Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirən qüvvədir həm də ilham pərisi. Ona qədim yunan mifologiyasında Muza deyirlər. Mifologiyaya görə onlar Zevs və Mnemosinain Parnasda yaşayan qızları olub, elm, poeziya və incəsənətin tanrıçaları sayılırdılar. Yeri gəlmişkən, "Musiqi" sözü bu sözdən yaranıb. Yazıçı və şairlərin muzası çox vaxt sevdiyi adamlar olub elə. İlahi varlığa, ruha çevrilən həmin adamların verdiyi impulslar hər zaman onların gərəyi olub. Muzasız yaranan əsər cansız, ruhsuz, rəngsiz bir məxluqa bənzəyir. Əlbəttə ki, adı ilham pərisi olan o məchul varlığın əslində kim və ya nə olmasından asılı olmayaraq, onsuz mümkün deyil...

"Kaspi" qəzeti xəbər verir ki, ən lirik rus şairlərindən olan Sergey Yeseninin ilham pərisi balerina Aysedora Dunkan olub. Onlar ilk görüşdən sanki yüz ildir bir yerdə imişlər kimi dolanırdılar. Qəribəsi budur ki, xanım şairdən düz 18 yaş böyük idi. Amma onlar arasındakı əsas fərq yaşları yox, həyata tamamilə fərqli baxışları idi. Aysedora qatı feminist idi. Buna baxmayaraq, evlənmişdilər və onları birləşdirən yaradıcılıq, emosiyalar, hisslər də, elə bir gün onları ayrı saldı. Amma bu sevgidən gözəl şeirlər doğuldu. O şeirlər ki, Yeseninə ilham pərisi - Aysedora yazdırırdı.

Rus ədəbiyyatı "gümüş dövr"ünün ən sevimli şairlərindən Aleksadr Blok alim Dmitri Mendeleyevin qızı Lyuba Mendeleyevanı öz muzası kimi görür, dəhşətli dərəcədə sevirdi. Blok Lyubanın "yox" deyəcəyini düşünərək ona evlilik təklifinə gedəndə cibində məktub qoyub:

"Ölümümdə heç kimi günahlandırmayın...". Amma xoşbəxtlikdən Lyuba Blokun təklifinə razılıq verib. Blok onu dünyalar qədər sevir, bütün gözəl şeirlərini ona həsr edir, bir simvolist kimi onu qəlb dünyasının bələdçisi kimi görürdü. Görmək demişkən, Anna Axmatova isə Lyubanı tamam başqa cür görür və belə yazırdı:

"O, arxa pəncələri üstdə dayanmış begemota oxşayır, daxilən də xoşagəlməz, bədxah və qərəzli idi. Sanki nədənsə sınmışdı... Lakin Blok onda ömrü boyu sevdiyi qadını gördü. Və onu sevirdi..."

Rəssam Marina Basmanova da rus şairi İosif Brodskinin ilham pərisi olub. Bəlkə də dünyada heç kəsə bu qədər şeir həsr olunmayıb, o qədər ki, Brodski Marinaya həsr edib. Ömrünün sonuna qədər - yaradıcılığının ən gözəl çağlarında da, sürgündə olanda da, mühacirətdə olanda da şeirlərinin altında "M.B" inisialları qoydu. Dövrünün ədəbiyyat adamları Marinanı çox həlim xasiyyətli, az danışan, olduqca gözəl və gözlərində qeyri-adi bir parıltı olan qadın kimi qeyd edirdilər. Görünür, elə məhz bu parıltı şairi inanılmaz addımlar atmağa təhrik etmişdi. Dostu Bobışevla Marinanın münasibəti olduğundan xəbər tutandan sonra dövlət tərəfindən təqib olunan Brodski Moskvadan onun üçün daha təhlükəli Peterburqa köçmüşdü. Bunun nəticəsində şair tutuldu, psixi xəstəxanaya düşdü, məhkəmələrdə süründü, sürgün olundu. Amma özünün dediyinə görə, Marina ilə münasibətinin bu cür pozulmasının yanında bütün bunlar heç nə idi. Yaşadığı son dərəcə ağır hadisələrə baxmayaraq, ilham pərisi onu yenə də ruhlandırır, Marinaya yeni-yeni şeirlər həsr edirdi. Sevgisi bitmirdi...

Lev Nikolayeviç Tolstoyun ilham pərisinin yoldaşı Sofya Andreyevna Bersin olub-olmadığını deyə bilmərəm. Amma o qadın, hətta deyərdim ki, etalon həyat yoldaşı, Tolstoy üçün yaradıcılığında əvəzedilməz olub. O, sanki həyatda missiyası bu imiş kimi dünyaya dalbadal uşaq gətirir və Tolstoyun əlyazmalarının üzünü köçürürdü. On üç uşaq doğmağın (onlardan 10-u salamat qalmışdı), yoxsa ərinin bütün əsərlərinin üzünü yazı prosesi zamanı bir neçə dəfə köçürməyin daha rahat olduğunu demək, əlbəttə ki, çətindir. Bütün ömrü boyu ərinin yanında və qulluğunda olan Sofya Bers yaşlı vaxtında onun həyatını cəhənnəmə döndərmişdi. Əslində isə elə hər ikisi bir-birini incidirdi.

Fyodor Mixayloviç Dostoyevskinin həyat yoldaşı Anna Snitkina özündən 20 yaş kiçik idi. Yazıçıya əsərlərini qısa müddətdə yazmaq üçün stenoqraf lazım idi. Dostu, şagirdi olan Annanı ona məsləhət görür. Yazı prosesində onlar bir-birlərinə dəlicəsinə aşiq olur və evlənirlər. Anna Dostoyevskiyə görə çox ağır mərhələlərdən keçsə də, heç vaxt onu atmır, əksinə, həmişə onu sevgi və qayğı ilə əhatə edir, məişət və eləcə də nəşriyyat işlərindən uzaq tutur, daim yazmağa sövq edirdi. Yazıçıya xanımın bu sevgisi, dözümlülüyü, qayğısı həmişə ilham verib, çətin zamanlarda (Dostoyevskinin həyatında belə dövrlər heç də az olmayıb) ruhdan düşməyə imkan verməyib. 35 yaşında dul qalan Anna, Dostoyevskidən sonra heç kimlə ailə qurmur.

Mixail Bulqakovun sevdiyi qadın - həyat yoldaşı Yelena Sergeyevna yazıçıya olan sevgisinə görə generaldan ayrılıb. Və 1932-ci ildən Bulqakovun son nəfəsinə - 1940-cı ilə kimi hər an yanında olub. "Master və Marqarita"dakı Marqarita elə Yelenadır. "Sevgi bizim qarşımıza, qatil yerin dibindən yolun ortasına çıxan kimi çıxdı və hər ikimizi birdən heyran etdi!" - Bulqakov Yelena ilə özünü nəzərdə tuturdu əsərdə. "O, kommunal mətbəxin dəhşətlərindən xəbərsiz idi", - bu da onun haqqındadır. Yelena da Anna Dostoyevskaya və Sofya Tolstaya kimi müəllifin əlyazmalarının üzünü köçürür, hələ üstəlik, onun əvəzinə gündəlik tutur, teatrlarla müqavilə bağlayırdı. O, məşhur "Master və Marqarita" əsərinin 20 ildən sonra təkrar çapına nail ola bilmişdi. Ən çətin zamanlarda yazıçını atıb getmir, onu tək buraxmır. Bulqakov da onu ömrünün sonuna qədər dəhşətli dərəcədə sevir, ilham pərisi bilirdi.

Anton Pavloviç Çexovun qeyri-adi cazibə qüvvəsi vardı. Görünüşündən çox, daxili dünyası qadınları özünə cəlb edirdi. Xüsusən də, danışıq manerasından qarşısındakı insanlar valeh olurdu. Çexov qadın ürəklərinin əsl ovçusu idi. Özünü sevdirməyi, xoşa gəlməyi hər zaman yaxşı bacarırdı. Həyatında olan qadınlar barədə isə kim olmasından asılı olmayaraq, heç vaxt heç kimə danışmırdı. Bu qadınlar onun ilham pərisi, muzası idi. Amma təəssüf ki, onlar yazıçıya nə qədər yaşamaq eşqi versələr də, o, çox yaşamadı. Vərəm xəstəliyindən əziyyət çəkən Çexov ömrünün sonuna yaxın evləndi. Məncə, ona yazıçının muzası demək olmaz heç. Həyat yoldaşı Moskva İncəsənət Teatrının aktrisası Olqa Leonardovna Kipper idi. Çexov ölüm ayağında olanda Kipper teatr səhnəsində ulduz kimi parlayırdı. Bu, sevgi deyildi. Kipper ona ancaq məktub yazır, yanına gəlmir, qayğısını çəkmirdi. Sona yaxın bir balaca insafa gəlir və Yaltada onu ziyarət edir. Artıq sonun yaxınlaşdığını başa düşən aktrisa ərini Badenə aparmaqdan başqa bir şey düşünə bilmir. Orada onun halının pisləşdiyini görən Kipper həkim çağırır. Həkim yazıçının artıq can verdiyini görür və deyir:

"Xəstəyə bir bakal şampan şərabı gətirin". Çexov artıq son nəfəsdə olduğunu anlayır, şərabı içir və deyir: "Fenita la komediya". Bu sözləri dilindən süzülür və o, dünyasını dəyişir.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 940   Tarix: 31 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021