"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib.

Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:

"Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı. Öz doğru bilib inandığın hər şeyə sona qədər sədaqət göstərdin. Hamıdan fərqli, rəngli, bəzən təlatümlü. Bu həyatı qorxmadan yaşadın. Bilirsən, mən də artıq qorxmuram. Bu çətin günlərdə yalan yazıb bizi incitmək istədilər. Onlara da sənin ürəyinlə baxıb, bağışladım. "Kamilə, onlar da bir cür yazıqdır" deyərdin mənə, mən də səninlə uzun-uzadı mübahisə edərdim. Bilirsən, böyüdüm və bağışladım. Allah keçsin günahlarından.

Yaxşı baxıb insanlara inanmağı, yaşamağı, sevməyi, ümid edib yeni baharları, yeni səhərləri, sabahları sevgiylə qarşılamağı seçdim. Elə sənin kimi... Hər sağollaşanda belə deyərdin: "Kamilə, ruhunu sərin saxla və içindəki o balaca qızı qoru. O səninlə olduqca, hələ çox təəccüblənib, çox gülüb, çox heyrətlənəcəksən. Qoy səni hamı başa düşməsin. Bu, vacib də deyil. Əsas içindəki o balaca qızı qoru, möcüzələrə inan". Bilirsən... Möcüzələr yoxluğunda da varmışsan kimi davam edir. Hələlik, Münəvvər qız...".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 646   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar

Müğənni Tacir Şahmalıoğlu bir neçə ay əvvəl dəvət aldığı toy məclisindən kənarlaşdırıldığını açıqlayıb. Qaynarinfo xəbər verir ki, sənətçinin sözlərinə görə, səhhətində yaranan problemlər səbəbindən arıqlaması toy sahibini narahat edib. Müğənni başına gələn hadisəni danışarkən bildirib ki, Ağdamdan ola

29 oktyabr
.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29 oktyabr
.

Ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?

Türkiyənin məşhur ekran işi "Yeraltı" serialındakı tərəf-müqabili Dəniz Can Aktaş ilə yaşadığı sevgi münasibəti ilə gündəmdə olan aktrisa Devrim Özkan haqqında qalmaqallı fikir irəli sürülüb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə aktrisanın onunl

13 noyabr
.

"20 yaşa qədər heç nə etməmisənsə, özünə sənət axtar"

Xalq artisti Mübariz Tağıyev gənclərin sənət seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. -a istinadən xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, gənclər 20 yaşına qədər sənətdə özlərini göstərə bilmirlərsə, başqa sahəyə yönəlməyi düşünməlidirlər:

10 noyabr
.

Elnarə bu yolla arıqlayır

Müğənni Elnarə Xəlilova xeyli çəki itirdiyini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi hazırda çəkisinin 68 kiloqram olduğunu bildirib. O, həkim məsləhəti ilə qidalandığını və mütəmadi idman etdiyini qeyd edib. E. Xəlilova həftədə bir kiloqram arıqladığını deyib:. "Hər həftə bir kiloqram arıqlayıram

9 noyabr
.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırova bildiri

2 noyabr
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

5 noyabr
.

Sevda Əliqızının "Telegram" hesabı oğurlandı - Müğənnidən xəbərdarlıq

Müğənni Sevda Əliqızının "Telegram" profili naməlum şəxslər tərəfindən ələ keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə sənətçinin özü məlumat yayıb. O, kontakt siyahısında olan həmkarlarını diqqətli olmağa çağıraraq, adından pul və ya başqa tələblərlə müraciət edilə biləcəyini bildirib:

12 noyabr
.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

3 noyabr