Velizar izlənmə sirrini açıqladı - "Canlı yayım başlayanda .. "

Velizar izlənmə sirrini açıqladı - "Canlı yayım başlayanda .. "TikTok fenomeni Velizar izlənmə sirrini açıqladı - "Canlı yayım başlayanda tam başqa insana çevrilirəm"
Son dövrlərdə TikTok platformasında diqqət çəkən yayımlardan biri də "Velizar" istifadəçi adı ilə tanınan Salman Məmmədova məxsusdur. Qısa müddətdə böyük izləyici kütləsi toplamağı bacaran fenomen, paylaşdığı videolardan birində canlı yayımlarının bu qədər izlənməsinin səbəblərindən danışıb.
Salman Məmmədov bildirib ki, sosial mediaya ilk addımlarını TikTok ilə yox, fərqli canlı yayım platformalarında atıb. Onun sözlərinə görə, xüsusilə Türkiyə və xaricdə böyük auditoriyası formalaşıb və minlərlə türk izləyici uzun müddətdir onu izləməyə davam edir.
Bir müddət xaricdə yaşayan və fəaliyyət göstərən fenomen daha sonra yenidən Azərbaycana qayıdıb. O, keçirdiyi əməliyyatlar və şəxsi səbəblərdən dolayı yayımlarına ara verdiyini, lakin geri dönüş etdikdən sonra Azərbaycan auditoriyasının ona böyük maraq göstərdiyini qeyd edib.
Velizarın sözlərinə görə, izlənmə saylarının əsas səbəbi insanların onu "rol oynayan" yayımlardan fərqli olaraq daha səmimi görməsidir.
"İnsanlar məni professional studiya və bahalı avadanlıqlara görə yox, olduğum kimi davrandığıma görə sevirlər. Mən yayımda özümü gizlətmirəm," - deyə Salman Məmmədov bildirib.
Fenomen əlavə edib ki, yayımlarında bir saniyə belə dayanmağa çalışmır və əsas məqsədi insanların sıxılmamasıdır. O, efirlər zamanı davamlı danışdığını, zarafat etdiyini və pozitiv enerji verməyə çalışdığını vurğulayıb.
Onun sözlərinə görə, canlı yayım açmazdan əvvəl necə hiss etməsinin fərqi yoxdur:
"O günüm pis də keçə bilər. Amma ‘canlı yayımı başlat’ düyməsini sıxan kimi üz cizgilərim dəyişir. Özümü sanki film ulduzu kimi aparmağa başlayıram."
İzləyicilər isə sosial şəbəkələrdə Velizarın məhz bu təbii davranışını onun əsas fərqi kimi göstərirlər. Bir çox istifadəçi onun yayımlarının "süni olmadığını" və ekranda özünü məcbur etmədən davrandığını qeyd edir.
Son aylarda Azərbaycan TikTok məkanında adından daha çox söz etdirən Salman Məmmədovun gələcək layihələri və fərqli formatlarda yayımları isə izləyicilər tərəfindən maraqla gözlənilir.
Velizar izlənmə sirrini açıqladı - "Canlı yayım başlayanda .. "


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1531   Tarix: 27 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri

24 iyun