Dələduzluqda ittiham olunan keçmiş müstəntiq Müşfiq Abbasovun məhkəməsi oldu

Dələduzluqda ittiham olunan keçmiş müstəntiq Müşfiq Abbasovun məhkəməsi olduBakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasovla bağlı bu gün məhkəmə iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasa hakim Mahmud Ağalarov sədrlik edib. M. Abbasov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.3, 32.4 və 312.2 ci maddələri ilə ittiham olunur.

Məhkəmə iclasında Pentensiar Xidmərin keçmiş əməkdaşı şahid qismində dindirilib. Növbəti məhkəmə prosesi 17 mart, saat 09:00-a təyin olunub.

Xatırladaq ki, M. Abbasov öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etməkdə ittiham olunur.

İttiham aktına görə, o, 12 iyun 2014 tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməkdə ittiham olunur. Bildirilir ki, CM-nin 179.3.2maddəsi ilə ibtidai istintaqını apardığı cinayət işi üzrə Əsədov Vüqar Şükür oğlu barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçildikdən sonra onun azad olunmasına köməklik göstərəcəyini bildirib. Bu məqsədlə ona müraciət edən V. Əsədovun bacısı Natəvan Əsədova və həyat yoldaşı Elnarə Əsədova ilə görüşüb. O həmin şəxslərə V. Əsədovu həbsdən azad edəcəyi vədini verib və sonradan - iyul ayının sonlarında "Sahil Bağı"nda N. Əsədovadan 3 500 ABŞ dolları, avqust ayında 2 600 ABŞ dolları, sentyabr ayında isə ümumilikdə 17 min 716 manat pulu rüşvət olaraq alıb.

Lakin oktyabr ayında V. Əsədovun dələduzluqla bağlı digər bir cinayət işinin də hazırda apardığı cinayət işinə birləşdirilidiyini deyərək onun azad olunmasının çətinləşdiyini bildirib.

Buna görə də o daha çox vəsait - 40 min manatın lazım olduğunu qeyd edib. Həmin ilin oktyabr-dekabr aylarında Atatürk prospektində yerləşən Karvan restoranında N. Əsədovanın dayısı İmamverdi Hüseynovun iştirakı ilə 20 min manat pul alıb. M. Abbasovun N. Əsədovadan aldığı pulların ümumi məbləği 39 716 manat olub.

Bundan başqa o 11 sentyabr 2017-ci ildə baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric olunandan sonra bu kimi əməlləri davam etdirib. Belə ki, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi formada hüquqi yardım göstərdiyi cinayətdən xəbərsiz Sadıqov İlyas Usub oğlunun vasitəsi ilə tanış olduğu və sahibkarlıq fəaliyyəti ilə Əlaqədar Rəhimov Elşın Mirzə oğluna satdığı materialın əvəzində ödənilməli olan 840 000 ABŞ dolları məbləğində pul vəsaitini ala bilməyən Dadaşov Mahir Əkbər oğlu ilə görüşür.

Əvvəlllər prokurorluq orqanlarında işlədiyini bildirərk əlaqələrindən istifadə etməklə Elşən Rəhimov haqda cinayət işi açdıra biləcəyini və bu vasitə ilə ödəməli olduğu pul vəsaitini ödətdirəcəyini vəd verib. Bunun üçün o Mahir Dadaşovu aldatma yolu ilə onun 20 min ABŞ dollarını ələ keçirib.

İttiham aktında qeyd olunur ki, bununla da M. Abbasov təkrarən dələduzluq etmiş, M. Dadşova 20 min dollar (34 min manat) ziyan vurub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1202   Tarix: 15 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda faciəvi şəkildə ölən ər-arvadın - Fotosu

Xəbər verdiyimiz kimi, Bakıda ər və arvad dəm qazından zəhərlənərək ölüb. "Qafqazinfo"nun xəbərinə görə, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və həyat yoldaşı, 1976-cı il təvəllüdlü Ülviyyə Nərimanova kirayə yaşadıqları fərdi evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər. Onların fotosun

2 aprel
.

Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olundu

Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib. "Report"un əldə etdiyi məlumata görə, ləğv qərarı 3 ulduzlu hotellərə şamil olunub. Beləliklə, ölkədə ulduz kateqoriyalı hotellərin sayı 283-dən 279-a düşüb. Ulduz kateqoriyası ləğv olunmuş hotellərdən ikisi Bakıda

2 aprel
.

Bakıda bu ərazidə yeni bulvar salınacaq

Paytaxtın Yasamal rayonunda yerləşən və uzun illərdir "Qanlı göl" adı ilə tanınan ərazi ilə bağlı yenidənqurma planları yenidən müzakirə olunur. -in məlumatına görə, həmin su hövzəsinin ətrafında genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Bildirilir ki, layihəy

3 aprel
.

Deputat pəncərədən tullanıb qaçıbmış...

Naxçıvan MR Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı seçilmiş Əli Abbasov mandatının əlindən alınmasından narazıdır. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əli Abbasov Naxçıvan Mərkəzi Seçki Komissiyasının qərarından Ali Məhkəməyə şikayət edib. Keçmiş deputat iddi

3 aprel
.

Polad Həşimov Aprel döyüşlərində: Xanımı həmin fotonu paylaşdı

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb. Qaynarinfo xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib. Qeyd edə

2 aprel
.

Tanınmış jurnalistə vəzifə verildi

Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə təyin olunub. Firuzə Cəlilova Bakı Dövlət Universiteti-nin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur v

3 aprel
.

Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB

Azərbaycanda 3 uşağa misirli ulduz futbolçu Məhəmməd Salahın adı verilib. xəbər verir ki, ötən il ölkədə bir uşağa Salah adı qoyulub. Həmçinin, 2022 və 2023-cü illərdə də iki uşağa ulduz futbolçunun adı verilib. Qeyd edək ki, 33 yaşlı Salah mövsümün sonunda böyük uğurlar qazandığı İngiltərənin "Liverpul"

2 aprel
.

9 uşaqdan 6-sı palçıqla oynadıqdan sonra çiməndə zəhərlənib - Video

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. "Qafqazinfo" "Sumqayıt24"ə istinadən xəbər verir ki, hadisə Xəzri bağları adlanan yaşayış massivində baş verib. Belə ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hama

2 aprel
.

"Poz-Qazan"da 3 ayda 39 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" böyük uduşlarla sevindirməyə davam edir. Bu ilin birinci rübündə "Poz-Qazan" oyunları üzrə 39 böyük uduş qeydə alınıb. Onlar arasında ən böyük uduş "Uğurlu 7"də qazanılıb. Düz 2 ədəd biletd

2 aprel