Bu üsulla xərçəng riski müəyyən edilə bilər: Milyonlarla insan təhlükədən xəbərsizdir
Sadə tüpürcək nümunəsi ilə aparılan genetik testlər bəzi xərçəng növlərinə irsi meyilliliyi üzə çıxara bilər. Xüsusilə yoğun bağırsaq, uşaqlıq, yumurtalıq, mədə və mədəaltı vəzi xərçəngi riskini artıran Linç sindromunun erkən aşkarlanması ciddi əhəmiyyət daşıyır.
Sonxeber.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.
Məlumata görə, Linç sindromu daşıyıcılarının bir qismi genetik riskindən xəbərsiz olur. ABŞ-da təxminən 1,2 milyon insanın bu sindromu daşıdığı, onların təxminən 95 faizinin isə vəziyyətindən xəbərdar olmadığı bildirilir.
ABŞ-də yaşayan 40 yaşlı Brays Remsi 33 yaşında üçüncü mərhələ yoğun bağırsaq xərçəngi diaqnozu aldıqdan sonra Linç sindromu daşıyıcısı olduğunu öyrənib. Atasında, qardaşında və xalasında da yoğun bağırsaq xərçənginin aşkarlanması ailəvi genetik riskin əhəmiyyətini ortaya qoyub.
Mütəxəssislər bildirirlər ki, Linç sindromunu müəyyənləşdirmək üçün tüpürcək, yanaq daxili yaxması və ya qan nümunəsi əsasında genetik test aparıla bilər. Riskin erkən aşkarlanması kolonoskopiya kimi müayinələrə daha gənc yaşlarda başlamağa və xəstəliyin qarşısını almaq üçün tədbirlər görməyə imkan yaradır.
Məqalədə Hollivud ulduzu Ancelina Colinin nümunəsi də xatırladılıb. O, 2013-cü ildə süd vəzi və yumurtalıq xərçəngi riskini artıran BRCA1 gen mutasiyasının daşıyıcısı olduğunu açıqlamışdı. Bu açıqlamadan sonra ABŞ-də BRCA genetik testlərinə müraciətlərin 64 faiz artdığı bildirilir.
Mütəxəssislər ailəsində yoğun bağırsaq, uşaqlıq, mədə və digər əlaqəli xərçəng növləri qeydə alınan şəxslərə genetik məsləhət almağı tövsiyə edirlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 175 Tarix: 27 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş2000 illik qablardan nə çıxdı? - Arxeoloqları təəccübləndirən tapıntılar
İspaniyanın Menorka adasında aparılan arxeoloji araşdırmalar qədim insanların dəfn mərasimləri ilə bağlı maraqlı faktları üzə çıxarıb. Ölkə.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Archaeological Science" jurnalında dərc olunub. Arxeoloqlar 200 ildən çox yaşı olan kiçik keramik
18 noyabrAğıllı anaların uşaqlarına öyrətdiyi 7 vacib qayda
Uşaqların gələcəkdə uğurlu və özünəinamlı şəxsiyyət kimi formalaşması yalnız məktəbdə aldıqları qiymətlərdən və əlavə məşğələlərdən asılı deyil. Psixoloqlar bildirirlər ki, uşağın emosional intellektinin inkişafında və həyata hazırlanmasında ailənin, xüsusilə də ananın rolu böyükdür. xarici mediaya istinadə
22 noyabrMarsda 200 metrdən hündür sıldırım yamacları olan 29 mümkün buzlaq aşkarlanıb
Marsın şimal kraterlərində daş və toz qatlarının altında gizlənmiş ola biləcək 29 qədim buzlaq izi aşkar edilib. xəbər verir ki, alimlər bu geoloji strukturları Marsın Alba vulkanı ərazisində yerləşən 738 zərbə kraterini araşdırarkən müəyyən ediblər. Tədqiqat zamanı "Mars Reconnaissance Orbiter"
20 noyabrEvi daha təhlükəsiz edən 12 yapon vərdişi
Evdə təhlükəsizliyi təmin etmək üçün həmişə bahalı avadanlıqlara və böyük dəyişikliklərə ehtiyac olmur. Əşyaların düzgün yerləşdirilməsi, uyğun işıqlandırma və gündəlik vərdişlər xüsusilə yaşlı insanların həyatını asanlaşdıra bilər. xarici mediaya istinadla xəbər verir ki, yapon məişətində evin rahatlığın
22 noyabrKombi işləyən evdə də dəm qazı öldürə bilər - Çoxlarının bilmədiyi təhlükə
Qış mövsümünün yaxınlaşması ilə Azərbaycanda mənzillərin isidilməsi məsələsi yenidən aktuallaşıb. Paytaxtda və bölgələrdə minlərlə ailə evini isitmək və isti su ilə təmin etmək üçün kombi sistemlərindən istifadə edir. Bir çox insan kombinin ənənəvi qaz sobalarından daha təhlükəsiz olduğunu düşünür. Laki
22 noyabrDünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?
Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqəni
22 noyabr