Çində yaşayan azərbaycanlı idmançının həyatı təhlükədədir - FOTOlar

Çində yaşayan azərbaycanlı idmançının həyatı təhlükədədir - FOTOlarÇində doktorantura təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov ağır xəstəlikdən əziyyət çəkir.

Bu barədə azvision.az -a açıqlama verən idmançının yaxınları bildiriblər ki, onun yeganə istəyi ölkəyə qayıtmaqdır:

"Sadiq idmanın müxtəlif döyüş növləri üzrə dəfələrlə yerli və xarici ölkə çempionu olub. Hazırda Vətəndən uzaqdadır və səhhətində ciddi problem yaranıb. Sadiq professional idmançı kimi Çin Respublikasında kino çəkilişlərinə də dəvət alıb. Onun bu sahədə istedadı üzə çıxdığı üçün onlarla döyüş filmlərinə çəkilib. Əcnəbi ölkədə təhsillə yanaşı, idman sahəsində əldə etdiyi uğurlarla Azərbaycanımızın bayrağını zirvələrdə dalğalandıran Sadiq Həsənov hazırda bir aydan çoxdur ki, Pekində özəl "Ditan hospital"da ağır xəstəlikdən müalicə alır. Sağlamlığı çox kritik vəziyyətdədir, bir neçə dəfə komaya düşüb. Beyin nahiyəsində olan kəskin iltihabdan müalicə olunsa da, vəziyyəti günbəgün pisləşir. Mütəxəssislər onun Türkiyədə və ya Vətəni Azərbaycanda müalicə olunmasını daha uyğun sayırlar. Çində müalicə effektsizdir və maddi baxımdan çox baha başa gəlib. Ağır durumda olan xəstəni Çindən yalnız xüsusi ambulans təyyarə ilə gətirtmək, yaxud da onu bu ölkədən yola düşən zaman müşayiət edən bir nəfər nəzarətçi ilə göndərmək olar. İkinci halda müşayiət həmin şəxsin (azərbaycanlı tələbə, yaxud iş adamı-red.) Çinə yenidən qayıtmasına rəsmi icazə alınmalıdır. Azərbaycana onlarla mükafat gətirən idmançımızın həyatı təhlükə altındadır. Bu müqəddəs Ramazan bayramında istedadlı gəncimizin həyatını xilas etmək üçün ilk növbədə Azərbaycana gətirilməsinə böyük ümid bəsləyirik. Müalicəsini ailə üzvləri davam etdirəcəklər".

Qeyd edək ki, Sadiq Həsənov ali təhsilini Sumqayıt Dövlət Universitetininin tarix fakültəsində alıb. 2010-cu ildən Azərbaycan Uşu Federasiyasının fəal üzvüdür. Uzun illər idmanın döyüş növləri- Kinqboks, Tayboks və Uşu-sanda ilə məşğul olub. Bu döyüş növləri üzrə dəfələrlə ölkə çempionu olub, yüksək mükafatlar qazanıb. 2010-2015-ci illərdə Uşu üzrə Azərbaycan çempionatının qalibi olub. O 2016-2019-cu illərdə Çin Xalq Respublikasında Azərbaycanı bir neçə idman növlərində layiqincə təmsil edib. Hazırda Azərbaycan Uşu Federasiyasının idmançısı kimi təhsilini davam etdirir və Çinin Pekin İdman Universitetində doktoranturada oxuyur.

Xatırladaq ki, Sadiq Həsənov təhsilinin magistratura pilləsini də bu universitetdə alıb və 2018 -ci ildə məzun olub. Sadiq Həsənov Çində təhsil almağa müsabiqə yolu ilə seçilib və bu ölkəyə dövlət xətti ilə göndərilib. Çində idman təhsili ilə yanaşı həm də Çin dilinin dərinliklərini öyrənə bilib, təhsilini də hazırda çin dilində alır. Dörd xarici dil bilən Sadiq Həsənov idmanın bir neçə sahəsi ilə yanaşı, eyni zamanda "body-fitness"lə ilə də məşğul olub, ayrı-ayrı yarışlarda uğurla çıxış edib.

Çində universitet tələbələri arasında keçirilən fitnes-model yarışının qalibi olan həmyerlimiz dəfələrlə birincilik qazanıb. O, Pekində keçirilən "Beijing Students Fitness Model contest" yarışmasının da qalibi olub və "Ən istedadlı yarışçı"adına layiq görülüb.
Çində yaşayan azərbaycanlı idmançının həyatı təhlükədədir - FOTOlarÇində yaşayan azərbaycanlı idmançının həyatı təhlükədədir - FOTOlarÇində yaşayan azərbaycanlı idmançının həyatı təhlükədədir - FOTOlarÇində yaşayan azərbaycanlı idmançının həyatı təhlükədədir - FOTOlarÇində yaşayan azərbaycanlı idmançının həyatı təhlükədədir - FOTOlarÇində yaşayan azərbaycanlı idmançının həyatı təhlükədədir - FOTOlarÇində yaşayan azərbaycanlı idmançının həyatı təhlükədədir - FOTOlar


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2042   Tarix: 18 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahruddin əməliyyat olundu

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub. Qaynarinfo xəbər verir ki, 31 yaşlı qolkiper adıçəkilən şəhərdə özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib. Ş.Məhəmmədəliyevin əməliyya

18 dekabr
.

Yuri Vernidub: "Yaxın vaxtlarda hər hansı transferin həyata keçirilməsi gündəmdə deyil"

"İndi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq". xəbər verir ki, "Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub bu barədə paytaxt təmsilçisinin rəsmi saytına müsahibəsində qeyd edib. O bildirib ki, heyət çox keyfiyyətli futbolçularda

13 dekabr
.

"Neftçi"də ata-oğul işləyəcəklər

"Neftçi"nin baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postun

9 dekabr
.

FIFA Ronaldunun komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub

FIFA portuqaliyalı hücumçu Kriştianu Ronaldunun da formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub. "Report" "Arriyaditah" nəşrinə istinadən xəbər verir ki, buna ispaniyalı futbolçu Emerik Laportanın transfer

20 dekabr
.

Nərimandan tənqidlərə "cavab"

"Qarabağ"ın ötən həftə Çempionlar Liqasında doğma meydanda "Ayaks"a böyük hesabla məğlub olması Qurban Qurbanovu və futbolçularını tənqid hədəfinə çevirdi. Bu tənqidlərdən ən çox ağdamlıların 21 yaşlı hücumçusu Nəriman Axundzadəyə "pay" düşdü. xatırladır ki, gənc futbolçunu

14 dekabr
.

"Qarabağ" sığınacaqdakı o azyaşlı ilə görüşəcək - Video

"Qarabağ" FK Qadın və Uşaq Sığınacağında "Qarabağ" - "Ayaks"(2:4 ) matçını tək izləyən azyaşlı ilə görüşəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə sığınacaq məlumat yayıb. "O qədər sevinirik ki. Əkbər balamız "Qarabağ" FK ilə görüşəcək",

12 dekabr
.

Emin Ağalarov Marko Yankoviçlə görüşdü - Foto

Azərbaycanlı iş adamı Emin Ağalarov "Qarabağ"ın futbolçusu Marko Yankoviçlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, öz instaqram hesabında paylaşım edib

9 dekabr
.

"Qarabağ"ın matçına nə qədər bilet satılıb?

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində "Ayaks"a qarşı keçirəcəyi matça satılan biletlərin sayı bəlli olub. Klubdan "Qafqazinfo"ya verilən məlumata görə, indiyə qədər 27 min 600 bilet satılıb. Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrı

8 dekabr
.

"Beşiktaş" dopinqə görə cəza alan futbolçunu transfer etmək istəyir

"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik qış transfer pəncərəsində klubunu dəyişə bilər. "Eagle Media"ya istinadən xəbər verir ki, "Beşiktaş" futbolçuya ciddi maraq göstərir və onunla bağlı vəziyyəti diqqətlə izləyir. İstanbul klubunun rəhbərliyi yanvarda danışıqları aktivləşdirməy

13 dekabr