Onlayn media məsələsi Seçki Məcəlləsində əksini tapmalıdır

Onlayn media məsələsi Seçki Məcəlləsində əksini tapmalıdırBu gün Bakıda Azərbaycan Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə işə başlayıb.

Sonxeber.az .az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, MSK sədri Məzahir Pənahov, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edirlər.

MSK sədri Məzahir Pənahov deyib ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) Təqvim Planı təsdiqlənib.

Onun sözlərinə görə, referendumla bağlı 3 təşviqat qrupu qeydiyyatdan keçib: "Seçki və referendum prosesinin mahiyyətinin ictimaiyyətə çatdırılmasında KİV-in böyük rolu vardır. Bu baxımdan da MSK-nın əsas tərəfdaşlarından biri mediadır, jurnalistlərdir".(Report)

Prezidentinin (PA) İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdəki çıxışında dövlətin mətbuata göstərdiyi dəstəkdən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda mətbuat üzərindən senzura aradan qaldırılıb, Mətbuat Nazirliyi ləğv edilib, kütləvi informasiya vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb: "Ötən dövr ərzində mətbuata 30 milyon manatdan çox yardım göstərilib. Əlavə yardımları da nəzərə alsaq, KİV-ə yardımın ümumi məbləği 40 milyon manata çatır. Bu gün Azərbaycanda real yayımı olan 200-dən çox qəzet, 300-dən artıq fəal internet resursu mövcuddur. İndi ölkə əhalisinin hər 1000 nəfərindən 767-nin internetə çıxışı var".

Əli Həsənov qeyd edib ki, Seçki Məcəlləsində onlayn media məsələsi əksini tapmalıdır: "Onlayn mediada fəaliyyət göstərənlər jurnalistdirlər, onların bu baxımdan məsuliyyət daşıyırlar. Onların hüquqları da digər orqanlardakı jurnalistlər kimi eynidir. Qanunlarda onlayn media kütləvi informasiya vasitəsi sayılır. Onlar qanunu pozursa, dövlət orqanları həmin qanunvericilik çərçivəsində tədbir görür. Bu, Seçki Məcəlləsində də əksini tapmalıdır".

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli çıxışı zamanı bildirib ki, media sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı bütün tərəflərə bərabər şərait yaratmalıdır.

MTRŞ sədri deyib ki, referendumda medianın rolu Seçki Məcələsində də aydın şəkildə göstərilib: "Medianın rolu gündən-günə artır. Bu baxımdan referendumda medianın üzərinə ciddi məsuliyyət düşür. Azərbaycanda telekanallarında ödənişli efir vaxtı reklamla bağlı qanunvericiliyə uyğun olmalıdır. İndiyədək bu məsələdə ciddi problemlə rastlaşmamışıq. Təbii ki, keçiriləcək ümumxalq səsverməsində təşviqat prosesində ödənişli əsaslarlarla efirlə bağlı pozuntu aşkarlanarsa, müvafiq tədbir görüləcək".

N.Məhərrəmli qeyd edib ki, Azərbaycanda fikir və söz azadlığı tam təmin olunub: "Bu baxımdan medianın fəaliyyəti üçün əlverişli şərait var".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 641   Tarix: 31 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramaldanova ağır itki

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov

15 dekabr
.

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Bu gün bütün türk dünyasının fəxri, dünyaşöhrətli müdrik şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anım günüdür. xatırladır ki, Heydər Əliyevin vəfat etməsindən 22 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-d

12 dekabr
.

İlham Əliyevdən amnistiya təşəbbüsü - 20 min nəfərə şamil olunması gözlənilir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, ulu öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu öndərin siyasi kursunu

15 dekabr
.

"Ulu Öndər Heydər Əliyev ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya məqsəd qoymuşdu" - DEPUTAT

"Azərbaycan xalqı 12 dekabr tarixini Ümummilli Lider Heydər Əliyevin anım günü kimi dərin ehtiram və böyük minnətdarlıq hissi ilə yad edir. Bu tarix təkcə xatırlama mərasimi deyil, Azərbaycan xalqının öz xilaskarına olan ehtiramının ifadəsidi". Bu sözləri -a Milli Məclisin deputatı Müşfiq Cəfəro

12 dekabr
.

"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir" - AÇIQLAMA

"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən suverenliyimizin tam bərpa olunması və Konstitusiyamızın qəbul edilməsinin 30 ilinin tamam olması ilə əlaqədar "Konstitusiya və Suverenlik" ili çərçivəsində ölkəmizd

17 dekabr
.

Əbu-Dabidə İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərini

17 dekabr
.

Prezident Şahin Əliyevi işdən çıxardı - Yeni rektor təyin etdi

Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qeyd edək ki, Şahin Əliyev Prezident İlham Əliyevin 19 may 2022-ci il Sərıncamı ilə Ədliyyə Nazirliyini

10 dekabr
.

Abbas Abbasov təcili Rusiyaya qayıtdı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb edilən və barəsində axtarış elan olunan Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb. -ya istinadən xəbər verir ki, A. Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gedib və İstanbulda qalırmış. Abba

17 dekabr
.

"Aİ Venesuela dosyesini bağlamır, sadəcə dondurulmuş vəziyyətdə saxlayır" - AÇIQLAMA

Avropa İttifaqı (Aİ) Şurası Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 10 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib. Sənəddə qeyd edilib ki, hazırda siyahıda aktivləri dondurulmalı olan 69 nəfər var. Onlara birbaşa və ya dolayı yolla vəsait, eləcə də, iqtisadi resurslar təqdim etmə

15 dekabr