Estetik əməliyatda ölən Azərbaycan MƏŞHURLARI

İnsanlar, xüsusən, qadınlar hər zaman gözəl görünməyə çalışırlar. Gözəllik isə qurban tələb edir. Müasir dövrümüzdə əsl qurbana çevrilənlərin sayı günü-gündən artır. Müxtəlif estetik əməliyyatlara risk edən gözəllik aşiqləri başlarına gələ biləcək bədbəxt hadisələri bilə-bilə bu yola can atırlar. Digər reallıq da ondan ibarətdir ki, estetik əməliyyatların çoxu bəhs xatirinə edilir. Axı estetik əməliyyatların heç də hamısı uğurlu keçmir. Estetik cərahiyyənin inkişaf etməsinə baxmayaraq, hələ də plastik əməliyyat qurbanlarının sayı az deyil. Ölkəmizdə uğursuz, eləcə də ölümlə nəticələnən plastik cərrahiyyə əməliyyatları dəfələrlə baş verib və bunun səbəbləri hər zaman müzakirə mövzusu olub.

Bəzən estetik əməliyyatlara qol qoyan xəstələr bu zaman ölüm riskinə o qədər önəm vermirlər. Yəni plastik cərrahiyyə əməliyyatlarının sonradan hansısa fəsad verəcəyinin, hətta sonda ölümlə nəticələnəcəyinin fərqinə varmırlar. Amma mütəxəssislər bütün cərahiyə əməliyyatlarında ölüm riskinin olduğunu bəyan edirlər. Əgər xəstədə hər hansı sistematik bir problem yoxdursa, ölüm riski 10 min nəfərdən birində və ya ikisində özünü göstərə bilər. Xəstənin qan, ürək, diabet, revmatizm, damar kimi xəstəlikləri və ya uşaqlıqdan gələn bir anormallığı ola bilər ki, bu da ölüm səbəbidir. Ekspertlərin fikrincə, arzuedilməz nəticələrin, uğursuz əməliyyatların yaşanmaması üçün düzgün həkim, düzgün xəstə və doğru diaqnoz çox önəmlidir. Bunlara diqqət edilərsə, heç bir neqativ nəticədən söhbət gedə bilməz. Əsas şərt xəstənin həkim nəzarətində olmasındadır. Amerikada və Avropa ölkələrində geniş yayılan plastik cərrahiyyə əməliyyatları Azərbaycanda da dəbə minib. Əvvəllər bu gözəllik əməlliyyatlarına sənətçilər, üzdə olan insanlar girirdilərsə, hazırda sadə insanlar da üstünlük verirlər. Artıq bir neçə ildir ki, Azərbaycanda uğursuz estetik əməliyyatlarının aparılması, hətta əməliyyatdan sonra ölüm hallarının sayı artıb. Dəhşətlisi isə odur ki, ölüm qəhrəmanlarının çoxu 17-18 yaşlarında olan gənc qızlardır. Dünya təcrübəsində də estetik əməliyyat zamanı həyatını itirən kifayət qədər insanlar olub. Bu cür ölüm hallarının baş verməsinə səbəb həkim səhlənkarlığıdır, ya yox, bunu demək çətindir. Ümumiyyətlə, ölüm riski bütün əməliyyatlarda olduğu kimi estetik əməliyyatlarda da ola bilər.

Estetik əməliyyatın qurbanları...

Bu günlərdə Gəncə sakini 17 yaşlı Aygül Orucovanın estetik əməliyyatdan sonra dünyasını dəyişməsi xəbərini eşitdik. O, burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Bu kimi hadisələrin sayı artmağa başlayıb. Maraqlıdır ki, sözügedən əməliyyata girməzdən əvvəl xəstə bütün diaqnoz və müayinələrdən keçir. Əməliyyatdan sonra xəstənin vəziyyətinin qəflətən gərginləşməsi isə bir neçə amillə izah olunur. Bəziləri hesab edir ki, ölüm halları həkim səhlənkarlığı ucbatından, bəziləri isə əməlliyyatdan əvvəl düzgün diaqnoz olunmayan xəstələrin sistematik problem daşıyıcısının üzə çıxması ilə xarakterizə olunur. Mövcud vəziyyətdə estetik cərahiyyəyə üstünlük verənlərin sayı minlərlədir, hətta deyərdik ki, milyonlarladır. Əvvəlki illərdə plastik əməliyyata meyl edənlər arasında üstünlüyü məşhurlar, sənətçi və müğənnilər təşkil edirdilərsə, müasir tələb sadə gəncləri də bu əməliyyata meylləndirib. Maraqlısı isə budur ki, məşhurlar belə əməliyyatlar üçün daha çox hallarda xaricə üz tuturlar.

Məşhurların ən bəyənilməyən cəhətlərindən biri onların tez-tez cərrah bıçağı altına uzanmalarıdır. Bəzi tanınmışlar plastik və estetik əməliyyatlardan uğurlu nəticə ilə çıxsa da, bir qismi uğursuzluğa düçar olur. Yaş ötdükcə isə bu əməliyyatların ziyanı gözə daha çox çarpır.

Burunun estetik əməliyyatlarına üz tutanların arasında yetkinlik yaşına yenicə çatanlar da az deyil. Həkimlər isə yetkinlik yaşına çatmayanların rinoplastikaya müraicət etməsinin təhlükəli olduğunu, erkən yaşdan burunun estetik əməliyyatının ciddi fəsad vermə təhlükəsinin olduğunu söyləyirlər. Çünki, yeniyetməlik dövründə hələ digər orqanlarla yanaşı burunun da formalaşması tam başa çatmır. Bu proses 18-19 yaşda yekunlaşır.

Mütəxəssislərin fikrincə, çox erkən yaşda rinoplastik əməliyyat keçirən burunda gələcəkdə hər hansı problemin yaranacağı qaçılmazdır. Burun tam formalaşmadığından, getdikcə deformasiyaya uğraya bilər. Bu zaman nəfəsalmada çətinliklərin yaranması, müxtəlif tənəffüs problemlərinin ortaya çıxması gözləniləndir. Ona görə də burun çəpəri əməliyyatlarının tibbi göstərişi xaric, erkən yaşda burunun estetik əməliyyat edilməsi düzgün deyil. Əgər 18 yaşa çatmamış rinoplastik əməliyyat edilirsə, mütləq gələcəkdə tənəffüsdə problemlər ortaya çıxacaq.

Estetik əməliyyatda ölən məşhurlar...

Qeyd edək ki, Azərbaycanda ilk dəfə plastik cərrahiyyə əməliyyatı etdirən məşhur xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı olub. O, burnunu əməliyyat etdirib. Onun ardınca xalq artisti, müğənni Flora Kərimova əməliyyat stoluna uzanıb. İfaçı SSRİ dövründə iki dəfə plastik əməliyyat etdirib və hər iki əməliyyat Gürcüstanda baş tutub.

İlk dəfə uğursuz plastik əməliyyatın qurbanı isə mərhum müğənni Nəzakət Məmmədova olub. Rusiyanın Soçi şəhərində Anatoli Karol adlı plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyərkən, bıçağın boğazdakı şah damara dəyməsi onun ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.

Müğənni Reyhan Müslümova isə plastik yolla çəkisini azaltmaq istəsə də, buna nail olmur. Əməliyyat stolunda keçinən müğənniyə əvvəlcədən şəkərinin çox olması səbəbindən ölə biləcəyi xəbərdarlığı edilsə də o, buna məhəl qoymur. Elə əməliyyat stolundaca dünyasını dəyişir. Maraqlıdır, estetik əməliyyat zamanı baş verən ölüm halları hansı səbəblər üzündən baş verir? Əməliyyata hazırlanan xəstələrin yaşama riski nədən azalır? Sistematik xəstələr nə üçün əməliyyata alınır?

Plastik, estetik cərrah, tibb elmləri namizədi, Mahmud İsmayılov "Cümhuriyət" qəzetinə deyib ki, ümumiyyətlə, cərrahiyyədə ölüm hallarının olması qaçılmazdır. Bu,təkcə estetik əməliyyatla bağlı deyil:

"Bütün dünyada dəfələrlə belə hallar olub və olacaq. Sadəcə sosial şəbəkələrdə bu günlərdə Gəncədə olan hadisəni hamı yazır. Elə anlaşılır ki, əvvəllər belə hadisələr olmayıb və indi estetik əməliyyatda ölüm halları olur. Dünyanın inkişaf etmiş ölkələrində də belə hallar olur. Hətta mən deyim ki, ən çox ağırlaşma Amerika səhiyyəsindədir. Gəncədə baş verən hadisə ayinestoloji ölümdür. Bu estetik əməliyyatı aparılmasaydı belə, yəni, başqa bir əməliyyat keçirilsəydi, ola bilsin ki, xəstə orada da ölsün. Yəni bunun bilavasitə estetika ilə bağlılığı yoxdur. Buna tibbdə bədbəxt hadisə deyirlər. Biri var həkim səhlənkarlığı, həkm səhvi, biri də var təbabətdə bədbəxt hadisə...

Məsələn, xəstənin min nəfərinə vitamin vurarsan, heç bir reaksiya olmaz, amma hansısa xəstə anafilaktik reaksiya verib ölə bilər. Necə ki, arı çalıb ölən insanlar olur. Gündə nə qədər insanı arı çalır. Yəqin ki, eşitmisiz, filankəsi arı vurdu, xəstəxanaya çatdırıldı, amma həyatını xilas etmək mümkün olmadı. Belə hallarda həkim səhlənkarlığından söhbət gedə bilməz. Ona hansısa narkoz zamanı çoxsaylı iynələr vurulub. Standart qəbul olunmuş çəkiyə, bədənə görə normalar var. Bəzən mində bir hadisədə dərmanlar reaksiya verir və bu bədbəbxt hadisə ilə nəticələnir. Hətta ildırım sürətli anafilaktik şok yaranarsa belə, əməliyyat zamanı bütün texniki avadanlıq əlinin altında olsa belə xəstəni xilas etmək mümkün olmur. Bu sırf təbabətdə bədbəxt hadisədir.

O qızın yaxınlarını, valideynlərini başa düşürəm. Biz də insanıq, övladlarımız var. Həmçinin öz ayağı ilə gəlib əməliyyat masasına çıxıb. Valideynlərinin dərdini və aqressiyasını da başa düşmək olar. Amma bir tərəfdən həkimi də anlamaq lazımdır ki, heç bir həkim istəməz ki, xəstəsi ölsün. Hər gün o xəstəxanada həkim nə qədər xəstə əməliyyat edir. Eyni zamanda xəstə əməliyyatdan əvvəl tam olaraq bütün müayinələrdən keçirilir. Amma yenə də biz bədbəxt hadisədən qaça bilmirik.

İnsan var ki, kardeoloqun yanına gedir və həkim ona ürəyində heç bir problem olmadığını deyir. Evə gələndən sonra isə olur ki, ürəktutmadan dünyasını dəyişir. Bu nə deməkdir, bədbəxt hadisədir, əcəli çatıb. Mən həmkarlarımı müdafiə etdiyim üçün bunu demirəm. Bəli, böyük bir əməliyat olsaydı və hadisə qan itirmədən baş vermiş olsaydı, hesab edərdik ki, cərrah bu əməliyyatda səhvə yol verib. Belə əməliyatları mən də edirəm və orada vacib bir elementlər yoxdur ki, xəstə dünyasını dəyişsin".

Həkim deyib ki, estetik əməliyyatlar o qədər də ağır əməliyyatlar hesab olunmur. Burada əməliyyatların ölçüsünə baxılır: "Burun, burun çəpəri əməliyyatları orta səviyyəli əməliyyatlar sayılır. Məsələn, qəza zamanı daxili orqanların dağılması ilə bağlı aparılan əməliyyatlar ağır sayılır. Estetik əməliyyatlarda ölüm sırf bədbəxt hadisə sayılır. Bu əməliyyat planlı olduğu üçün xəstələr əvvəlcədən müayinə olunur. Xəstədə əks göstərişi icra edən hansısa problem varsa, cərrah ona izah edir ki, əməliyyatdan imtina etsin. Özü buna məcbur etsə isə, dilindən kağız yazılır ki, baş verən hadisədə məsuliyyət sahibi xəstənin özü olsun".

"Burun əməlliyyatı 18 yaşdan sonra aparılmalıdır"

Cərrah əlavə edib ki, burun əməliyatları 17-18 yaşından sonra icra olunmalıdır: "Göz qapağının sallanması onsuz 35-40 yaşından sonra baş verir. Əməliyyat da o zaman həyata keçirilir. Qarının yığılması əsasən hamiləlikdən sonra baş verir ki, bunun üçün də müəyyən yaş göstəriciləri olur. Uşaqlarda anadangəlmə inkşaf qüsurları olur. Məsələn, dovşandodaq, çoxbarmaqlılıq, bitişmədir ki, onların əməliyyatı da erkən yaşlarda icra olunur. Bu əməliyatlar estetik deyil, sırf praktiki, yəni rekonstruktiv əməliyyatlardır. Düzdür, hər bir rekonstruktiv əməliyyatın arxasında estetik gözəllik durur, ürəyimizdən bir estetik gözəllik keçir. Amma bu əməliyyatlar estetik məqsədlə icra olunmur".(cebhe.info)
Estetik əməliyatda ölən Azərbaycan MƏŞHURLARIEstetik əməliyatda ölən Azərbaycan MƏŞHURLARIEstetik əməliyatda ölən Azərbaycan MƏŞHURLARIEstetik əməliyatda ölən Azərbaycan MƏŞHURLARI


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 10443   Tarix: 27 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"O halda görünmək istəmirdi" - Məlahət Abbasova Rasim Balayevlə son söhbətindən danışdı - VİDEO

Azərbaycan kinosunun əfsanəsi, Xalq artisti Rasim Balayevin vəfatı sənət camiəsini dərindən sarsıdıb. Tanınmış aktrisa Məlahət Abbasova sənət dostunun itkisi ilə bağlı xatirələrini bölüşərək, onun son günləri və aralarındakı səmimi münasibət barədə danışıb. İTV-yə istinadla xəbər verir ki, aktrisa sənətkarı

29 mart
.

Aynişanın ad günündən yeni görüntülər

İnfluenser Aynişan Quliyeva (Ayni Xalid) iki gün öncə özünə dostları ilə birgə doğum günü edib. OLAY yazır ki, gecədə bütün qonaqlar qara, təkcə Aynişan qırmızı libas geyinib. Tədbirdən fotoları Ayni sosial media hesabında paylaşıb

23 mart
.

"Atamın ölməsi məni SEVİNDİRDİ"

Maqazin dünyasında son günlər Muammer Ketencinin soyuqqanlı açıqlaması böyük müzakirələr yaratdı. xəbər verir ki, iştirak etdiyi bir proqramda və ya verdiyi müsahibədə söylədiyi qısa, lakin təsirli cümlə günlərdir danışılan müzakirənin fitilini yandırdı:. "Atam öldü, heç üzülmədim". Bu sözlə

28 mart
.

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin"

"Sevgidə qarşılıqlı qərarlar olmalıdır. Sözsüz ki, son qərarı mən deməliyəm. Təbii ki, bu zarafatdır. Ortaq məxrəcə gəlmək lazımdır. Fərqli düşüncələr olanda axırı dava, ayrılıq, aliment olur. Dözmək hissi olmamalıdır. Ona görə də zamanından əvvəl evlənmək, kimisə məcbur etmək olmaz. "Evlənən

29 mart
.

Madonna 24 ildən sonra bunu edəcək

Amerikalı müğənni Madonna 24 ildən sonra yenidən aktrisalıq edəcək. Axşam.az xəbər verir ki, bu barədə "Entertainment Weekly" məlumat yayıb. Sənətçi "Kino studiyası" serialının ikinci mövsümündə rol alacaq. Qeyd edək ki, Madonna 1980-200-ci illərdə aktiv şəkildə filmlərdə çəkilib

22 mart
.

Hayal Kahvesində Madrigal konserti keçiriləcək

Türkiyənin sevilən alternativ rok qrupu Madrigal Bakıda konsert proqramı ilə çıxış etməyə hazırlaşır. xəbər verir ki, qrup 17 aprel tarixində saat 20:00-da musiqisevərlərlə görüşəcək. Konsert Hayal Kahvesi səhnəsində baş tutacaq. Enerjili səhnə performansı və emosional mahnıları ilə tanınan Madriga

27 mart
.

Röya Aygün Kazımovanın hansı mahnısını oxumasından danışdı

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın repertuarından oxuduğu mahnıdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "İki başlı" proqramında bu haqda sualları cavablandırıb. Röya Pop kraliçanın repertuarında olan ən məşhur mahnılardan birinə müraciət etdiyini bildirib. O, mahnının adın

29 mart
.

Kamil Zeynallının bu məşhur xanım ilə görüntüsü DİQQƏT ÇƏKDİ - VİDEO

Fitness məşqçisi Kamil Zeynalli ilə müğənni Şəbnəm Tovuzlunin birgə görüntüsü sosial şəbəkələrdə maraq doğurub. xəbər verir ki, görüntüləri tanınmış jurnalist Şahin Cavadsoy paylaşıb. Kamil Zeynalli yarı zarafat, yarı ciddi sənətçinin arıqlaması barədə açıqlaması ilə diqqət çəkib. O, Şəbnəmin arıqlam

22 mart
.

"Yanıb tökülürəm ki, belə baxırdınızsa..."

Aktyor Elməddin Cəfərov "Qısaqapanma" verilişini bağladığı üçün peşman olub. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. O, layihənin bağlandıqdan sonra milyonlarla baxış topladığını bildirib:. "Qısaqapanma adlı bir verilişim var idi. Pandemiy

24 mart