"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
"Qarşıdakı illərdə Qarabağda tam yekunlaşacaq olan quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcəkdir. Cənab Prezident İlham Əliyev demişdi ki, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik və artıq Qarabağ öz gözəliyi ilə görənləri heyran edir. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir. Bu gün dövlətimizin rəhbəri həm qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi, həm işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində sistemli fəaliyyətini müvəffəqiyyətlə davam etdirir". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.
Onun sözlərinə görə, Qarabağ böyük xammal bazasına malikdir: "Qarabağ füsunkar təbiəti ilə yanaşı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala, geniş turizm imkanlarına malikdir. Bu rayonlarımız aqrar üstünlüyü, xammal bazası və emaledici sənaye istehsalı baxımından əlverişlidir. İşğaldan azad edilmiş torpaqların iqtisadi potensialı çoxspektrli olub, kənd təsərrüfatının, sənayenin və turizmin müxtəlif sahələrini əhatə edir. Bu torpaqlar üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Beləliklə, Qarabağda təhlükəsizlik təmin edildikdən, infrastruktur yeniləndikdən və demoqrafik məsələlər həll olunduqdan sonra turizmin təşkili üçün kompleks layihələr həyata keçirilməsi də reallaşacaqdır.
Qarabağın uzun illər ərzində ermənilər tərəfindən vəhşicəsinə yağmalanmasına, vandalcasına dağıdılmasına baxmayaraq 6 ildə aparılan quruculuq işləri sözün əsl mənasında bu torpaqlara yeni nəfəs verdi. Tezliklə Qarabağın ümumrespublika iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
Qızıl bazarında son vəziyyət
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Xankəndi Stadionu açıldı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi