Masallıda üfunət iyi verən heyvan cəmdəyi aşkarlanıb

Masallıda üfunət iyi verən heyvan cəmdəyi aşkarlanıbMasallı rayonunda aşkarlanan heyvan cəmdəkləri zərərsizləşdirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Sonxeber.az-a verdiyi məlumata görə, DBNX tərəfindən insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirilir.

2016-cı il avqust ayının 23-də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Masallı Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsinin əməkdaşları məlumat əsasında birgə reyd keçiriblər.

Reyd zamanı Masallı rayon Səmədxanlı kənd sakini Rəşad Səmədovun idarə etdiyi 44BR280 dövlət nömrə nişanlı avtomobil saxlanılıb. Avtomobilin arxa oturacağında və yük yeridə 400 kq-a yaxın üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iyi verən heyvan cəmdəyi aşkar edilib.

Araşdırma zamanı ətin mənşəyinin məlum olmadığı, baytarlıq-sanitariya nəzarətindən keçmədiyi müəyyən edilib. Masallı rayonu Səmədxanlı kənd sakini Rəşad Səmədov heyvanların ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib.

Aşkarlanmış heyvan cəmdəklərindən müayinə üçün nümunələr götürülərək baytarlıq laboratoriyasına göndərilib.

Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq Masallı rayonu Səmədxanlı kənd sakini Rəşad Səmədovun idarə etdiyi 44BR280 dövlət nömrə nişanlı avtomobildə aşkarlanmış heyvan cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Masallı rayonu ərazisində olan məişət tullantıları poliqonunda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 714   Tarix: 24 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

AXTARILIR! - Bakıda 48 yaşlı daun sindromlu kişi itkin düşüb - FOTO

Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayon ərazisində 48 yaşlı daun sindromlu şəxs itkin düşüb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, Həzi Əhmədov adlı şəxs "Talışların binası" adlanan ərazidən yoxa çıxıb. Onu görənlərdən 070-449-49-10 nömrəsi ilə əlaq

30 aprel
.

"Bu gün aparılan delimitasiya və demarkasiya prosesi Ermənistanın müstəqilliyi üçün vacibdir" - DEPUTAT

"Azərbaycanın 4 kəndinin qaytarılmasını elan olunandan sonra Ermənistanda etiraz aksiyaları davam edir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, bu aksiyaların təşkilatçısı radikal müxalifətdir:. "Radikal müxalifət Paşinyanı hakimiyyətdən yıxmaq üçün bütü

30 aprel
.

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, temperatur 4-8 dərəcə enəcək

Qarşıdakı 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-1

30 aprel
.

Paytaxtın bu yollarında tıxac var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. "Unikal" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Heydər Əliyev prospekti kəna

30 aprel
.

Mayın ilk gününün havası açıqlandı

May ayının ilk günündə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperatur

30 aprel
.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

30 aprel
.

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. -ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Şəhər sakinləri bildiriblər ki, son illə

30 aprel
.

AzTV-nın keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO

AzTV-nın keçmiş aparıcısı Ceyran Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl Xalq artisti Röya Ayxana etdiyi dəstəkdən söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. C.Rəhimova bildirib ki, Aygün on

30 aprel
.

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Mayın 1-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

30 aprel