AVRO-2020: Altı qolun vurulduğu oyunda Almaniya Portuqaliyanı məğlub etdi - VİDEO + YENİLƏNİB

AVRO-2020: Altı qolun vurulduğu oyunda Almaniya Portuqaliyanı məğlub etdi - VİDEO + YENİLƏNİBPortuqaliya – Almaniya oyunu ikincilərin 4:2 hesablı qələbəsi ilə başa çatdı. İki avtoqolun da vurulduğu bu matç AVRO-2020-nin hələ ki ən bol qollu matçı sayılır. Bu nəticə ilə Almaniya üç xal qazanaraq son tur öncəsi vəziyyətini düzəltmiş oldu.

21:51

Portuqaliya – Almaniya oyunu ikincilərin 4:2 hesablı qələbəsi ilə başa çatdı. İki avtoqolun da vurulduğu bu matç AVRO-2020-nin hələ ki ən bol qollu matçı sayılır. Bu nəticə ilə Almaniya üç xal qazanaraq son tur öncəsi vəziyyətini düzəltmiş oldu.

21:30

Portuqaliya fərqi azaltdı. Bu dəfə Ronaldununun ötürməsindən sonra Diequ Jota 67-ci dəqiqədə fərqləndi. Portuqaliya Münxendə meydan sahiblərinə 2:4 hesabı ilə uduzur.

***

Alman maşını dayanmaq bilmir. Bu dəfə Robin Qosens 60-cı dəqiqədə fərqləndi.

***

Almaniya daha bir qol vurdu. Bu dəfə Kay Haverts 51-ci dəqiqədə hesabı 3:1 etdi.

***

Portuqaliya – Almaniya oyununda ikinci hissə gedir. Almaniya 2:1 qalib gəlir.

***

Almaniya millisi ardıcıl iki avtoqolla hesabda önə çıxdı.

Əvvəlcə dördqat dünya çempionu Almaniya millisi hesabı 35-ci dəqiqədə bərabərləşdirdi. UEFA Çempionlar Liqasının finalçısı Ruben Dias öz qapısına qol vurdu – 1:1. Bu, Almaniya millisinin bu turnirdə ilk qolu sayılır.

Daha sonra 39-cu dəqiqədə Almaniya ikinci qolu vurdu. Bu dəfə Portuqaliya millisinin digər müdafiəçisi Rafael Qereyru avtoqola imza atdı.

***
Portuqaliya millisi 15-ci dəqiqədə hesabı açdı. Diequ Jotanın qapı önünə ötürməsindən sonra Kriştianu Ronaldu fərqlənməkdə çətinlik çəkmədi – 1:0. Bununla da Ronaldu turnirdə qollarının sayını üçə çatdırmaqla Çexiya millisinin forvardı Patrik Şikə çatdı.

***

AVRO-2020-nin F qrupunun Portuqaliya – Almaniya görüşü başlandı.

Sonxeber.az xəbər verir ki, oyun Münxendə keçirilir.

Komandalar meydana bu taktiki düzülüş və heyətlə çıxıb.

Portuqaliya (4-2-3-1): Ruy Patrisiu, Nelson Semedu, Ruben Dias, Pepe, Qereyru, Vilyam Karvalyu, Danilo, Bernardu Silva, Bruno Fernandes, Dioqu Jota, Ronaldu (kapitan)

Almaniya (3-4-2-1): Noyer, Rüdiqer, Humels, Qinter, Qosens, Kroos, Gündoğan. Kimix, Müler, Haverts, Qnabri

Qeyd edək ki, bu matçda Portuqaliya qələbə qazanacağı halda, 1/8 finala vəsiqə qazanacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2171   Tarix: 19 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20 aprel
.

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messinin ortancıl oğlu "İnter Mayami" uşaq komandası ilə oyunda komandasına beş qol vurub. xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib. Qeyd edə

17 aprel
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14 aprel
.

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi yer məlum olub. report-a istinadən xəbər verir ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda keçiriləcək

15 aprel
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14 aprel
.

"Mənə sual verir ki, ata, niyə az oynadın?" - Ağabala qızının pankart açmasından danışdı

"Ümumiyyətlə, qızımın ora gələcəyini bilmirdim. Birdən gözüm pankarta ilişdi, ona baxdım. Bir anlıq olan hər şey gəldi keçdi gözümün önündən". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Səbail"in hücumçusu Ağabala Ramazanov deyib. Futbolçu "Araz-Naxçıvan"a 2:0 qali

22 aprel
.

Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT

İtaliyalı futbolçu meydanda yıxılıb və səhlənkarlıq səbəbilə ölüb. xarici mediaya istinadla bildirir ki, hadisə İtaliya çempionatının 5-ci turunun bazar günü "Castelfiorentino United" və "Lanciotto Campa" komandaları arasında keçirilən matçda baş verib. Meydan sahiblərinin futbolçus

20 aprel
.

Arda Turan Messi ilə heç vaxt danışmadığı xatirəsini paylaşdı

Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun "Qalatasaray" klubunun sabiq futbolçusu, hazırda Türkiyə 1-ci Liqasında çıxış edən "Eyüpspor"un baş məşqçisi Arda Turan İtaliyanın məşhur "La Gazzetta dello Sport" nəşrinə müsahibə verib. O, müsahibəsində xüsusən İspaniyadak

25 aprel
.

Dünyanın ən uğurlu futbol klubları - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) hər ay müntəzəm olaraq dərc etdiyi ilin komandalarının siyahısını yeniləyib. xəbər verir ki, siyahıya "Mançester Siti" liderlik edir. Dünyanın ən uğurlu futbol klublarını təqdim edirik:. 1. "Mançester Siti". 2. "Rea

16 aprel