Nazirlikdə çalışan tanınmış teleaparıcı Murad Həşimovla SƏMİMİ MÜSAHİBƏ

Nazirlikdə çalışan tanınmış teleaparıcı Murad Həşimovla SƏMİMİ MÜSAHİBƏTanınmış teleaparıcı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Murad Həşimov Sonxeber.az saytının qonağı olub.

Onunla səmimi müsahibəni oxuculara təqdim edirik:

- Murad bəy, istiyərdik ilk öncə oxucularımıza qısaca özünüzü tanıdasız.

- Murad Həşimov, 1988-ci ildə Şəki şəhərində doğulmuşam. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Ardından televiziyalarda fəaliyyətə başlamışam. Əvvəl televiziya, radio, dövlət televiziyası və yenidən özəl televiziyalarda işləmişəm. Hazırda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıram.

- Uşaqlıq illəriniz necə keçib? Dəcəl uşaq olmusunuz, yoxsa sakit və sözəbaxan?

- Evin tək oğlu idim. Evin tək uşağı adətən nazı ilə oynanılan bir uşaq olur. 90-cı illərdə uşaqlıq yaşayan hər kəs, hazırda uşaqlarda görmədiyimiz bütün çılğınlıqları edən nəsil olub. Mən də onlardan biri olmuşam, bütün gün məhlədən evə yığılmayan, eyni zamanda, paralel olaraq, məktəbdə yaxşı oxuyan uşaq olmuşam. Əlaçı idim.

- Məktəb illərindən bəhs etmişkən, o dövr insan həyatının özəl, qayğısız illəridir. Elə bir şagird olmaz ki, məktəbdən qaçmış olmasın. Siz heç qaçmısınız? Buna görə heç danlanmısınız?

- Dərsdən qaçmayıb, yavaş-yavaş getmişik (gülür). Olub, bəzən olub. Məktəb illərinin ən gözəl xatirələri… Dərsdən qaçmaq.. Bu müsahibəni hansısa şagird oxuyursa, qətiyyən tövsiyə etmirik. Amma biz də axırıncı saatlarda müəllimin gözündən yayınırdıq. Olurdu belə hallar (gülümsəyir).

Nazirlikdə çalışan tanınmış teleaparıcı Murad Həşimovla SƏMİMİ MÜSAHİBƏ-Sinif yoldaşlarınızla hələ də əlaqəniz qalır?

- Bəli, əksəriyyəti ilə əlaqəmiz var. Bir neçəsi ilə isə sonradan çox çətinliklə bir-birimizi tapdıq. Amma indi, "Whatsapp" sağ olsun, artıq bir qrup yaratmışıq. Həm sinif, həm tələbə yoldaşlarımızla əlaqə saxlayırıq.

-Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdiyinizi bilirəm, amma fakültənizi öyrənə bilmədim. Hansı fakültəni bitirmisiniz? Öz istəyinizlə həmin fakültəyə daxil olmusuz, yoxsa təsadüfi seçim və ya ailə istəyi olub?

- Kulturologiya fakültəsini bitirmişəm. Səmimi deyim, mən ilk turda kəsilmişdim. Mən imtahan vaxtı çox həyəcanlı oluram. Baxmayaraq ki, ailə üzvlərim təhsil sahəsində çalışıb, amma imtahanda özüm həyəcandan istədiyim nəticəni əldə edə bilməmişdim. Sonra ikinci turla qəbul oldum. Siyahıda Mədəniyyət və İncəsənət Universiteti var idi, mən də onu seçdim və orada təhsil almaq qismət oldu. İndi də, üzərindən artıq 13 ilin ötməsinə baxmayaraq, hər dəfə universitetin yanından keçəndə o xatirələr canlanır.

- Universitet illəri ilə bağlı hansı yadda qalan xatirələriniz var? Bu illərdə peşənizlə bağlı təcrübəniz olub?

- 2004-2008-ci illərdə təhsil almışam və həmin fakültədə bizimlə bərabər oxuyanlarlardan hazırda həm TV-də, həm mədəniyyət və incəsənət sahəsində yetərincə peşəkar mütəxəssis kimi çalışanlar var. Universitet xoş bir mühitlə yadda qalıb. Qrup yoldaşlarımızla hazırda da birlikdəyik, münasibətlərimiz var. Məncə, hər bir insanın həyatında belə bir dövr olmalıdır. O illərin hər günü bir xatirədir. Bəzi hadisələr var ki, onu yalnız öz aramızda danışıb gülə bilirik. Ona görə də ictimailəşdirilməyəcək xatirələrimiz daha çoxdur.

Nazirlikdə çalışan tanınmış teleaparıcı Murad Həşimovla SƏMİMİ MÜSAHİBƏ- Jurnalistika dərsləri keçən müəllimlərinizdən ən çox sevdiyiniz müəllim hansıdır? Hansı xüsusiyyəti ilə xatirənizdə qalıb?

- Jurnalistikaya ilk dəfə sadəcə olaraq maraq naminə tələbə olanda baş vurmağa çalışırdım. Yadımdadır ki, tək mən yox, universitetdə təhsil alan bir neçə yaşıdımız var idi ki, biz televiziyalara hansısa bir layihə ilə bağlı təkliflər verirdik. Onda çox həvəsli idik ki, həmin layihələr qəbul edilər və biz həmin televiziyada o layihəni icra edərik. Amma televiziyaların "mətbəx"ini belə görəndən sonra anlayırsan ki, kənardan tələbənin fikirləşdiyi hansısa layihə əslində həmin televiziyada çalışan prodüserlərin ağlına çoxdan gəlib. Yəni biz daha sadəlövhcəsinə yanaşırıqdıq, fikirləşirdik ki, bəlkə də, biz bunu ilk dəfə düşünmüşük, daha əvvəl heç kimin ağlına gəlməyib, halbuki bizdən öncə düşünənlər olub. Universiteti bitirikdən sonra region televiziyalarının birindəki tanışıma müraciət etdim. Onda Şəkidə TV açılırdı, orada ilk dəfə müxbir olaraq fəaliyyətə başladım. Ardından qısa müddətdə aparıcılıq etdim. Daha sonra həmin televiziyanı tərk edərək, digər televiziyalarla, "production"larla işləməyə başladım. İlk müəllimim həmin regional TV-dəki redaktorumuz Əli Səmədov oldu, ardından Aytən Əliyeva, dövlət televiziyasında redaktorumuz olan Vəli Əkbər. İndiyə qədər ailəvi dostluq münasibətlərimiz də davam edir. Hər biri mənim üçün dəyərlidir, hər zaman onları özümə müəllim kimi görürəm.

- Media sahəsində fəaliyyətə başlamağınız uğurlu olub. Bu sahədə yüksəlişiniz barədə məlumat verməyinizi xahiş edirəm.

- Televiziyada davamlı fəaliyyətim ən çox "ARB"də olub. Uzun illər bu TV-də çalışmışam. Gün ərzində ölkədə ən çox canlı yayım edən aparıcı idik. Səhər 2 saatdan çox, günorta saat yarım, toplam gün ərzində 3-4 saat efirdə canlı yayımda olurduq. Bu, məncə, Azərbaycanda ən uzun gedən canlı yayım hallarından birincisidir. Əslində hər canlı yayım özü bir təcrübədir. Müxtəlif xarakterli proqram aparan zaman da insan həmin sahəyə uyğun özünü təkmilləşdirməli, formalaşdırmalı olur. Həmin təcrübə ilə 2020-ci ilin televiziya mövsümünün sonuna qədər televiziya fəaliyyətimi davam etdirdim. Sevda Rəsulqızı ilə "Günə Doğru" proqramını təqdim edirdik. Yeri gəlmişkən, Azərbaycanın ən baxımlı, ən çox izlənilən səhər xəbər şousu idi. Xəbər formatını dəyişmişdik və bu, çox xoş qarşılanmışdı. İndiyə qədər də, çox sağ olsunlar, tamaşaçılar yazırlar, televiziyaya nə vaxt qayıdacağımızı soruşurlar. "ARB" dövrü çox məhsuldar dövr oldu. 2019-cu ildə fəaliyyətimlə bağlı cənab Prezident tərəfindən "Tərəqqi" medalı ilə təltif olundum.

Nazirlikdə çalışan tanınmış teleaparıcı Murad Həşimovla SƏMİMİ MÜSAHİBƏ- Canlı yayımda çətin anlarla qarşılaşmısınız?

- Bu, əslində bir az təcrübə istəyən bir şeydir. Yəni insan təcrübəni topladıqca, özünü, efirdə olan digər şəxsləri daha yaxşı idarə etməyə başlayır. Sürprizlər olub, məsələn, efirə qonaq gecikib, gələn qonaq gözləntiləri qarşılamayıb: yəni həmin qonaqla1 saat efirdə olmalıyam, amma o, insanla 10-15 dəqiqədən yuxarı ünsiyyət qurmayıb (gülümsəyir). Belə hallar olur. Bütün bunlara baxmayaraq, deyərdim ki, bir aparıcı üçün ən rahatı əslində canlı yayımdır. Ümumiyyətlə, televiziya aparıcıları öncədən çəkilən verilişləri xoşlamırlar. Canlı yayım istənilən televiziya aparıcısı üçün daha arzuolunandır. Yəqin ki, bütün həmkarlarım bunu təsdiqləyər.

- Radioda çalışmaq həmişə mənim üçün daha fərqli, maraqlı olub. Sizcə, necə? Həm radioda, həm televiziyada çalışmış bir jurnalist olaraq, sizcə, radioda, yoxsa televiziyada çalışmaq daha maraqlıdır? Hansı daha çətindir?

- Radioda çalışanadək o qədər də radio dinləyicisi olmamışdım. Amma fəaliyyətə başladıqdan sonra radio sahəsinə həqiqətən bağlandım. Düzdür, orada qısa müddətdə - hardasa 2 ilə yaxın - çalışdım. "Araz FM" radiosunda biz "Üçü birində" səhər şousunu təqdim edirdik. Ona qədər mən televiziyanın xəbərlər redaksiyasında işləmişdim. Xəbərlərdən sonra bu formatda veriliş çox çətin idi. Yəni insan o qədər sərbəstliyə alışa bilmirdi. Sağ olsun həmkarlarım Elgün və Sona, onlarla bərabər adaptasiya olduq. Radio maraqlı idi, hazırda da radio verilişlərə qonaq olanda, o mühiti yaşayanda insan darıxır.

Nazirlikdə çalışan tanınmış teleaparıcı Murad Həşimovla SƏMİMİ MÜSAHİBƏ-Murad bəy, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdirisiz. Sizcə, mətbuat xidmətinin rəhbəri daha çox təmsil etdiyi qurumun, yoxsa ictimaiyyətin qarşısında məsuliyyət daşıyır?

- Hər kəsin qarşısında məsuliyyət daşıyır. Danışığına, münasibətinə, hər bir addımına diqqət etməlidir. O, çalışdığı qurumun simasıdır, yəni ətrafdan həmin mətbuat xidməti rəhbərinin davranışı, münasibəti, açıqlaması, məlumatlılığı həmin qurum haqqında fikri kənar şəxslərdə formalaşdırır. Mətbuat qurumu öz işini doğru görməzsə, onun çalışdığı qurumun ictimai rəyi yaxşı yerlərdə olmayacaq. Mətbuat xidməti bu cəhətdən çox böyük bir önəmə sahibdir. Amma söhbət eyni zamanda operativlikdən gedir. Çünki, bilirsiz, müasir mətbuat çox sürətli məlumat tirajlayır. Sürətə ayaq uyğunlaşdırmaq da lazımdır ki, jurnalistlər sual verəndə vaxtında, onların səbrini daşırmadan, cavabını verəsən. (gülümsəyir)

- Mətbuat xidməti rəhbəri çalışdığınız dövrdə sizi güldürən və ya sizi təəccübləndirən bir sualla qarşılaşmısızmı?

- Bəzən belə olur ki, bizim agentliyin fəaliyyət sahəsinə aid olmayan sualları yönləndirirlər. Bəzən jurnalistlər, bəzən vətəndaşlarımız məlumatsız ola bilirlər. Biz o halı təəccüblə qarşılasaq da, bizə aid olmasa da, reaksiyasız qalmırıq. Məsələni digər lazımi qurumlara yönləndiririk. Hamımız Azərbaycan dövlətinə xidmət edirik, vətəndaşın hansısa sualı varsa, onun cavablandırılmasına nail olmağa çalışmalıyıq.

Nazirlikdə çalışan tanınmış teleaparıcı Murad Həşimovla SƏMİMİ MÜSAHİBƏ- Xanım jurnalistlər və ya müsahiblərinizə xanımınızın sizi qısqandığı anlar olub?

- Vallah, illərlə bərabər çalışdığımız dostlar, jurnalistikada xanım aparıcılar, müxbirlərlə o qədər ailə mühiti yaratmışıq ki, əksər hallarda birlikdə istirahətə gedirik, bərabər harasa səfər edirik. Artıq bir ailə mühiti formalaşıb və o, hamısını tanıyır, onlar da yoldaşımı tanıyırlar. İndiyə qədər belə bir problem olmayıb.

-Murad bəy, iki övladınız var, Allah saxlasın. Övladlarınızın sizin ixtisasınızı davam etdirmələrini istərdinizmi və ya onlardan bunu istəyən var?

- Mən eyni zamanda reklam diktoruyam, eşitdiyiniz bəzi reklam çarxlarında mətnləri mən səsləndirirəm. Bu, mənim çalışdığım digər bir sahədir. Mənim qızlarım da artıq bu sahədə ilk addımlarını atıblar, bir neçə reklamın səsləndirilməsində iştirak ediblər. Ümumiyyətlə, evdə mənim bu fəaliyyətimi gördükdən sonra onlarda da həvəs yaranıb, bəzən özləri səsləndirmə ediblər. Televiziya ilə, aparıcılıqla bağlı belə bir xüsusi həvəsləri olmayıb. Sadəcə olaraq, öz səslərini sınayırlar. Əgər efirdən yığışdırılmayıbsa, hazırda da yayımda olmalıdır.

- Boş zamanlarınızı nə ilə dəyərləndirirsiz?

- Boş vaxtım olmur (gülür). Təəssüf ki, olmur. Olanda isə, digər vaxtlarda cavablandıra bilmədiyim müraciətləri cavablandırıram (gülümsəyir). İndi sosial şəbəkə həyatımıza o qədər daxil olub ki, yəni bizim qalan bütün vaxtımız da sosial şəbəkələrə həsr olunur. Bəzən orada gün ərzində cavablandıra bilmədiyim və ya nəzər yetirə bilmədiyim hansısa hadisələrə baxıram. Beləcə, bir də görürəm ki, artıq gecədir.

- İşlərinizin çoxluğu ailəniz, övladlarınızla aranızda incikliyə səbəb olurmu?

- Bəzən küsürlər. Evdə anaları daha çox onlarla məşğul olur. Mən, təəssüf ki, təhsilləri ilə bağlı çox vaxt ayıra bilmirəm. Çalışıram ki, ən kiçik bir zaman kəsiyində belə, özümü onlara həsr edim. Çünki bəzən həftəsonlarını, bayram gününü, hansısa bir kiçik tətil gününü əldə fürsət kimi gözləyirik ki, həmin günü övladlarımızla keçirək.

- Qız uşaqlarından söz düşmüşkən sual vermək istərdim. Son dövrlər mediada da özünüz görmüsünüz. Qadınlara, qız uşaqlarına qarşı zorakılıqlar törədilir. Bununla bağlı nə deyə bilərsiniz?

- Təəssüf ki, cəmiyyətdə müxtəlif hadisələr baş verir. Yəni tək qadın yox, bəzən kişi zorakılığı da ola bilər və təbii ki mən istənilən zorakılıq hallarına qarşıyam. Yeri gəlmişkən, çalışdığım qurum məişət zorakılığından əziyyət çəkən insanlar üçün də xüsusi fəaliyyətlə məşğuldur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qrupundan olan şəxslər üçün sığınacaq və sosial reabitilasiya müəssisəsi var. Burada məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı bir şöbə var, iyul ayından fəaliyyət göstərir. Həmin şöbədə məhz bu formada zərər görən şəxslərin reabitilasiyası, cəmiyyətə qazandırılması həyata keçirilir.

Nazirlikdə çalışan tanınmış teleaparıcı Murad Həşimovla SƏMİMİ MÜSAHİBƏİnsanlar birbaşa hüquq mühafizə orqanlarına və ya digər qeyri-hökumət təşkilatlarına müxtəlif formada müraciət edə bilərlər. Yetər ki, biz hadisələrdən xəbər tutandan sonra onlara əl tutmaq niyyətimizi qəbul etsinlər, biz də dəstək göstərə bilək.

Aysel Səfərzadə


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 7447   Tarix: 20 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"5 min üzvü olmayan partiyanın Azərbaycanın siyasi səhnəsində nə işi var?" - Elman Nəsirov-MÜSAHİBƏ

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "5 min üzvü olmayan partiyanın Azərbaycanın siyasi səhnəsində nə işi var? Sənin arxanda 5 min adam dayanmırsa, düşüncələrini, ideologiyanı 5 min nəfər paylaşmırsa, bu nə partiyadır. Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov -a müsahibəsind

5 dekabr 2022
.

"Biz Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi qəbul edirik" - Aydın Mirzəzadə -VİDEOMÜSAHİBƏ

"Milli Məclisin İsraillə dostluq qrupu bəyanat verdi ki, biz dinc əhaliyə qarşı terror hücumunu pisləyirik. İsrail qəzetləri yazır ki, müsəlman dövlətlərindən İsraili dəstəkləyən Azərbaycan oldu. Düzdür, biz Fələstinin müstəqil dövlət qurmaq hüququnu tanıyırıq. Biz Şərqi Qüdsü Fələstin dövlətini

10 oktyabr 2023
.

"4 ildən çoxdur müharibə bitsə də Fransa bunu qəbullanmaq istəmir" - MÜSAHİBƏ

Deputat Cavanşir Paşazadə -ın suallarını cavablandırıb. - Cənab İlham Əliyevin 2024-cü il fevralın 7-də tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən bir il ötür. Qazanılan nailiyyətlər və hazırkı gerçəkliklər ölkəmiz üçün hansı perspektivləri vəd edir?. - Cənab Prezident İlham Əliye

19 fevral
.

Trampın yeni qərarı "buzu qırdı": "Silah gücü" sülh yaradacaqmı?

Bu günlərdə dünya ictimaiyyəti bir daha "Silahın gücü"nün siyasi arenada, cəbhənin qaynar nöqtələrində baxışları və nəticələri necə dəyişdiyinin şahidi olur. Tramp Administrasiyasında bir ilk - "Silah gücü" sülh yaradacaqmı?. Söhbət ABŞ Prezidenti Donald Tramp Administrasiyasını

19 sentyabr
.

"Məni "urus qız" deyə tanıyırdılar, halbuki, əslində ukraynalı idim" – Yelena Sideorenko

"Özümü təqdim etməyi yadımda deyil, sonuncu dəfə məndən nə zaman xahiş etmişdilər. Bu, ulduz xəstəliyinə tutulduğuma görə deyil. Sadəcə, artıq özümü necə təqdim edəcəyimi də bilmirəm. Əgər tamaşaçılarınız yaşca daha gəncdirsə, yəqin ki, məni tanımayacaqlar və bəlkə də düşünəcəklər: "Bu qı

14 oktyabr
.

Azərbaycan əsgəri ilə bağlı xatirəsindən danışarkən kövrələn Reza Deqati ilə VİDEOMÜSAHİBƏ

Dünyaşöhrətli fotoqraf, hərbi müxbir Reza Deqati -ın qonağı olub. Cənubi azərbancanlı olan fotoqraf İran inqilabı zamanı göstərdiyi fəaliyyətindən, Azərbaycanın dar günlərində iştirakından, müharibə xatirələrindən danışıb. 2-ci Qarabağ müharibəsi zamanı bir əsgərlə bağlı xatirəsindən söhbət açan Rez

5 may 2022
.

Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün şərt qoyub

Fələstin probleminin uzunmüddətli həlli tapılmayana qədər Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilməyəcək. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud CNN telekanalına müsahibəsində bildirib. O, jurnalistin müvafiq sualına cavabında deyib

22 yanvar 2024
.

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO. Müasir dövrdə uğurlu karyeranın sirrini şəbəkələşmədə və insanların bacarıqlarını inkişaf etdirməsində görür. Düşünür ki, dil bilikləri və savadla yanaşı, yaxşı ətraf uğurun açarıdır. Bu yolda insanı

24 sentyabr 2023
.

"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə MÜSAHİBƏ

xəbər portalının baş redaktoru Əli Vəliyev APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızından özəl video müsahibə alıb. Müsahibədə Milli Mətbuatın 150 illik yubileyi, medianın dünəni və bu günü, onlayn xəbər platformaları, Media İnkişafı Agentliyinin fəaliyyəti ilə bağlı suallara cavab alınıb

17 iyul