"Son illərdə regionlarda həyata keçirilən infrastruktur layihələri aqrar sektorun inkişafında həlledici rol oynayıb" - DEPUTAT

"Son illərdə regionlarda həyata keçirilən infrastruktur layihələri aqrar sektorun inkişafında həlledici rol oynayıb" - DEPUTATÖlkə Başçısı cənab İlham Əliyev 2026-cı il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə geniş çıxış edərək aqrar sektorun hazırkı vəziyyəti, əldə olunan nəticələr və qarşıdakı strateji hədəflərlə bağlı mühüm mesajlar vermişdir. Dövlət başçısı bildirib ki, kənd təsərrüfatının inkişafı Azərbaycanda regional inkişaf siyasətinin əsas istiqamətlərindən biridir və bu sahəyə göstərilən diqqət 2004-cü ildən etibarən sistemli şəkildə davam etdirilir.

Son illərdə regionlarda həyata keçirilən infrastruktur layihələri aqrar sektorun inkişafında həlledici rol oynayıb. Xüsusilə qazlaşdırma, elektrik enerjisi təminatı, magistral və kənd yollarının tikintisi, iri su anbarlarının yaradılması kənd təsərrüfatının genişlənməsinə imkan verib. Bundan başqa, Taxtakörpü, Şəmkirçay və Göytəpə kimi strateji su anbarları suvarma sisteminin gücləndirilməsində mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində dövlət proqramlarının əhəmiyyətinə toxunaraq bildirib ki, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər sahələr üzrə qəbul olunan proqramlar kənd təsərrüfatına ciddi təkan verib. Dövlət subsidiyalarının bu inkişafda əsas rol oynadığını qeyd edən Prezident bildirib ki, Azərbaycan genişmiqyaslı subsidiya mexanizmləri tətbiq edən nadir ölkələrdən biridir.

Su ehtiyatlarının idarə olunması müşavirənin əsas mövzularından biri olub. Su təminatı olmadan kənd təsərrüfatının dayanıqlı inkişafı mümkün deyil. Bu məqsədlə yeni su anbarlarının tikintisi, kanalların yenidən qurulması və suvarma sistemlərinin modernləşdirilməsi davam etdirilir. Hazırda 10 su anbarının yenidən qurulması layihəsi icra olunur.
Su ehtiyatları hər bir ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Azərbaycan da su ehtiyatları məhdud olan ölkələr sırasına daxildir. Buna görə də su ehtiyatlarının düzgün idarə olunması, qorunması və səmərəli istifadəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizin əsas su mənbələri çaylar, göllər, yeraltı sular və su anbarlarıdır. Ölkənin su ehtiyatlarının böyük hissəsi qonşu dövlətlərin ərazilərində formalaşır. Kür və Araz çayları Azərbaycanın ən böyük su mənbələri hesab olunur. İqlim dəyişiklikləri, əhalinin artması və kənd təsərrüfatında suya olan tələbatın yüksəlməsi su ehtiyatlarının idarə olunmasını daha da vacib edir.

Son illərdə ölkədə su təchizatının yaxşılaşdırılması məqsədilə bir sıra dövlət proqramları həyata keçirilmişdir. Xüsusilə Bakı və regionlarda yeni su anbarları, təmizləyici qurğular və magistral su xətləri tikilmişdir. Bundan əlavə, ağıllı su idarəetmə sistemlərinin tətbiqi və rəqəmsal monitorinq texnologiyalarından istifadə genişləndirilir.

2025-ci ildə Azərbaycanda 11,5 milyard kubmetr su istifadə olunub və 1 milyon 485 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib. Eyni zamanda minlərlə nasos stansiyası, subartezian quyusu və hidrotexniki qurğu təmir olunub. Müasir suvarma texnologiyalarının tətbiq sahəsinin 130 min hektardan 300 min hektara çatdırılması planlaşdırılır.
Bu gün ölkəmizin beynəlxalq əlaqələri çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Dövlətimizin dünya miqyasında çox yüksək reputasiyası və çox müsbət imici var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər.
Beləliklə, kənd təsərrüfatının inkişafı həm regionlarda məşğulluğun artırılması, həm də ölkənin iqtisadi təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Bu səbəbdən də Ölkə Başçısı dövlət qurumlarına aqrar sahədə islahatların daha sürətli və koordinasiyalı şəkildə davam etdirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1052   Tarix: 28 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr