Sən demə buzlaqlar da "oxuya" bilirmiş
Buzlağın rəngi işıqlandırmadan və baxış bucağından, çıxardığı səslər isə hərəkətindən və temperatur şəraitindən asılıdır.
Ölkə.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun İqlim və Ətraf Mühit Dəyişiklikləri Laboratoriyasının elmi əməkdaşı Anna Kozacek danışıb.
Buzlaqlar müxtəlif rənglərdə görünə bilər - onların çalarları çəhrayıdan mavi və yaşıl rəngə qədər dəyişir. Bu səbəbdən onlar Arktika və Antarktikaya səyahət edən turistlərin tez-tez fotoşəkil çəkdirdikləri məkanlara çevrilirlər. Tədqiqatçılar həmçinin qeyd edirlər ki, buzlaqlar "oxumağa" bənzər müxtəlif səslər çıxarır.
"Buzlağın rəngi, o cümlədən, işıqlandırmadan və ona hansı bucaq altında baxmağımızdan asılıdır. Buzun çıxardığı səslər isə onun hərəkəti və temperatur şəraiti ilə əlaqəlidir. Temperatur yüksək olduqda buz daha plastik şəkildə deformasiyaya uğrayır, aşağı temperaturda isə plastikliyi azalır", - Kozacek bildirib.
Qlasiooloqun sözlərinə görə, oxşar prosesi qışda təzə yağan qarın üzərində yeriyərkən də müşahidə etmək mümkündür. Şiddətli şaxtada qar dənəcikləri ayaqlarımızın altında qırılır və biz xarakterik xırıltı səsi eşidirik. Temperatur daha yüksək olduqda isə qar fərqli davranır və bu səs daha az eşidilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 125 Tarix: 27 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYorğunluq və baş ağrılarının əsl səbəbi...
Gün ərzində kifayət qədər su qəbul etmədikdə yaranan baş ağrıları, xroniki yorğunluq, diqqət dağınıqlığı və daimi halsızlıq orqanizmin "gizli susuzluq" siqnallarıdır. "Qafqazinfo"nun xəbərinə görə, tibb mütəxəssisləri bildirirlər ki, yalnız boğaz quruyanda su içməyi xatırlamaq hüceyrələri
19 noyabrEvi daha təhlükəsiz edən 12 yapon vərdişi
Evdə təhlükəsizliyi təmin etmək üçün həmişə bahalı avadanlıqlara və böyük dəyişikliklərə ehtiyac olmur. Əşyaların düzgün yerləşdirilməsi, uyğun işıqlandırma və gündəlik vərdişlər xüsusilə yaşlı insanların həyatını asanlaşdıra bilər. xarici mediaya istinadla xəbər verir ki, yapon məişətində evin rahatlığın
22 noyabrEvin divarlarındakı qara ləkələr - Gizli ölüm riski
Qış aylarında bir çox evin divarlarında, xüsusilə pəncərə kənarlarında, hamam otaqlarında və mebel arxalarında qara ləkələr əmələ gəlir. Bəziləri bunu adi nəmişlik hesab edərək əhəmiyyət vermir, digərləri isə ləkələrin üzərini boya ilə örtməklə problemin həll olunduğunu düşünür. Halbuki divarlarda yarana
22 noyabrQışa enerjili girmək üçün - 10 addım
Yay mövsümünün dinamik ritmi, uzun səfərlər və dəyişən günlük vərdişlərdən sonra soyuq aylara keçid həm orqanizm, həm də yaşayış mühiti üçün yeni balans tələb edir. "Qafqazinfo" xəbər verir ki, qışa daha gümrah və hazırlıqlı başlamaq üçün gündəlik rejimdə, qidalanmada və şəxsi qulluqda tətbi
20 noyabrÇiy toyuq ətini yumaq niyə təhlükəli hesab olunur?
Mətbəxdə geniş yayılmış vərdişlərdən biri çiy toyuq ətini bişirməzdən əvvəl suyun altında yumaqdır. Lakin qida təhlükəsizliyi üzrə mütəxəssislər bu üsulun bakteriyaların mətbəx səthlərinə yayılmasına səbəb ola biləcəyini bildirirlər. -a saytına istinadla xəbər verir ki, ət məhsullarının saxlanması v
26 noyabrSaxta təbəssüm xoşbəxtlik gətirir?
Təxminən 1200 iştirakçının qatıldığı genişmiqyaslı araşdırma göstərib ki, könüllü edilən təbəssüm əhval-ruhiyyəni yüksəldə bilər, lakin daimi və məcburi gülüş insanı xoşbəxt etmək əvəzinə qəzəb və qıcıqlanma yaradır. "Qafqazinfo" xəbər verir ki, Florida Universitetinin psixologiya professor
27 noyabrDünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?
Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqəni
22 noyabr