Hamilə qalmağı arzulayanlar bu qidaları yesin - SİYAHI

Hamilə qalmağı arzulayanlar bu qidaları yesin - SİYAHIAna olmaq hər xanımın arzusudur. Ailə quran hər qadın övladının dünyaya gəlişini səbirsizliklə gözləyir. Lakin bu, bəzən gözlənən qədər tez baş vermir. Ekoloji və ya genetik faktorlar kimi bir çox səbəblərdən hamilə qalmaq getdikcə çətinləşir. Ancaq qəm yeməyə dəyməz. Hətta bəzi qidalara üstünlük verməklə hamilə qalmaq şansını artırmaq olar. Aile.lent.az hamilə qalmaq şansını artıran qidaları təqdim edir.

Ümumiyyətlə, uşaq sahibi olmağı planlaşdıran cütlüklər qidalanma nizamından fiziki fəaliyyətə qədər həyat tərzlərini tənzimləməlidirlər. Kifayət qədər yeyilən bir-birindən faydalı qidalar qadınların doğuş qabiliyyətinə müsbət təsir edərək, ana olmağa bir addım daha yaxınlaşmalarını təmin edir.

Hamilə qalmazdan əvvəl yeyilən qidalar həm doğuş qabiliyyətininə, həm də körpənin Sağlamlığına təsir edir. Sağlam olmayan və kor-koranə qidalanma artıq çəki və həddindən artıq zəiflik ovulyasiya deyilən yumurtlama nizamını pozaraq doğuş qabiliyyətinə mənfi təsir edir.

Sadə şəkər, rəfinə edilmiş karbohidrat və trans yağ turşusu yemək hamilə qalmağı çətinləşdirir. Hazır qidalar, xüsusilə marqarini olan trans yağ turşusu yemək doğuş qabiliyyətinə mənfi təsir edir. Buna görə də qidaların tərkibi haqqında məlumat əldə etmək və trans yağ turşusu ehtiva edən qidalardan uzaq durmaq lazımdır.

Gündə bir ovuc qoz, fındıq, fıstıq

Hamilə qalma şansını artırmaq üçün kifayət miqdarda yağlı toxumlar yemək məsləhətdir. Aparılan araşdırmalar sübut edib ki, gündə 1 ovuc qoz, fındıq kimi yağlı toxumlar əvəzinə 1 paket çips yeyən qadınlarda yumurtlama pozuqluğu riski artır. Lakin gündəlik 1-2 ovucdan çox yağlı toxumlar yemək də doğru deyil. Çünki çox yemək artıq yağ qəbuluna, diabet və piylənmə riskinin artmasına səbəb ola bilər. Gündə yalnız 1 stəkan az yağlı südü bir stəkan tam yağlı süd, qatıq və ya bir top dondurma ilə dəyişdirmək də hamilə qalma şansını artırır.

Keyfiyyətli zülal qəbul edin

Ət, toyuq, balıq kimi qidaları da bu dövrdə müəyyən ölçülərdə yemək keyfiyyətli zülal qəbuluna səbəb olar. Gündə 1 boşqab ət və toyuq kimi heyvani zülal baxımından zəngin qidaların quru paxla və yağlı toxumlar kimi bitki mənşəli zülalla zəngin qidalarla dəyişdirilməsi hamilə qalma şansını artırır.

Bu dövrdə balıq yeməyə diqqət etmək vacibdir. Skumbriya, ton balığı, qılçıqlı balıq kimi yüksək miqdarda civə ehtiva edən balıqlar hamilə qalma şansını və körpənin inkişafını riskə ata bilər. Bunların yerinə qızıl balıq, krevet, yağsız ton balığı yeyə bilərsiniz.

Sinklə zəngin qidalar yeyin

Kifayət qədər dəmir, fol turşusu, sink və maqnezium ehtiva edən multi vitamin qəbulu uşaq planlanmasında çox əhəmiyyətlidir. Sink hamilə qalma şansı üçün lazım olan yumurta və sperma istehsalı, estrogen-progesteron hormonları və maye tarazlığını təmin edir. Eyni zamanda uşaqlıqdakı fibroidi azaldaraq sonsuzluğa mane olur. Sink yumurta, yağsız ət, toyuq, quru paxlalılar, yağlı toxumlar, bəzi qabıqlı dəniz məhsulları, tam taxıllılar və sinklə zənginləşdirilmiş süd məhsullarında olur.

Biyan kökü və jenşen yeməyin

Gün ərzində kifayət qədər su içmək də ən əhəmiyyətli məqamlardan biridir. Lazımi miqdarda su qəbul etmədikdə, uşaqlıq ağzı maye azala bilər. Uşaqlıq ağzı maye spermaların rahatlıqla yumurtanı tapıb dölləməsini təmin edir. Bu dövrdə kofein qəbulunu məhdudlaşdırmaq şərtdir. Gündə 2.5 fincandan çox qəhvə içmək olmaz. Yüksək dozada kofein qəbulu hamilə qalmağa mane olur. Hamilə qalma şansını artırmaq üçün biyan kökü, jenşen kimi bitki çaylarından da uzaq dayanın. (ailem.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6240   Tarix: 10 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Əti soyuducuya torbada qoymaq ölümcüldür - XƏBƏRDARLIQ

Bir çox insan mağazadan aldığı təzə əti vərdiş üzrə həmin polietilen paketdə soyuducuya qoyur. Bu üsul rahat görünsə də, mütəxəssislər bunun sağlamlıq üçün təhlükəli ola biləcəyini bildirirlər. xəbər verir ki, ekspertlərin sözlərinə görə, adi plastik paketlər hermetik deyil. Paketin daxilində tez bi

5 aprel
.

İllər sonra yenidən ortaya çıxdı! İndi olsa yer yerindən oynayar - VİDEO

1978-ci ildə İngiltərədə baş verən maraqlı hadisənin görüntüsü illər sonra yenidən gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, "Chelsea" klubunun həkiminin siqaretlə meydançaya daxil olduğu anı əks etdirən foto futbol tarixinin ən qeyri-adi kadrlarından biri kimi diqqət çəkib. Futbo

9 aprel
.

Bir qədəh şərab kimə faydalıdır - Kişilərə, yoxsa qadınlara?

Tədqiqatçılar şərabın qədərində istifadəsinin ömür uzunluğuna təsiri ilə bağlı yeni məlumatlar təqdim ediblər və maraqlı bir fərq aşkar ediblər: bu təsir daha çox kişi orqanizmi ilə bağlıdır. Məlum olub ki, kiçik miqdarda şərab kişilərə əlavə olaraq təxminən altı ay ömür qazandıra bilər. Qadınlarda is

9 aprel
.

Bu ölkəyə gedən turistlərin NƏZƏRİNƏ: sərxoşluq testindən keçiriləcəksiniz

Tailandda turistlərə spirtli içki satışı ilə bağlı yeni qaydalar tətbiq olunub. Yeni tələblərə əsasən, satıcılar alkoqol almaq istəyən şəxslərin sərxoşluq səviyyəsini yoxlamaq hüququ əldə ediblər. Əgər yoxlama nəticəsində müştərinin artıq sərxoş olduğu müəyyən edilərsə, ona xidmət göstərilməyəcək. xaric

7 aprel
.

Rusiyalı alimlər Antarktidada vahə kəşf ediblər

Rusiyalı alimlər Antarktidanın Berks burnunda vahə aşkar ediblər. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Federal Tədqiqat Mərkəzi məlumat yayıb. "Bu ərazidə əvvəllər tədqiq olunmamış 18 gölün hərtərəfli öyrənilməsi göstərdi ki, bu vahə Yer səthində dayanıqlı və bütö

5 aprel
.

Üzü qırışmasın deyə 40 ildir gülmür - FOTO

İngiltərədə yaşayan Tess Kristian adlı qadın üzü qırışmasın deyə 40 il gülməyib. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, gənc yaşlarından bəri üz ifadələrini idarə etməyi vərdiş halına gətirən Kristian, ətrafındakılar gülümsəyəndə belə ifadəsiz qalmağa üstünlük verib. O, üz əzələlərinin hərəkə

7 aprel
.

Kombi ustası seçərkən diqqət edilməli 5 əsas məqam

Kombi nasazlığı ilə qarşılaşanda çox adam ilk tapdığı ustaya müraciət edir, amma düzgün seçim edilmədikdə problem qısa müddətdə yenidən təkrarlana bilər. Peşəkar Kombi ustası yalnız cihazı işlək vəziyyətə gətirmir, eyni zamanda nasazlığın əsas səbəbini taparaq gələcək risklərin qarşısını alır. Məsələn

10 aprel
.

Nesrin itinə ad günü etdi

Nesrin Cavadzade itinə təşkil etdiyi ad günü ilə gündəm oldu. Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisa Nesrin Cavadzade iti üçün təşkil etdiyi dəbdəbəli ad günü mərasimi ilə diqqət mərkəzinə düşüb. türk mediasına istinadən xəbər verir ki, aktrisanın iti Dolce üçün hazırlanan xüsusi tədbir sosia

10 aprel
.

Çuğunduru çiy yemək təhlükəlidir

Bir çox insan hesab edir ki, çiy çuğundur vitaminlərlə zəngin məhsuldur və onu tez-tez yemək lazımdır. Amma həkimlər çoxdan xəbərdarlıq edir: bu kök tərəvəz ilk baxışda göründüyü qədər zərərsiz deyil. xarici mediaya istinadən xəbər verir ki, dietoloqlar çiy çuğundurun xüsusilə həssas mədəsi olan insanla

6 aprel