Qohumlarını ermənilər qırdı, "Kirovabad" adına görə həbs olundu - Dəyirmanda fəhlə işləyən Xalq artisti

Qohumlarını ermənilər qırdı, "Kirovabad" adına görə həbs olundu - Dəyirmanda fəhlə işləyən Xalq artistiSonxeber.az Kulis.az-a istinadən Xalq artisti Muxtar Avşarov haqqında maraqlı faktları təqdim edir.

Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirib, sağ qalan ailə üzvləri Türkiyəyə üz tutmuş və ara sakitləşəndən bir müddət sonra Gəncəyə pənah gətiriblər.

***

1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oxuyub. IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayıb. Hələ məktəbli vaxtlarından incəsənətə, teatra həvəsi olur. Boş vaxtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən dram dərnəyində aktyor kimi səhnəyə çıxıb.
Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır.

Bir müddətdən sonra onu Gəncə Dövlət Dram Teatrına dəvət edilir. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxır. Sonralar Səməd Vurğunun "Vaqif", Cəfər Cabbarlının "Nəsrəddin şah", "Yaşar", "1905-ci ildə", "Almaz" əsərləri ilə səhnəyə çıxır.

***

Böyük Vətən müharibəsi başlanandan üç gün sonra onu siyasi əqidəsinə görə həbs edirlər. Həbsə səbəb kimi isə aktyorun ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək "Kirovabad" qoyulmasına etiraz etməsini göstərirlər. Həqiqətən də Gəncənin "Kirovabad" adlandırılmasına etiraz edənlər arasında Muxtar Avşarov da var idi. Bundan başqa gənc Muxtar Gəncə Dövlət Dram Teatrına Lavrenti Beriyanın adının verilməsinə də etiraz etmişdi. Onun "Mən Beriyanın düşməni deyiləm, lakin onun Gəncə Teatrı ilə nə əlaqəsi?" sözləri dərhal yuxarılara çatdırılır.

***

Taleyin ironiyası olmalıdır ki, Muxtarov həmin gün səhnədə "KQB"nin qurucusu Feliks Dzerjinski obrazını canlandırır. Onu nələrin gözlədiyindən xəbərsiz rolunu oynayır. NKVD-dən gələn bir neçə nəfər isə Gəncə Teatrının direktorunun otağında tamaşanın bitməsini gözləyirlər. Onlar aktyoru səhnədə, tamaşaçıların gözləri qarşısından deyil, daha sonra həbs etməyi daha məqsədəuyğun sayırlar. Tamaşa bitir, "dəmir Feliks" rolunu oynayan Muxtarı direktorun otağına çağırır və aparırlar...

Beş il həbsdə yatan Avşarov nəhayət yazdığı ərizələrin müqabilində vaxtından beş il əvvəl azadlığa buraxılır. Onun qayıdışı ilə Gəncə teatrı Süleyman Sani Axundovun "Eşq və intiqam" əsərini tamaşaya qoyur və əsas rolu ona həvalə edir.

***

Tamaşanın ertəsi günü onu yenidən teatrdan azad edirlər. Əmr belə idi ki, o, ictimai yerlərdə, ictimaiyyət arasında olmamalıdır. Bir müddət işsiz qalan Muxtar Avşarov dəyirmanda fəhlə işləyir, nəhayət Stalinin ölümündən sonra yenidən Gəncə teatrında fəaliyyətini davam etdirir. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrındakı uğurlu çıxışlarına görə 1960-cı ildə o, respublikanın əməkdar artisti fəxri adına layiq görülür.

***

1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışmış, yüzlərlə tamaşada müxtəlif xarakterli obrazlar yaratmışdır. Teatrın kollektivi ilə tez bir zamanda qaynayıb-qarışan Muxtar Avşarovun tez bir zamanda çoxlu dostları yaranır, hansı ki, əvvəllər onlarla şifahi tanışlığı vardı. Həmişə dostluqdan söz düşdükdə M. Avşarov zarafatyana belə deyirdi: "Qadınlara mənim çox səmimi münasibətim olub. Mən onlarla olan dostluğumu yüksək qiymətləndirirəm. Çünki, onlara sirr vermək olar".

Aktyorun kinoya gəlişində görkəmli rejissor Hüseyn Seyidzadənin xüsusi rolu olub. Sənətkar bu barədə müsahibələrində deyir: "Hüseyn Seyidzadə ilə olan tanışlığım 1932-ci illərə təsadüf edir. Bilet növbəsinə dayanarkən tanış olmuşduq. 1960-cı il idi, Gəncə teatrında çalışırdım. Bir gün mənə dedilər ki, səni Bakıdan gələn Hüseyn Seyidzadə soruşur. Getdim, xoş-beşdən sonra rejissor mənə dedi ki, səni "Yenilməz batalyon" filminin sınaq çəkilişlərinə çağırmışam. Məni "uryadnik" və bandit rolunda yoxladı. Sonra məlum oldu ki, bandit roluna təsdiq olunmuşam..."

***

Muxtar Avşarov çəkildiyi filmlərdə kaskadyor işlərinin öhdəsindən də məharətlə gəlir. Aktyor "Dəli Kür" filminin çəkilişlərini belə xatırlayır: "Filmdə çətin tryuklar var idi. Bunun üçün də Moskvadan kaskadyorlar dəvət olunmuşdu. Gününə 50 rubl verilirdi. Bir gün rejissora dedim: "Hüseyn, qadan alım, mən kəndli balasıyam. At sürməyi çox gözəl bacardığım üçün kaskadyorun işini də yerinə yetirə bilərəm. Necə olur ki, mənim günümə 25 rubl verirsən, ancaq kaskadyorun gününə - bir dəfə atdan hoppanmağına 50 rubl verirsən. Bir halda ki, bacarıram, onda kaskadyorun işini mən görə bilərəm!" Cavabında belə dedi: "Mən aktyora kaskadyor işini gördürə bilmərəm. Axı bunun yıxılmağı da var. Yıxılıb zədələnsən, sənin öz işini kim görəcək". Beləcə, imkan vermədi.

Ancaq çəkiliş vaxtı fasilə elan olunanda Hüseyn Seyidzadə dincəlməyə gedir. Bundan istifadə edən aktyor tərəf müqabillərinin yanına gəlir və onlara deyir: "Mən atımı minib çapacağam. Siz də o zaman Hüseyn Seyidzadəyə xəbər verin. Operatora da əvvəlcədən xəbərdarlıq edən aktyor atı minib çapır. Hüseyn Seyidzadəyə yaxınlaşan zaman o, atı yıxır. Özü də ondan bir neçə metr aralı tullanaraq tüfəngi əlinə alır. Bunu görən rejissor bərk hirslənir. "Pəhləvanlıq edirsən" deyir. Rejissorun ona acığı tutsa da, ondan incisə də, həmin səhnə lentə alınır. Vaxt gəlir, çəkiliş başa çatır. Film Moskvaya aparılır, ancaq film qəbul edilmir. Filmin finalının dəyişdirilməsi tapşırılır. H. Seyidzadə geri qayıdandan sonra həmin səhnəni "Dəli Kür" filminin final səhnəsinin yerinə calaq edir.

***

Muxtar Avşarov qırxillik kino fəaliyyəti dövründə "Sevil", "Ulduzlar sönmür", "Axırıncı aşırım", "Qatır Məmməd", "Tütək səsi", "Arxadan vurulan zərbə", "Birisigün, gecəyarısı", "Atları yəhərlərin", "Qəm pəncərəsi", "Kişi sözü", "İşarəni dənizdən gözləyin", "Qətl günü" və s. filmlərə çəkilib.

***

Avşarov 1989-cu ildə "yenidənqurma" dövrünün qərarlarına uyğun olaraq "60 yaşından yuxarı olan adamlar işdən azad olmalıdır" qərarı ilə işdən azad olunur. 1992-ci ildə Xalq artisti Amaliya Pənahova Bakı Bələdiyyə Teatrını yaradır və qocaman aktyor Muxtar Avşarovu həmin teatra dəvət edir. Teatrda işlədiyi müddətdə "Nadir şah", "Dönüş" və bir çox tamaşalarda maraqlı obrazlar yaradır.

Hər kəsə qarşı olduqca səmimi olan ağsaqqal-nurani insanın ahıl yaşlarında gözlərinin görmə qabiliyyəti zəifləyir. Belə ağır vaxtlarda onu filmlərə çəkilməyə dəvət edirdilər. Rejissor Vaqif Mustafayev onu çəkiliş meydançasına dəvət edir, aktyor yalnız ayaq addımlarını saymaqla filmə çəkilir.

***

2002-ci il noyabr ayında Muxtar Avşarov Bakı Bələdiyyə Teatırnın 10 illik yubileyi ilə əlaqədar olaraq, Xalq artisti fəxri adına layiq görülür.

***

6 dekabr 2004-cü ildə Muxtar Həsən oğlu Avşarov 90 yaşında dünyasını dəyişir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4353   Tarix: 21 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş
.
Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Ölüm ayağında "məni bəzəyin" deyən Xalq artisti – Maraqlı faktlar

Bu gün Xalq artisti, maraqlı aktrisa Firəngiz Şərifovanın doğum günüdür. Sonxeber.az bildirir ki, kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.. . Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Səkkiz yaşında birinci sinifə gedib, rus dilində təhsil alıb. Orta məktəbl

27 fevral

Azad olunmuş ərazilərdə 106 yeni abidə AŞKARLANDI

"Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində Azərbaycan Respublikas

18 fevral

Dininə görə övladlarını atdı, şahın evlilik təklifini rədd etdi, 33 yaşında boğularaq öldürüldü

Sonxeber.az bildirir ki, Kulis.az filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın "XIX əsrin ən həyəcanlı əfsanəsi – Tahirə Qürrətüleyn" məqaləsini təqdim edir.. . XIX əsr Orta Şərqin ictimai-siyasi mühiti Tahirə Qürrətüleynin yaratdığı qadın azadlığı hərəkatının vüsəti və tərəqqisi ilə d

6 fevral

Çəkilişlərdə Amaliya Pənahova çayda boğuldu – Məşhur filmin pərdəarxası

Sonxeber.az kulis.az-a istinadən "Gözlə məni" bədii filminin təhlilini təqdim edir.. . "Gözlə məni" filmini rejissor Kamil Rüstəmbəyov İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında 1980-ci ildə ekranlaşdırılıb.. . Süjetə görə hadisələr 1920-ci ili

6 fevral

Cehizinin pulu ilə aborta gedən Mələyin faciəsi – Yeni pandemiya hekayə

Cehizinin pulu ilə aborta gedən Mələyin faciəsi – Yeni pandemiya hekayə. Sonxeber.az kulis.az-a istinadən şair-yazıçı Sevinc Elsevərin yeni yazdığı "A quşlarım, getməyin" hekayəsini təqdim edir.. . Göyəzən dağı hündürlükdə bir dağın ətəyində idi. Dağın yamacı yamyaşıl otlarla örtülmüşdü. Hə

6 fevral

O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi – Kinomuzun "Göygöz kosa"sı

Sonxeber.az kulis.az-a istinadən Azərbaycan kinosunda Göygöz kosa, Mazelli kimi obrazlarla məşhrulaşan rusiyalı aktyor Andrey Fayt haqqında maraqlı faktları təqdim edir.. . Andrey Fayt demək olar ki, heç vaxt müsbət rol oynamayıb. O, sovet kinosunda ömrünün son günlərinə qədər çəkilən aktyor kimi yadd

24 yanvar

Tofiq Quliyev öz oğlu ilə işləməkdən niyə imtina etdi? - "Babək" filminin pərdəarxası

Sonxeber.az Kulis.az-a istinadən Eldar Quliyevin "Babək" filminin təhlilini təqdim edir.. . Bu ekran əsərində görkəmli sərkərdə, siyasi xadim, Xürrəmilərin azadlıq hərəkatına başçılıq edən Babəkin bioqrafiyasının əhəmiyyətli hissəsi-əsasən ərəb işğalçılarına qarşı mübarizəsi təsvir olunur

10 yanvar

Ermənilərin oğurlayıb Amerikada milyonlar qazandığı Azərbaycan filmi

Sonxeber.az kulis.az-a istinadən Günel Mehrinin "Bir arşın malçı əhvalatı" bədii-sənədli filmində təqdim edilən tarixi faktlar əsasında yazdığı araşdırmanı təqdim edir.. . İl 1913. Gənc Üzeyir Hacıbəyov təhsil almaq üçün üz tutduğu Peterburqdan vətənə doğru məktublar qanadlandırır:. . "Bəradəri

27 dekabr 2020

Avropa Kinoakademiyası ilin ən yaxşı filmini açıqladı - FOTO

Avropa Kinoakademiyası 2020-ci ilin ən yaxşı filmini açıqlayıb. . . Sonxeber.az bildirir ki, danimarkalı rejissor Tomas Vinterberqin "Daha bir dəfə" filmi ilin ən yaxşısı seçilib. Filmdə baş rolu Mads Mikkelson oynayır. Bu barədə Avropa Kinoakademiyasının saytı məlumat yayıb. . . Qeyd edə

13 dekabr 2020