"Azərişıq"dan toplu ŞİKAYƏT: "Evdə olmadığımız halda İKİQAT işıq pulu gəlib"
Son zamanlar "Azərişıq"dan qiymətlərin artması ilə bağlı şikayətlər çoxalıb.
Sonxeber.az-ın məlumatına görə "Facebook"da istifadəçilər bununla bağlı iradlarını bildirib, hətta faktlar da atıblar.
Elyar İslamoğlu: ""Azərışıq" ASC-nin avqust ayında abonentlərə verdiyi qəbzlərdəki məbləğ ötən aylardan 2 dəfəyə yaxın çox olub. Deyəsən, "Azərişıq" ASC etdiyi yeyintini növbəti dəfə abonentlərin cibindən çıxmağa çalışır. İyul və avqust aylarında işlətdiyimiz elektrik cihazları eyni olub, əlavə elektrik avadanlıqları qoşulmayıb. Amma avqustdakı borc iyuldan daha çox yazılıb".
Kamil Emirli: "İşıq pulu normalda 20-30 manat olduğu halda bu dəfə 40 manat gəlib".
Zamin Mürsəlov: "Evdə olmadığmız halda bizə 30 manat borc gəlib".
Ramil Vəliyev: "Hər zaman 14-15 manat gəlirdi, bu dəfə 33 manat gəldi. Düşündüm ki, yəqin, kondisioner işlədilib və ona görə də avqust ayında çox ödəniş gəlib. Amma ətrafımda olanlar da elektrikdən hər zamankı qaydada istifadə etdikləri halda 2 dəfə artıq borcun yazıldığını bildirdilər. Müəmmalı məsələdir".
Zeynəb Kazımova: "Biz avqust ayında şəhərdə olmadığımız halda 73 manat borc gəlib".
Ləman Kərimova: "Bizə təzə sayğac qoyublar. Əvvəl aya 100-110 manat yazırdı, bu ay isə 150 manatı keçdi. Kondisioner də eyni qaydada istifadə olunub"
İlahə Vəliyeva: "İyulda bütün günü evdə olmuşuq, 42 manat yazıb, avqustda evdə olmamışıq, 48 manat"
Nicat Aydın Qarayev: "Bizdə normalda 20 manat olan işıq pulu bu ay 66 manat olub".
Könül Ayxan: "Bağda olmağımıza rəğmən, 64 manat işıq pulu gəlib".
Arzu Ağaverdi: "Biz normalda təxminən 17 manat ödəyirik. İyul ayı üçün 46 manat ödədik, avqust ayı üçün isə 30 manat gəlib. Halbuki hamımız ailəlikcə "COVID-19" olmuşduq, heç kondisioner işlətmədik".
Dilşad Musa: "Ayın yarısını evdə olmadığımız halda 83 manat gəlib".
Məleykə Mirzəli: "Bizdə də həmişə 17-18 manat olurdu, avqustda 41 manat gəlib. Özü də Bakıda olmamışıq".
Zaur Əhməd: " Əvvəlki aylara nisbətən 30 faiz artım olub".
Adlarını qeyd etmədiyimiz istifadəçilər tərəfindən bu tipli şikayətlər çoxdur. Onların hamısı keçən aylara nisbətən qiymətlərin 2 dəfəyə qədər artıq olduğunu qeyd edirlər.
Məsələ ilə bağlı "Azərişıq" ASC ilə əlaqə saxlamağa çalışsaq da, birinci zəngdə telefon üzümüzə bağlandı, ikinci dəfə isə ümumiyyətlə zəngimizə cavab verilmədi.
Aytəkin CƏLALİ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2527 Tarix: 14 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü
Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb
19 dekabrAzərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI
Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -
20 dekabrYumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm
21 dekabrBəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrKarantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus
20 dekabrKərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki
19 dekabrDirektoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib
19 dekabrQoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş
İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyest
20 dekabr