Ramazanda bu əməllər orucu batil etmir - CAVABLAR
Bütün dünyada olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan ayı böyük coşğu ilə qarşılanır və əhali bu ayda oruc tutmaq, savab iş görmək və xeyirxah işlərə təşəbbüs göstərir.
Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, oruc tutmağın özəllikləri və digər dini məsələlər qədim dövrlərdən insanların maraq dairəsindədir.
Bu gün dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən insanlar tez-tez spirt və digər dezinfeksiyaedici məhlullardan istifadə edirlər. Bəs əlləri spirtləmək orucu pozurmu? Ümumiyyətlə, oruc hansı hallarda batil olur?
BAKU.WS bu tip sualların cavablarını sizlərə təqdim edir:
Oruclu halda əlləri spirtləmək orucu pozmur
Əgər spirt ağıza aparılmayıb və ağız vasitəsi ilə bədənə daxil olmayıbsa, bu zaman oruc batil olmur. İslam alimlərinin çoxunun nəzərində tibbi spirt pak hesab edilir. Amma spirti içmək haram buyurulur.
Spirtdən yalnız əlləri dezinfeksiya etmək üçün istifadə olunmalıdır. Əlləri spirtlədikdən sonra onun təsiri gedir və bu səbəbdən də əlləri burun nahiyyəsinə aparmağın heç bir problemi yoxdur. Yalnız spirtin ağız tamı ilə qarışmasına imkan verilməməlidir.
Orucu batil edən əməllər bunlardır: Yemək-içmək. Cinsi yaxınlıq. İstimna (masturbasiya). Allaha, peyğəmbərlərə (ə) və məsumlara (ə) yalan bağlamaq (vacib ehtiyata əsasən). Qatı tozu hülquma yetirmək (vacib ehtiyata əsasən). Başı bütövlükdə suyun altına batırmaq (salmaq) (vacib ehtiyata əsasən). Sübh azanınadək cənabətli ya heyzli və ya nifaslı qalmaq. Maye ilə imalə etmək. Bilərəkdən qusmaq.
Ramazanda səfər çıxmaq haqda 4 ümumi qayda var:
Əgər Ramazan ayında səfərə çıxan şəxs həmin səfərdə namazını tam qılmalıdırsa, oruc da tuta bilər. Məsələn, müsafir on gün bir məkanda qalmaq niyyətindədirsə, yaxud səfərə çıxmaq bir şəxsin peşəsi sayılırsa, belə müsafir namazı tam qılmalı və oruc da tutmalıdır. Lakin əgər müsafir həmin səfərdə namazını qəsr qılmalıdırsa, oruc da tuta bilməz.
Əgər oruc tutan şəxs zöhr namazının vaxtı daxil olduqdan sonra səfərə çıxsa, orucunu tutmalıdır. Lakin əgər zöhrdən qabaq səfərə çıxsa, orucu batildir. Amma tərəxxüs həddini (24 km) keçməmiş orucunu aça bilməz. Əgər tərəxxüs həddini keçməmişdən qabaq orucunu açsa, ehtiyata görə kəffarə ona vacib olur.
Əgər müsafir zöhrdən qabaq vətəninə və ya on gün qalmaq niyyətində olduğu məkana çatsa, orucu batil edən işlərdən heç birini yerinə yetirməyibsə, oruc tutmalıdır. Lakin əgər orucu batil edən işlərdən birini yerinə yetiribsə, həmin günün orucu batildir və qəzasını tutmalıdır. Lakin əgər həmin yerlərə zöhrdən sonra çatsa, oruc tuta bilməz.
Ramazan ayında səfərə çıxmaq, hətta orucu batil etmək, necə deyərlər orucdan qaçmaq niyyətilə də olsa, olar. Əlbəttə yaxşı olar ki, əgər səfərə çıxmaq zəruri deyilsə, oruc tutan şəxs səfərə çıxmasın.
Oruclu halda diş çəkdirmək və qan aldırmaq
Diş çəkdirən zaman vurulan iynə məhlulunun bir hissəsini adam bəzən qeyri-ixtiyari olaraq udur. Eləcə də, diş çəkiləndən sonra gələn qan pambığa bulaşır və bəzən tüpürcəklə udulur. Bunun qarşısını almaq çətin olduğu üçün, oruc halda imkan dairəsində diş çəkdirməmək tövsiyə edilir. Lakin zərurət tələb edərsə, icazə verilir. Ciddi şəkildə diqqət yetirmək lazımdır ki, boğazdan aşağı heç nə keçməsin. Oruclu halda bədəndən qan aldırmaq bədəni zəiflətdiyi üçün bəyənilmir, amma günah da deyil və orucu pozmur.
Vaksinasiya və bədənə iynə vurdurmaq
Əgər hər hansı iynə qidanı əvəz etmirsə, bu, orucun pozulmasına səbəb olmur. COVID-19 əleyhinə vaksini oruc halda vurmaq olar. Ramazan ayında da vaksindən istifadə oruca təsir etmir və hər hansı mənfi tərəfi yoxdur. Ağrıkəsici və müalicəvi iynələrdən istifadə etməyin heç bir maneəsi yoxdur. Amma qida əvəzedici və qüvvətləndirici iynələrə icazə verilmir.
Oruc halda dişləri fırçalamaq
Dişləri fırçalamaq üçün məcundan istifadə etmək, orucu pozmaz. Lakin, su və ya məcunun boğaza getməməsinə mütləq şəkildə çalışmaq lazımdır. Bu səbəblə də, ehtiyat baxımından oruc saatları başlamadan və ya orucu açdıqdan sonra bunu etmək, daha yaxşıdır.
Qülssuz oruc tutmaq
Qüslsuz halda sahur edərək oruca başlamamaq daha məsləhətli və daha doğrudur. Lakin, qüslsuz halda sahur etmiş insanın orucu keçərlidir. İlk fürsətdə qüsl alması mütləqdir.
Yeməyin dadına baxmaq
Yeməyin dadına, onu udmadan baxmaqla oruc batil olmur. Amma bunu lazımsız yerə deyil, yalnız ehtiyac olan zaman etmək olar. Yeməyin dadına baxarkən istəmədən mədəyə bir şey gedərsə orucu batil etmir.
Burun üçün damcılardan istifadə
Müalicə üçün istifadə olunan burun damcılarının 1 damlası, təqribən 0,06 cm3-dur. Bu çox az miqdarda olan mayenin əksər hissəsi burun çəpərlərində somurulur və geri qalan az hissəsi mədəyə çatır. Ağzı su ilə çalxaladıqda, ağızda qalan az miqdarda su’da olduğu kimi, təqribən eyni miqdarda olan qeyd etdiyimiz maye də qidalandırıcı sayılmaz və orucu pozmaz.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU
Ağzını, əlini və ayaqlarını "skoç"la bağladı - Qusarda dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO