""Yolumuz Ağdama" və "Füzuli-Xocavənd" layihələri hazırlanır" - AÇIQLAMA
"Şanlı qələbəmiz tarixi ədalətin bərpası ilə yanaşı, Qarabağın turizm potensialından faydalanmaq imkanlarını açdı. Dövlət Turizm Agentliyi olaraq, digər dövlət qurumları ilə birlikdə Qarabağda turizmin inkişaf etdirilməsi planları üzərində işləyirik".
Bu sözləri Sonxeber.az-a açıqlama verən Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə turizmin inkişafı mərhələli şəkildə davam etdirilir:
"Yeni turizm destinasiyası kimi Qarabağın turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması bizim üçün olduqca qürurverici və sevindirici haldır. İnanırıq ki, pandemiya bitdikdən sonra ölkəmizə gələn xarici turist sayı yenidən artacaq. Həmçinin, Azərbaycana üz tutan xarici qonaqlar Qarabağa da mütləq səfər edəcəklər. Lakin buradakı turistik potensialı səmərəli istifadə etmək, regionu milli və regional səviyyədə tanıdaraq təhlükəsiz turizm destinasiyasına çevirmək üçün uzunmüddətli turizm strategiyasının hazırlanmasına və mərhələli şəkildə icrasına zərurət var".
Kənan Quluzadə Qarabağda turizmlə bağlı görülən işlər barəsində bunları qeyd edib:
"İlkin mərhələdə Qarabağda mövcud turizm resursları, turizm potensialı qiymətləndirilməli, məskunlaşma təmin edilməli, müvafiq infrastruktur yaradılmalıdır. Bunlara əsasən Qarabağ üzrə turizm klasterlərinin yaradılması nəzərdə tutulur. Şuşa, Laçın, Kəlbəcər, Hadrut, Ağdam, Füzuli-Cəbrayıl, Suqovuşan destinasiyaları üzrə turizm klasterləri formalaşdırmaq potensialı mövcuddur.
Eyni zamanda Qarabağda mədəniyyət, təbiət, sağlamlıq, dağ-xizək turizmi istiqamətləri üzrə zəngin turizm resursları olduğundan müvafiq tematik turizm məhsullarının hazırlanması istiqamətində işlər gedir.
Məsələn, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı qələbəni bizə yaşadan ordumuzun rəşadətli mübarizəsinin, qəhrəmanlığının daha canlı təsəvvürü və daimi olaraq xatırlanması üçün həm daxili, həm xarici turistlərin marağına səbəb olacaq "Zəfər marşrutları" konsepsiyası çərçivəsində "Yolumuz Ağdama" və "Füzuli-Xocavənd" kimi turizm marşrutlarının layihələri hazırlanır. Ağdam, Füzuli istiqamətində, ciddi təhlükəsizlik tədbirlərinə əməl olunması şərti ilə, hələlik kütləvi səfərlər üçün nəzərdə tutulmayan turizm marşrutlarının hazırlanması planlaşdırılır. Ermənistan işğalından əvvəl bu torpaqlarda mövcud olan, lakin düşmən təcavüzü nəticəsində dağıdılmış infrastruktur və potensial haqqında məlumatlar marşrutlar üzrə əyani olaraq ziyarətçilərə çatdırılacaq.
Qarabağdakı turizm əhəmiyyətli irsin hazırda mövcud olan "İpək Yolu", "Alban irsi" və bu kimi digər turizm marşrutlarına inteqrasiya etdirilməsi də nəzərdə tutulur".
Aytəkin Cəlali
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 1151 Tarix: 09 iyul 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tbilisidə ana və körpəsi koronavirusdan ÖLÜB
Tbilisidə Bokeriya adına klinikada 34 yaşlı qadın koronavirusdan vəfat edib. "Report"a istinadən xəbər verir ki, un yerli bürosu xəbər verir ki, o, ötən gün vaxtından əvvəl doğuşa görə xəstəxanaya daxil olub. Həkimlər ana ilə yanaşı körpənin də həyatını xilas edə bilməyiblər
7 may 2021Bu ölkədə dincələn turistlər 360 manat kompensasiya alacaqlar
Rusiyada dincəlmək qərarına gələn turistlər turların alınmasına çəkdikləri xərclərə görə 5-15 min rubl (120-360 manat) həcmində kompensasiya alacaqlar. -ın məlumatına görə, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin Dövlət Dumasında hökumətin gördüyü işlər barədə məruzə ilə çıxış edərkən danışıb
23 iyul 2020Avia biletlərin sifarişi başlayıb. Avia bilet ala bilərsiniz
Artıq indi dünyanın istənilən şəhərinə səyahətinizi həyata keçirə bilərsiniz. Əvəllər bildiyiniz kimi Covid19 pandemiyasına görə bəzi uçuşlar ləğv olunmuşdu. Lakin indi yollar açıqdır. Avia bilet sifariş verib səyahət edə bilərsiz.Hətda yeni ili Balidə, Maldivdə keçirmək istəsəniz belə, bu artıq mümkündür
25 dekabr 2020Bakı-Batumi aviareyslərinin sayı artırılır
"Buta Airways" aşağıbüdcəli şirkət Bakı-Batumi istiqaməti üzrə uçuşların sayını artırır. "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazəni təqdim edib. Aviaşirkət iyulun 17-dən sentyabrın 18-nə qədər Bakıdan Batumiyə həftəd
29 iyul 2019Pandemiya dövründə azərbaycanlılar ən çox bu ölkələrə gedib
Azərbaycandan xaricə istirahət üçün gedənlər əsasən Türkiyə və Gürcüstana üz tutur. bildirir ki, bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib. C.Aşırov qeyd edib ki, quru sərhədlər bağlı olduğu üçün vətəndaşlar bu ölkələrə hava yolu ilə gedirlər:. "Azərbaycana 9 ölkədən gəlməyə icazə verilib
2 avqust 2021İranda daha 432 nəfər koronavirusdan öldü
Son 24 saat ərzində İranda 9 min 450 nəfər koronavirusa yoluxub, 423 nəfər isə həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə bununla da İranda virusa yoluxanların ümumi sayı 673 min 250 nəfər, ölənlərin sayı is
8 noyabr 2020Eyfel qülləsi ziyarətçilərin üzünə açılır
Eyfel qülləsi koronavirus pandemiyası səbəbindən olan 9 aylıq fasilədən sonra 16 İyul tarixində ilk ziyarətçilərini qəbul edəcək. -a istinadən xəbər verir ki, bu barədə qüllənin istismarından cavabdeh olan şirkətin saytında bildirilir. Davam edən epidemiya səbəbindən bu yay qülləyə buraxılan ziyarətç
21 may 2021Bu ölkədə xaricdən gələnlərin təcrid müddəti iki həftəyə qədər uzadılıb
Kuba rəhbərliyi adadakı pisləşən epidemioloji vəziyyətə görə xaricdən respublikaya gələnlər üçün məhdudiyyətləri sərtləşdirib. -ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə nazirliyinin Epidemiologiya departamentinin direktoru Fransisko Düran deyib. Xarici turistlər və Kuba vətəndaşlar
11 iyul 2021