Təhsil haqları ARTIRILACAQ? - AÇIQLAMA

Təhsil haqları ARTIRILACAQ? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb. Bəs tələbələrə verilən kreditlərdən sonra təhsil haqlarında artım olacaqmı?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az-a açıqlama verib:

"İlk növbədə qeyd edim ki, təhsil kreditləri birmənalı şəkildə ölkədə təhsil haqlarının artmasına təsir göstərməyəcək. Təhsil haqları müəyyənləşən zaman mütləq ali təhsil müəssisələrinin xərcləri nəzərə alınır. Yəni tədris ili ərzində tələbəyə çəkilən xərc təhsil haqqında öz əksini tapır. Ali təhsil müəssisələrində təhsil haqqı nə qədər aşağı olsa, tələbələrin ödəmə qabiliyyəti də bir o qədər normal vəziyyətdə olacaq. Ona görə də mən birmənalı şəkildə tələbə kreditlərinin təhsil haqlarına mənfi təsir göstərəcəyinə inanmıram.

Digər tərəfdən, bunun məbləği də o qədər çox deyil ki, təhsil haqlarına təsir göstərsin. Çünki bu gün yaradılmış fond 80 milyon manatdır. Bu da hər bir universitetə normalda 100-150 tələbənin kreditini maliyyələşdirməyə imkan verəcək. Bu rəqəmləri nəzərə alsaq, hər universitetə düşəcək tələbə sayı əsasında təhsil haqlarının artırılacağını düşünmürəm. Əgər bu, daha kütləvi hal alsaydı, yəni hər bir universitetdə 500-1000 tələbə kreditdən yararlansaydı, o zaman, təbii ki, təhsil haqlarına təsri ola bilərdi. Amma həmin vəsaitlər müraciət edənlərə yox, birbaşa universitetin hesabına daxil ediləcək. Bu da universitetin maliyyə vəziyyətini düzəldəcək".

Aysel Səmədli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1456   Tarix: 21 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qızılca daha bir gəncin ölümünə səbəb oldu – Azərbaycan dünyada birincidir

Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib. Report-a istinadən xəbər verir ki, gecə saat 03:50 radələrində rayonun II Udullu kənd sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı yüksək hərarətlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağı

6 may
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

4 may
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb

5 may
.

Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Azərbaycanı

5 may
.

Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO

"İl boyu bu barədə heç vaxt danışmadım. Mənə olunan zənglərin hamısından imtina etdim. Heç bir zəngə cavab vermədim, heç bir televiziya kanalına bu haqda danışmadım. Yəqin ki, mən də çox böyük şok keçirtdim, bunu analiz edirdim özlüyümdə". Bu sözləri İctimai TV-nin efirində yayımlanan verilişlərdə

6 may
.

DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı müraciət

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. -in məlumatına görə, müraciətdə avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarından yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməl

6 may
.

ƏHALİNİN NƏZƏRİNƏ! Sabah saat 09:00-dan 14:00-dək...

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

4 may
.

Asiya İnkişaf Bankı Azərbaycanın COP29-a ev sahibliyi etməsi faktını alqışlayır

Asiya İnkişaf Bankı (ADB) üzv ölkə Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsindən çox məmnundur və dəstəyini bildirərək ölkənin rəhbərliyinə müraciət edib. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiy

4 may
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

4 may