Flora Kərimova: "Mənim 80 yaşım var, nə üçün satılım?"

Flora Kərimova: "Mənim 80 yaşım var, nə üçün satılım?""Vicdanını qoltuq altında gəzdirənlər çoxdur, vicdan o zaman özünü təhqir olunmuş sayır, insan vicdanını alçaldanda özü alçalır"

Bu sözləri müsahibəsində Xalq artisti Flora Kərimova deyib.

Həmin müsahibəni təqdim edirik:

- Flora xanım, bircə dəfə "daha müxalifətə gərək yoxdur" deməklə müxalifət sizə qarşı cəbhə açdı, sizi sildi, düşmən siyahısına saldı. Onların sırasında keçirdiyiniz illərə heyifiniz gəldi?

- Heç bir dediyim sözə, yaşadığım ana heyifsilənmirəm. Çünki həmin anda o vəziyyəti elə görüb vətəndaş mövqeyimi dilə gətirmişəm, inandığımı danışmışam.

Bilirsiniz, insan vicdanını alçaldanda özü alçalır, çürüyür. Mən "qurşaqdan aşağı vicdan" məvhumunu dərk edirəm, amma baş əymirəm. Belə adamların nə vətəninə, nə onun şəhidinə, nə sağlam övladına, nə dininə, nə bu gününə, nə də sabahına hörməti var. Belələrini ancaq özünün maraqları düşündürür.

Mən İlham Əliyevə aslan ürəkli insan deyirəm. İllərlə düşünüb, bu gün üçün zəmin yaradıb, illərlə çəkilən zəhmətin bəhrəsini mən bu gün gördüm. Mən bu adamın qarşısında baş əyməyə bilmərəm. İstəyir kütlə düşüncəsiylə müxalifət cəbhəsindəkilər məni çarmıxa çəksinlər, istəyir mənə "satılmış" desinlər. Mən Vətənimin, torpağımın bütövlüyünü istəyirdim, onu da gördüm. Mənim 80 yaşım var, nə üçün satılım?

Satılmadım, satılmadım 80 yaşında satıldım? Nə üçün? Məzar üçün ya Fəxri xiyabandakı yer üçün?

- Bugünkü müxalifətin mübarizə formasından razısınız?

- Mənim "çox sağ ol" deməyə səmimiyyətim çatır. Bu gün siz tox qarnınızla, xaricdən gələn böyük imkanlarınızla müxalifətçisinizsə, mən sovetlərdən qanı bahasına canını qurtaran indiki şəhidlərdən çox şəhidi, yarası, itkisi olan dövrün müxalifəti olmuşam! 25 il qadağada olan, səsi bütün efirlərdən kəsilən sənətkaram. Demişəm, yenə təkrar edirəm - mənim davam torpaq - qürur davası olub, qarın yox!

- Flora xanım, dövlət başçısı tərəfindən təltif olunmağınızı necə qiymətləndirirsiniz?

- Mən dövlətə xəyanət etməmişəm, amma rəhbərlərə də yaltaqlanmamışam. Əslində, mənə verilən bu fəxri adlar məni müxalifət tərəfindən söyülmək riski altına saldı. Trollar var, sosial şəbəkələrdə ağızlarına gələni yazır, sonra səhifələrini bağladırlar. Mən Prezident təqaüdümün ilkini qazilərimizə verdim. Onda da çıxdılar söydülər ki, özünə şöhrət qazanmaq üçün belə edir. 80 yaşımda mənə nə şöhrət? Mən 13 yaşımdan göz önündəyəm, ən böyük səhnələrdə, efirlərdə olmuşam, mənim bu şəkildə populyarlıq qazanmağa ehtiyacım varmı?

- Qələbədən sonra hansı hissləri yaşayırsınız?

- Dünən yanlış bir xəbər eşitdim, siz inanın ki, mənim həyəcandan, əsəbdən, ağlamaqdan təzyiqim yüksəldi. Səhv bir məlumat eşitdim ki, guya Minsk qrupu gəlib, yenə öz bildiyini edəcək. Nə qədər stress keçirdim. Yaşlanmışam, bəzən rusdilliyəm deyə oxuduğum materialı səhv başa düşə bilirəm. O saat köməkçilərimə, inandığım adamlara üz tuturam. Mən heç zaman özüm üçün göz yaşı tökmədim, amma bu yaşa çatmışam, torpağım, Vətənim üçün körpə uşaq kimi titrəyirəm.

- Amma müxalifəti hətta qələbə sevincimiz belə qane eləmədi. Sizcə niyə?

- O sponsorlu müxalifətçilərin özlərinin evinə, bağına raket düşsəydi, balaları həlak olsaydı, necə olardı? Bunu düşündülərmi? Gərək Bakını da düşmənlərimiz vuraydı, partladaydı? Onda ürəkləri soyuyacaqdı? Axı nə istəyirlər, arzuladıqları nədir? Siyasət böyük ağıl işidir. Vətəni ürəklə sevmək, ağılla qorumaq lazımdır, gurultulu sözlərlə yox.

Müxalif fikir olmalıdır, müxalifət qarın güdmək üçün yol olmamalıdır. Bu söyüşü söyüm, filankəsi təhqir edim, əvəzində pul qazanım, xalqın gözündə düz danışan adam kimi yüksəlim, amma qazanım - bu düşüncələrlə müxalifətçilik etmək Vətəni satmaq deməkdir.

- Torpaqlarımız alındı. İndi hansı arzunuz qalıb?

- İnsan arzuları bitməz-tükənməzdir. İndi tək arzum nəvəm balaca Floranı görüb, bağrıma basmaq, qoxulamaqdır. Pandemiyaya görə ayrı düşmüşük. Ömür vəfa eləsin təki. Sabah bu iqtidarın xalqıma, torpağıma qarşı bir səhvi olsa, mən susmaram, etiraz səsimi ucaldaram, amma mən İlham Əliyevin böyük torpaq sevgisini gördüm. Onu tanıdım, sevdim. Ona görə də, arxayın öləcəyəm.

Mənbə: Yeniazerbaycan.com


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3448   Tarix: 30 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb

Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb. -ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib. Vəkilin sözlərinə görə, müğənn

18 oktyabr
.

Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia

Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il

3 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser

4 oktyabr
.

Cim Kerri üçüncü dəfə gizli evləndi

Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss

1 oktyabr
.

Keçmiş həyat yoldaşından "Yeraltı"nın ulduzu barədə etiraf

Türkiyəli aktrisa Melis İşiten 2019-cu ildə boşandığı Uraz Kaygılaroğlu ilə münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib. xarici mediaya istinadən xəbər verir ki, proqramlardan birinə qonaq olan İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və qızları Ada üçün birlikd

29 sentyabr
.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27 sentyabr
.

Bayhan dinini dəyişib?

Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı

17 oktyabr
.

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı

27 sentyabr