Bütün marşurutlar kart sisteminə niyə keçmir: Şirkətlər buna nə üçün əngəl törədir?
"Uzaq olmayan zaman kəsiyində bütün marşurutlar üzrə kart sisteminə keçidi yekunlaşdıracağıq".
Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev marşrut avtobuslarının tam olaraq kart sisteminə keçidi prosesinin uzanmasına münasibət bildirərkən deyib:
"Prosesin nə zaman başa çatacağı barədə dəqiq vaxt söyləmək çətindir. Kart sisteminə keçid bir qədər ağır prosesdir. Bu zaman bir neçə mərhələdə iş aparılır. İlk növbədə avtobuslar texniki baxımdan kart sisteminə keçidə hazır vəziyyətə gətirilməlidir. Avtobuslara kart oxuma cihazlarının quraşdırılması, müəyyən kabelləşmə işlərinin aparılması ictimai nəqliyyatın gündəlik olaraq xətlərdə olması səbəbindən ağır prosesdir.
Buna baxmayaraq, elə də uzaq olmayan zaman kəsiyində bu işi tam olaraq yekunlaşdıracağıq. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, alt bünövrə işlərini yekunlaşdırmışıq. İndi qalır inteqrasiya prosesini həyata keçirmək".
Mətbuat katibi bildirib ki, prosesin yekunlaşması istiqamətində elə də ciddi süni maneələrlə rastlaşmayıblar:
"Sadəcə, pandemiyanın yaratdığı çətinliklər vardı ki, bu hal da işin düzgün qurulması ilə aradan qaldırılıb. Bəzi hallada bir sıra şirkətlər prosesin həyata keçməsində maraqlı olmadıqlarını nümayiş etdirdilər. Lakin onlarla da iş aparılıb və işin faydası izah edilib. Nəticədə yaranan problemlər aradan qaldırılıb".
Məsələ barədə danışan ekspert Natiq Cəfərli gecikməni bəzi şirkətlərin süni əngəl yaratmasıyla izah edib:
"Əslində bu, çox asan həll olunan məsələdir. Texniki problemlər də yoxdur. Avadanlıqlar alınıb, gətirilib. Bir çox avtobuslarda artıq quraşdırılıb. Digər marşurutlarda bu günə qədər prosesin yekunlaşmamasının yeganə səbəbi isə kimlərinsə burda dövriyyəni gizlətmək niyyətilə bağlıdır. Yəni mövcud əngəllər süni şəkildə yaradılır".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 385 Tarix: 06 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşLənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı
25 aprelSabah 32 dərəcə isti olacaq
Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1
26 aprelİrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi
Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin
25 aprelPolisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü
26 aprelBakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO
Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər
26 aprelRusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO
Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları
26 aprelBakının bu rayonunda qaz kəsiləcək
Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"
26 aprel