İngiltərə-Danimarka matçında ədalətsiz penalti qərarı: Futbol ictimaiyyəti ayağa qalxdı
AVRO-2020-nin ikinci yarımfinal matçının əlavə vaxtında Danimarka millisinin qapısına təyin olunan penalti futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Dünyanın bir sıra mətbuat orqanlarına müsahibələri zamanı futbol ictimaiyyətinin bir çox tanınmış simaları hakimin yanlış qərar verdiyini bildiriblər.
Danimarka millisinin baş məşqçisi Kasper Yulmand oyun zamanı bir çox məsələnin onların əleyhinə getdiyini qeyd edib:
"Mən penaltiyə baxdım, incə məqamdır. Uzun müddət meydanda iki top var idi. Əlimizdən gələn hər şeyi etdik", - deyə baş məşqçi bildirib.
Yulmand həmçinin qeyd edib ki, ehtiyat hakimin diqqətini meydanda iki top olmasına çəkməyə çalışıb:
"Mən Sterlinqin oraya qaçışından beş saniyə əvvəldən bəhs edirəm. Başqa məqamlarda hakim fit çalmaq üçün kifayət qədər sürətli idi. Mən sadəcə burada penalti görmürəm. Bu ağırdır. Mübarizəni uduzmaq başqa bir şeydir, ancaq hər şeyin bu şəkildə baş verməsi çox cansıxıcıdır. Uşaqlara görə məyus oldum, bu cür kənarlaşmaq ağırdır", - deyə K.Yulmand vurğulayıb.
FIFA-nın Futbolun Qlobal İnkişafı Şöbəsinin rəhbəri və "Arsenal"ın keçmiş məşqçisi Arsen Venger də İngiltərə-Danimarka qarşılaşmasındakı penalti epizodu barədə danışıb.
"Bu penalti deyildi. Anlamıram, nəyə görə VAR-la bu cür epizodlarda hakim monitorda təkrarı izləməyə getmir. Bu cür məqamlarda hakim tamamilə əmin olmalıdır", - deyə A.Venger bildirib.
Öz növbəsində İngiltərənin "Liverpool" klubunun və Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi Dietmar Hamann da AVRO-2020-nin yarımfinalı oyununun artırma dəqiqələrində Danimarkanın qapısına təyin edilən penalti qərarına münasibət bildirib.
D.Hamann İrlandiyanın qeyd edib ki, Rahim Sterlinq 11 metrlik cərimə zərbəsi qazanmaq üçün özünü bilərəkdən yerə atıb.
"Biabırçı qərar idi. Başa düşürəm ki, səndən tələb olunanı icra etmək lazımdır, lakin bunu həm də uşaqlar izləyir", - deyə 47 yaşlı sabiq futbolçu vurğulayıb.
Xatırladaq ki, 2:1 hesabı ilə başa çatan matçın 102-ci dəqiqəsində Rahim Sterlinq cərimə meydançasında yerdə qalıb. Hakim penalti qərarı verib. VAR yoxlaması da hakimin qərarını təsdiqləyib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1295 Tarix: 08 iyul 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
"Neftçi" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, UEFA Konfrans Liqasına vəsiqəni təmin etmiş "ağ-qaralar" XXII turda "Kəpəz"lə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saa
23 may"Formula-1" əfsanəsinin EVİNƏ BASQIN EDİLİB - Başından xəsarət alıb
"Formula-1"in dördqat çempionu, fransalı Alen Prost İsveçrənin Nion şəhərindəki evinə basqın zamanı başından xəsarət alıb. "Blick" nəşrinə istinadən xəbər verir ki, quldur hücumu mayın 19-da səhər saatlarında baş verib. Maska taxmış naməlum şəxslər avtopilotun evinə soxulublar, yarana
24 may"Real" Denzel Dumfrisi 25 milyon avro qarşılığında heyətinə qata bilər
İtaliyanın "İnter" klubunun futbolçusu Denzel Dumfris karyerasını İspaniyada davam etdirə bilər. "Report" yerli mətbuata istinadən xəbər verir ki, "Real" 30 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. Niderlandlı oyunçu Madrid təmsilçisi üçün əsas transfer hədəflərindən biridir
23 mayMəhəmməd Salah karyerasını Türkiyədə davam etdirə bilər
Bu yay "Liverpul"la yollarını ayıracaq Məhəmməd Salahın karyerasını yüksək səviyyədə davam etdirmək istədiyi və bu istiqamətdə "Fənərbağça" variantının gündəmə gəldiyi iddia olunur. "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi misirli ulduzun transfer
21 mayMessi DÇ-2026-dan kənarda qala bilər
Argentina millisinin lideri Lionel Messi zədə səbəbilə qarşıdakı futbol üzrə dünya çempionatında iştirakını risk altına sala bilər. Qaynarinfo xəvər verir ki, məlumatı "TyC Sports" yayıb. Bildirilir ki, "Inter Mayami"nin ulduz futbolçusu MLS-də "Filadelfiya Union"a qarş
26 mayAddai məşhur İtaliya klubunda oynaya bilər
"Qarabağ"dan ayrılan sol cinah hücumçusu Emmanuel Addai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. -a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu İtaliyanın "Boloniya" klubunun diqqətini cəlb edib. Hazırda dəyəri 1.50 milyon avro olaraq göstərilən Emmanuel Addai A Seriyas
27 mayAFFA Gülənbər Qasımovanı istefaya göndərdi
AFFA 15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Gülənbər Qasımova ilə müqaviləyə xitam verib. Bu barədə Qaynarinfo-ya qurumun mətbuat xidmətindən bildirilib. Tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar. G.Qasımova U-19 millisində köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcə
25 mayBrunu Fernandeş Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçildi
"Mançester Yunayted" futbol klubunun portuqaliyalı yarımmüdafiəçisi Brunu Fernandeş İngiltərə Premyer Liqasında (İPL) cari mövsümün ən yaxşı oyunçusu seçilib. xəbər verir ki, bu barədə məlumat İPL-in rəsmi saytında yayımlanıb. Bu mövsüm ərzində Fernandeş rəqib qapılarından səkkiz top keçiri
24 may