Bakıda dustaqlar məhkəmə zalında özlərini DOĞRADILAR

Bakıda dustaqlar məhkəmə zalında özlərini DOĞRADILARBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və İŞİD-ə maliyyə göndərməkdə təqsirləndirilən 11 nəfərin prosesində insident yaşanıb.

Sonxeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə (lezva) qol damarlarını doğrayıb.

Daha sonra isə həmin şəxslər "lezva"nı boğazlarına dirəyərək dayanıblar. Hakim zaldan çıxıb və konvoy əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyə müvəffəq olublar.

Qeyd edək ki, bu iş üzrə Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli ittiham edilir.

Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1656   Tarix: 23 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO

"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarş

25 aprel
.

Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: "Arvadı da bir neçə dəfə ona əl qaldırıb" - FOTO

Ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın yaydığı videomüraciət ötən gün gündəm yaradıb. Bektimirova sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan əri Yalçın Bektimirova 2 il həbs cəzası verilməsindən, həmçini

24 aprel
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel