq riski nə qədərdir, elm bu barədə nə deyir və bəlkə bir az da gözləyib virusa tam qalib gəldikdən sonra uşaqları tam təhlükəsiz məktəbə yola salaq?

Bu iki fikir arasında doğrunun hansı olduğunu mən bir elm adamı və eyni zamanda bu istiqamətdəki ən son elmi tədqiqatları yaxından izləyib araşdıra bilən birisi kimi deyə bilərəm. Bunu hər kəsin başa düşməsi üçün də elmi əsaslı şəkildə izah etmək istəyirəm. Belə ki, bu elmi nəticələr İngiltərədən (Office for National Statistics in England) təqdim olunan rəsmi hesabat məlumatına və Avstriyada aparılan ən son elmi tədqiqata əsaslanır".

"İngiltərədən təqdim olunan hesabatda çox maraqlı faktla rastlaşırıq. Deməli, məhdudiyyətlərin qismən tətbiq edildiyi karantin dövründə, yəni məktəblərin açıq saxlanıldığı və digər yerlərin əksəriyyətinin bağlı qaldığı dövrdə məktəbyaşlı uşaqlar arasında yoluxma böyüklərə nisbətən dörd dəfə çox olub.

Bu nəticələr dekabr ayında olan tətilə qədər qeydə alınıb. Amma tətil zamanı yoluxma hallarında əhəmiyyətli dərəcədə azalmalar olub. Bu da ilk növbədə onu deməyə əsas verir ki, məktəblilərin virusa yoluxma tezliyi böyüklərlə eynilik təşkil edir və bir qisim yerlərin bağlı, məktəblərin isə açıq olduğu halda da virusa yoluxma halına böyüklərdən daha çox uşaqlar arasında rast gəlinir.

Bundan başqa Avstriyada aparılan elmi tədqiqatın nəticələri də İngiltərədəki faktlarla eynilik təşkil edir və nəticələrin nə qədər əhəmiyyətli olmasını bir daha sübut edir. Belə ki, iki mərhələdə payız tətilindən sonra aparılan tədqiqatda 11 minə yaxın şəxs iştirak edib. Bunlar 250 məktəbin hərəsindən seçilən 60 məktəbli və 10 faizə yaxın müəllim olub.

Tədqiqatın nəticəsində məlum olub ki, məktəblər tam açıq olan zaman məktəblilər arasında yoluxmaların səviyyəsi böyüklərlə eynilik təşkil edir. Bundan başqa buradan bir daha aydın olur ki, məktəblər tam açıq olduqda virusun çoxalması baş verir və məktəbi açıq saxlayıb digər yerləri bağlayanda bəlli vaxtdan sonra uşaqlar arasında virusa yoluxma tezliyi çox yüksək həddə çatır və onlar da virusun ötürülməsinə və pandemiyanın davam etməsinə səbəb olur.

Ona görə də yuxarıdakı elmi əsasları nəzərə alaraq xatırlatma etmək istəyirəm ki, məktəblərlə bağlı son qərar verilərkən təkcə pedaqoji yanaşma deyil, bunun bu gün düşdüyümüz durumda epidemioloji tərəfdən də əhəmiyyəti nəzər alınmalı və düşünülmüş epidemioloji müdaxilələrdəki rolu da düzgün dəyərləndirilməlidir"- deyə o əlavə edib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 895   Tarix: 11 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021