Aprelin 5-dən Azərbaycanda məktəblər BAĞALANA BİLƏR - AÇIQLAMA
Azərbaycanda son günlər koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artıb. Ölənlər arasında məktəb müəllimləri ilə yanaşı hətta direktor da var. Bundan əlavə bir çox təhsil müəssisələrində əyani tədris koronavirusa görə dayandırılıb. Bu gün səsləndirilən məsələlərdən biri aprelin ilk həftəsindən əyani tədrisin dayandırılması ilə bağlıdır. Azərbaycanda bütün məktəblər yenidən bağlana bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, fevralın 1-də tədris qismən bərpa ediləndə yoluxma hallarının olması və artması qaçılmaz idi: "Amma rəqəmlərin bu qədər çoxalması gözlənilmirdi. Hətta düşünürdük ki, vaksinasiyanın başlaması və insanların qaydalara əməl etməsi ciddi qapanmaya gedilməsini özündə əks etdirməyəcək. Amma təəssüf ki, dünyada və ölkəmizdə yoluxanların sayında çox ciddi artım var. Azərbaycanda son günlər yoluxanların sayı təhlükəli həddə çatıb. Apardığımız araşdırmaları və məktəblərdəki yoluxma sayını nəzərə alsaq düşünürəm ki, aprelin 5-dən sonra yenidən məktəblər bağalana bilər".
Kamran Əsədov qeyd edib ki, Azərbaycanda çoxlu sayda məktəblər və siniflər koronavurusa görə bağlanıb: "Çox təəssüf ki, koronavirusdan vəfat edənlər arasında müəllimlərin də sayı çoxalıb. Bu da təhülkəli məsələdir. Hətta bizdə olan məlumata görə Gəncədə məktəb direktoru koronavirusdan dünyasını dəyişib. Eyni zamanda Bakıda məktəb müəllimlərin koronavirusdan ölməsi ilə bağlı məlumatlarımız var. Bütün bunlar tədris müəssisələrinin yenidən bağlanmasını qaçılmaz edir. Xoş olmasa da, bu fakt var. Şagirdlər arasında kifayət qədər yoluxanlar var. Təbii ki, belə vəziyyətdə məktəblərin açıq qalması qorxuludur. Çünki bu gün 1 milyon 200 mindən çox şagird dərsdə iştirak edir. Bu da çox ciddi rəqəmdir. Bu şagirdlər dərsdən çıxıb evə gedirlər. Bütün bunları nəzərə alıb, yenidən aprelin 5-dən məktəblərin qapanması ehtimalı var. Çünki son gülərdə yoluxanların və ölənlərin sayı təhlükəli həddədir. Ölənlər arasında təhsil müəssiələrində çalışanların olması aprelin ilk həftəsində məktəblərin qapanmasını qaçılmaz edir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 11813 Tarix: 29 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətəndaş hansı halda inzibati cərimələrə etiraz edə bilər? - AÇIQLAMA
İnzibati cərimələrlə bağlı narazılıqlar cəmiyyətdə ən çox rast gəlinən hüquqi məsələlərdən biridir. Xüsusilə yol hərəkəti qaydalarının pozulması, ictimai asayişlə bağlı cərimələr və ya müxtəlif inzibati xətalara görə tətbiq olunan sanksiyalar zamanı vətəndaşlar tez-tez qərarın ədalətli olub-olmamas
16 aprel19 illik müəllim video çəkib üsyan etdi - VİDEO
Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra sosial mediada yayılan video təhsil mühitindəki narahatlığı bir daha gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, videoda çıxış edən 19 illik ibtidai sinif müəllimi belə bir dövrü peşə fəaliyyəti ərzində ilk dəfə yaşadığın
16 aprelƏli Əsədov Tahir Budaqovu Azər Mursaqulovla əvəzlədi
Nazirlər Kabineti "Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" 19 noyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Şuraya sədrlik edə
15 aprelBu endirim kampaniyasında qiymətlər danışacaq - Foto
Tamstore Marketlər şəbəkəsi 16-19 aprel tarixlərində yenidən "Biz susuruq, qiymətlər danışacaq" kampaniyasına start verəcək. Kampaniya zamanı Vanak və Günaydın kərə yağları 12.99 manata, Romaşka xama 25 % 320 qramlıq 3.99 manata, 5 kilolouq Tanelli makaronu 3.90 manata, Əşrəfi basmati düy
16 aprelQubada 4 aylıq körpə EVDƏ ÖLDÜ
Quba rayonunda 4 aylıq körpə ölüb. -ın məlumatına görə, hadisə rayonun Rustov kəndində baş verib. Kənd sakini Emil Adıgözəlovun 4 aylıq oğlu evdə qəfil halı pisləşib və dünyasını dəyişib. Məlumata görə, körpə anadangəlmə ürək qüsurlu olub. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır
17 aprelGüclü külək əsəcək (XƏBƏRDARLIQ)
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasınd
17 aprelNazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi
Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. "Müdafiə haqqında" qanuna edilən dəyişiklikdən sonra Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşki
15 aprel"Teleradio"ya yeni rəhbər təyin olundu
"Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC-nin (Teleradio) rəhbəri dəyişib. APA-ya istinadən xəbər verir ki, qurumda baş direktorun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib. Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub
16 aprel