BAYRAM HAZIRLIĞI: Qurbanlıq harada kəsilməlidir?

BAYRAM HAZIRLIĞI: Qurbanlıq harada kəsilməlidir?Yolçu Xanvəli: "İnsanların gözü qabağında heyvan kəsilməsi düzgün deyil"

Nərgiz Qaravəliyeva: "Bu uşaqlar üçün qorxunc mənzərədir"

Azərbaycanda bu il Qurban bayramı 12 sentyabr tarixinə təsadüf edir. Bayramla əlaqədar iki gün - 12-13 sentyabr tarixləri qeyri-iş günləri elan edilib.Qaydaya görə, qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa məqbul sayılmır. Qoyun, keçi, öküz, inək və dəvəni qurban kəsmək olar. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

Qurban əti üç hissəyə bölünməklə əsasən fəqir və kasıblara paylanılmalıdır. Ət almaq imkanı olmayan fəqirlərə qurbanlıq verilməsi xüsusilə, nəzərə alınmalıdır.

Artıq neçə illərdir ki, dövlət qurumları tərəfindən müəyyənləşdirilmiş ət kəsimi məntəqələrində qurbanlar kəsilir. Bu məntəqələrdə heyvanların kəsilməsi qapalı şəraitdə həyata keçirilir. Bununla yanaşı şəhərin mərkəzində, dayanacaqlarda, bazarlarda, bir sözlə, ictimai yerlərdə uşaqların gözü qabağında qurbanlar kəsilir və qan axıdılır. Heyvanların hamının, xüsusən də azyaşlı uşaqların gözü qarşısında kəsilməsi ictimaiyyəti ciddi narahat edir. Neçə illərdi bu məsələ qaldırılsa da dövlət qurumları tədbir görmür. Çox güman ki, bu il də heyvanlar uyğun olmayan yerlərdə kəsiləcək.

"Heyvanlar qapalı yerlərdə kəsilməlidir
Ekspertlər hesab edir ki, ümumiyyətlə, qurbanların ictimai yerlərdə və uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil. Çünki gün ərzində xeyli sayda qurbanlıq heyvanlarının qanı axıdılır, heyvan başları və dəriləri yol kənarına qalaqlanır. Bu mənzərə uşaqlar üçün heç də xoş mənzərə deyil. Eyni zamanda bir kəsim məntəqəsində yüzlərlə heyvanın qanının axıdılması uşaqların psixoloji durumuna mənfi təsir göstərir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli "Cümhuriyət" qəzetinə bildirib ki, Qurban bayramında təçşkil olunan ət kəsimi və satışı məntəqələri qapalı şəraitdə fəaliyyət göstərir:

"Göz qabağında heyvanların kütləvi kəsilməsi küçə ticarəti ilə məşğul olanlara aiddir ki, onlarla da hər zaman mübarizə aparılıb. Bu tək bizim mübarizəmizlə yekunlaşmır. Buna yerə icazə verənlər, hüquq-mühafizə orqanları, yerli icra nümayəndələri, bələdiyyələr nəzarət etməlidirlər. İstər hamilə qadın, istər uşaq, istərsə də yaşlı insanların gözü qabağında heyvan kəsilməsi düzgün deyil. Bizim 10 məntəqəmiz var və orada heyvanlar qapalı şəraitdə kəsiləcək".

"Uşaqlarda aqressivlik yaradır"
psixoloq Nərgiz Qaravəliyeva "Cümhuriyət" qəzetinə bildirib ki, qurbankəsmə mərasiminin uşaqların gözü qarşısında həyata keçirilməsi düzgün deyil:

"Hətta bəzən görürük ki, qoyun kəsilərkən onun gözündən yaş axır. Bu mənzərə, həmçinin kütləvi heyvan kəsilməsi, heyvan kəsilərkən bıçağın onun boğazına dirənməsi, axıdılan qan uşaqlar üçün qorxunc mənzərədir. Belə görüntü uşaqların aqressivliyini daha da fəallaşdıra bilər. Həm də uşaqlarda qorxu hissi yarana bilər. Qorxu nəticəsində içinə qapana bilərlər. Ya da aqressivləşib qəddarlaşa bilərlər. Bu proseslər isə uşaqların psixoloji durumuna təsir edə bilər".

Psixoloqun sözlərinə görə, indiki dövrdə bütün insanların vəziyyətdən asılı olmayaraq əsəbləri oyaqdır: "Nevrozluq daha da artıb. Bu da insanların əsəblərinin daha da oyanmasına, ümumilikdə psixologiyasına mənfi təsir edə bilər. Yaxşı olardı ki, bu mərasimlər qapalı məkanlarda həyata keçirilsin və əsəbləri zəif olan insanlar belə mərasimlərdə iştirak etməsin. Əsəbləri zəif olan uşaq və yeniyetmələr bu mənzərə ilə qarşı-qarşıya qalmasınlar.

Psixoloq Qurban bayramının bəzi şərtlərinin uşaqlara başqa formada çatdırılması vacibliyini də qeyd edib. O deyib ki, uşaqlara bayram belə anladılmalıdır:

"Yaxşı olar ki, uşaqlar ət kəsiləndən sonra ətin paylanılmasında iştirak etsinlər. Ət paketlərdə uşaqlara verilsin və paylanılanda verdikləri şəxsi təbrik etsinlər. Bu uşaqlar üçün xoş olar. Həmçinin eqoist böyüyən uşaqlarda bir daha mərhəmət, xeyirxahlıq və vicdan kimi hissələri yaratsın. Bilirsiniz ki, indiki uşaqlar bir az eqoist böyüyür. Onlara paylaşmaq hissini aşılasınlar. Uşaqlarda rəhm hissini inkişaf etdirmək üçün paylaşma hissini onlarla birlikdə etmək olar"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1125   Tarix: 11 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

"Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..."

Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 1995-ci təvəllüdl

18 dekabr
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

18 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib

Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı

19 dekabr
.

"Xəstələndiyini məhz hospitalda öyrəndik, ağır vəziyyətdə idi" - Əsgər atası

Hərbi Prokurorluqda Azərbaycan Ordusunun 21 yaşlı əsgəri Əli Cəfərovun ölümü ilə bağlı araşdırmalar davam edir. -a istinadən xəbər verir ki, bu barədə mərhum əsgərin atası, Gəncə Dövlət Dram Teatrının rəssamı Vahab Cəfərov bildirib. O qeyd edib ki, oğlunun xəstə olduğunu ailə son ana qədər bilməyib

18 dekabr
.

"Qeysəriyyə əməliyyatlarının sayı 10 faizədək azalıb" - Vüqar Qurbanov

"TƏBİB-in tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da 2024-cü il ilə müqayisədə 11 faiz artım göstərir". xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

Azərbaycanda bu şəxslər mənzillə təmin ediləcək

Sosial Xidmətlər Agentliyi Ağdaşda mənzillər alır. -a istinadən xəbər verir ki, "Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxsi əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri üçün Ağdaş rayonunda mənzil təminatı məqsədilə satınalma həyata keçirir. Satınalma çərçivəsində 20 ədəd ikiotaql

19 dekabr