"Məni "urus qız" deyə tanıyırdılar, halbuki, əslində ukraynalı idim" – Yelena Sideorenko
"Özümü təqdim etməyi yadımda deyil, sonuncu dəfə məndən nə zaman xahiş etmişdilər. Bu, ulduz xəstəliyinə tutulduğuma görə deyil. Sadəcə, artıq özümü necə təqdim edəcəyimi də bilmirəm. Əgər tamaşaçılarınız yaşca daha gəncdirsə, yəqin ki, məni tanımayacaqlar və bəlkə də düşünəcəklər: "Bu qız kimdir, əyləşib orada?" Amma 35-40 yaşdan yuxarı olan izləyicilərin yadına düşəcəyəm".
Bu sözləri Sonxeber.az-a tanınmış teleaparıcı Yelena Sidorenko danışıb.
O, müsahibə zamanı qeyd edib ki, o dövrdə çox güman ki, Azərbaycan dilində danışan qeyri-azərbaycanlı bir aparıcı kimi tanınırdım:
"İyirmi il əvvəl ekranda göründüyümdə hamı deyirdi, "Urus qız, urus qız, xəbərləri aparan". Halbuki, əslində, ukraynalı qız idim. O dövrdə çox güman ki, Azərbaycan dilində danışan qeyri-azərbaycanlı bir aparıcı kimi tanınırdım. Sonra illər keçdi və həyatımın on ildən çoxunu televiziyaya, jurnalistikaya həsr etdim. Daha sonra isə marketinq və PR sahələrində çalışdım.
Son illər ərzində artıq öz tədris mərkəzlərim fəaliyyət göstərir. Bu gün əsas istiqamətlərimizdən biri Azərbaycan dilinin düzgün tədrisidir. Öz müəllif proqramım əsasında Azərbaycan dili xarici dil kimi öyrədilir. Təəssüf ki, Azərbaycanda illərlə yaşayan bir çox insanlar hələ də Azərbaycan dilini rahatlıqla mənimsəməkdə çətinlik çəkirlər.
Digər istiqamətimiz natiqlik təlimidir — burada insanlar həm nitqləri, həm də özünəinam üzərində işləyirlər. Üçüncü istiqamət isə bloqerlik məktəbidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
Aqşin Fatehə ağır itki
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq