Qadın hərbçilər ŞALVAR geyinə biləcəklər - FƏRMAN

Qadın hərbçilər ŞALVAR geyinə biləcəklər - FƏRMANPrezident İlham Əliyev "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə" fərmanda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
SonXeber. bildirir ki, sənədə əsasən, həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə" üzrə:
1.1. 2.3-cü və 3.4-cü bəndlərin on üçüncü cümləsində "tərəfində" sözü "səthində" sözü ilə əvəz edilsin;
1.2. 2.8-ci bənd üzrə:
1.2.1. ikinci cümlədə "qatlanan" sözü "dik" sözü ilə əvəz edilsin;
1.2.2. beşinci cümləyə "yarıqlıdır" sözündən sonra "(yalnız uzunqol köynəkdə)" sözləri əlavə edilsin;
1.2.3. onuncu cümlə çıxarılsın;
1.3. 2.17-ci və 3.19-cu bəndlərin beşinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir.";
1.4. 3.1.5-ci yarımbəndə "yaxası üçbucaq" sözlərindən sonra "şəkilli" sözü əlavə edilsin;
1.5. 3.1.6-cı yarımbəndə "yubka" sözündən sonra "və şalvar" sözləri əlavə edilsin;
1.6. 3.2-ci bəndə aşağıdakı məzmunda səkkizinci cümlə əlavə edilsin:
"Ali zabitlər üçün gödəkcənin qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir.";
1.7. 3.3-cü bənd üzrə:
1.7.1. birinci cümlədə "üç" sözü "dörd" sözü ilə əvəz edilsin;
1.7.2. aşağıdakı məzmunda on birinci cümlə əlavə edilsin:
"Ali zabitlər üçün plaşın qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir.";
1.8. 3.5-ci bəndin səkkizinci cümləsində "Yaxalığı dikdir, trikotajdandır" sözləri "Tikilmə dik yaxalıqlıdır" sözləri ilə əvəz edilsin;
1.9. 3.10-cu bəndin ikinci cümləsində "qatlanan" sözü "dik" sözü ilə əvəz edilsin;
1.10. aşağıdakı məzmunda 4.1.2-1-ci və 4.1.2-2-ci yarımbəndlər əlavə edilsin:
"4.1.2-1. qış gödəkcəsi - kamuflyaj edilmiş;
4.1.2-2. qış şalvarı - kamuflyaj edilmiş;";
1.11. 4.1.14-cü yarımbənd ləğv edilsin;
1.12. 4.2-ci bəndə aşağıdakı məzmunda səkkizinci cümlə əlavə edilsin:
"Gödəkcə kəmərsiz daşınır (şəkil 72-1, 72-2, 72-3, 72-4, 72-5, 72-6, 72-7, 72-8).";
1.13. aşağıdakı məzmunda 4.11-1-ci və 4.11-2-ci bəndlər əlavə edilsin:
"4.11-1. Qış gödəkcəsi kamuflyaj rəngli parçadan tikilir, dik yaxalıqlıdır. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Gödəkcə ətəyinə qədər astarlıdır, ətəyi rezinlidir. Kürəyi bütövdür. Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkcənin öz rəngində əlavə qat tikilmişdir. Qolları yarıqlı və manjetlidir, öz rəngində orta forma düyməsi ilə düymələnir. Gödəkcə bel kəmərsiz daşınır. Gödəkcənin sol qolunun xarici səthində dövlət mənsubiyyətini bildirən qara rəngli fərqlənmə qol nişanı tikilir. Gödəkcənin sağ döş cibinin qapağı üzərinə üstündə hərbi qulluqçuların soyadı, inisialı və qan qrupu (rezus-faktor) göstərilən qara rəngli döş nişanı tikilir.
4.11-2. Qış şalvarı kamuflyaj rəngli parçadan tikilir, astarlıdır. Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə kamuflyaj edilmiş parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır.";
1.14. 4.12-ci bənd üzrə:
1.14.1. birinci cümlədə "qatlanan" sözü "dik" sözü ilə əvəz edilsin;
1.14.2. üçüncü cümləyə "astarlıdır" sözündən sonra ", ətəyi rezinlidir" sözləri əlavə edilsin;
1.14.3. aşağıdakı məzmunda altıncı cümlə əlavə edilsin:
"Gödəkcə kamuflyaj edilmiş səhra bel kəmərsiz daşınır.";
1.15. 4.16-cı bənd ləğv edilsin;
1.16. 5.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
"Zabitlərin və gizirlərin poqonlarında onların hərbi rütbələrinə müvafiq olaraq qızılı (səhra geyim formasının poqonlarında - qara) rəngli səkkizguşəli ulduzlar yerləşdirilir. Xidmətin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında prokurorluğun müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. Xidmətin tibbi profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında Ümumdünya Səhiyyə Təşkilatının müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. Ulduzların guşələrindən biri poqonun yuxarı hissəsinə istiqamətləndirilir. Ulduzların ölçüsü onların ətrafına çəkilmiş xəyali çevrənin diametri ilə müəyyən olunur (şəkil 98-1, 98-2).";
1.17. 5.12-ci bəndin ikinci cümləsinə "Xidmətin bütün hərbi qulluqçularının" sözlərindən sonra "(Xidmət rəisi və ali zabitlər istisna olmaqla)" sözləri əlavə edilsin və həmin cümlədən ", demisezon gödəkcə" sözləri çıxarılsın.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1419   Tarix: 03 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev

Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı. İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi. Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlə

12 dekabr
.

"Əhalinin həssas qruplarının sosial təminatı genişləndiriləcək, əməkhaqları və pensiyalar üzrə artımlar davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsini Milli Məclisdə müzakirə edildi. Bu sənəd təkcə rəqəmlərdən ibarət deyil, ölkəmizin növbəti il üçün iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən əsas yol xəritəsidir. Dövlət büdcəsini

9 dekabr
.

"Ramiz Mehdiyevin Əli Kərimli ilə siyasi koordinasiyası Azərbaycan siyasətində köhnə üsulların yenidən canlandırılması cəhdidir" - DEPUTAT

"Ramiz Mehdiyevin Əli Kərimli ilə siyasi koordinasiyası Azərbaycan siyasətində köhnə üsulların yenidən canlandırılması cəhdidir. Hər ikisinin yaxınlaşması dövlətimiz üçün açıq şəkildə təhlükədir. Çünki bu ittifaq milli maraqlara və inkişafına deyil, şəxsi və qrup maraqlarına xidmət etmək üçün qurulub"

8 dekabr
.

Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

12 dekabr
.

"Ulu Öndər Heydər Əliyev ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya məqsəd qoymuşdu" - DEPUTAT

"Azərbaycan xalqı 12 dekabr tarixini Ümummilli Lider Heydər Əliyevin anım günü kimi dərin ehtiram və böyük minnətdarlıq hissi ilə yad edir. Bu tarix təkcə xatırlama mərasimi deyil, Azərbaycan xalqının öz xilaskarına olan ehtiramının ifadəsidi". Bu sözləri -a Milli Məclisin deputatı Müşfiq Cəfəro

12 dekabr
.

Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncamla 2026-2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsasl

5 dekabr
.

"Ümummilli Lider Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi" - DEPUTAT

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Heydər Əliyevin anım günüdür. Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Ümummilli Lide

12 dekabr
.

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Bu gün bütün türk dünyasının fəxri, dünyaşöhrətli müdrik şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anım günüdür. xatırladır ki, Heydər Əliyevin vəfat etməsindən 22 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-d

12 dekabr
.

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən Prezident İlha

8 dekabr