Bakıda polis qəza törətdi - Komaya düşdü

Bakıda polis qəza törətdi - Komaya düşdüBakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

Sonxeber.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Süleymanov İbrahim Nizami oğlu idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman çörək sexinə məxsus yük avtomobilinə çırpılıb.

Nəticədə minik avtomobili deformasiyaya uğrayıb. İçərisində olan sürücü İ.Süleymanov və sərnişin, təxminən 25-30 yaşlı qadın ağır xəsarətlər alıb.

Minik avtomobilinin sürücüsü komaya düşərək özəl xəstəxanaların birinə yerləşdirilib. Yaralı sərnişin isə ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtoekspertiza təyin edilib.

Qeyd edək ki, sürücü İ.Süleymanov Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin serjantı kimi fəaliyyət göstərir.(apa.az)


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1792   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xalq artisti ağır avtoqəzaya düşdü: Vəziyyəti ağırdır

Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır avtoqəzaya düşüb. xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Xalq artisti Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib, əməliyyat tələb olunur. Onun vəziyyətinin ağır olduğu bildirilir

22 avqust
.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Bacı-qardaşın faciəli ölümünün TƏFƏRRÜATI - YENİLƏNİB

İsmayıllının Minkə kəndində təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda bacı-qardaş boğularaq ölüb. APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 2011-ci il təvəllüdlü Əfsanə Rövşən qızı İsmayılova və onun qardaşı, 2014-cü il təvəllüdlü Cahan Rövşən oğlu İsmayılov həyatını itirib. Kənd sakinlərini

23 avqust
.

Tövlədə heyvanları yemləyərkən öldü

Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla

21 avqust
.

Oksana Rəsulovanın paylaşdığı azyaşlı ilə bağlı görüntülər gündəm oldu: DİN hərəkətə keçdi - VİDEO

Aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında azyaşlı uşağa zorakılıq göstərildiyi iddia olunan görüntülər paylaşıb. xəbər verir ki, sənətçi paylaşımında görüntülərdə adıçəkilən psixoloq Ceyran Muradova ilə bağlı məsələnin araşdırılmasını istəyib. Oksana Rəsulova qeyd edib ki, məsələ ilə bağlı aidiyyət

30 avqust
.

Zəhərli otlar mal-qaranı tələf etdi: "Əli bıçaq tutan hər kəs bura gəlsin"

Türkiyənin Çorum vilayətində heyvanlarını otlaq sahəsində otaran vətəndaş dəhşətli hadisə ilə üzləşib. Zəhərli otları yeyən mal-qara qısa müddət ərzində bir-birinin ardınca yerə yıxılmağa başlayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən heyvandar böyük panikaya düşüb. Sürünün təxminə

25 avqust
.

Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var

Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə yataqxananın dəhlizində qeydə alınıb. Yanğın zamanı yataqxanada yaşayan 199-cu il təvəllüdlü Şahin Maşallah oğlu Hüseynov və onun anası, 1978-c

22 avqust
.

İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü

İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yolda

25 avqust
.

Geyindiyi köynəyə görə döyüldü - VİDEO

Braziliyada universitetə nasist təşkilatı Waffen-SS-in kəllə (Totenkopf) emblemi olan köynəklə gələn tələbə digər tələbələrin reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, nasist simvolunu görən çoxsaylı tələbə qrupu ilə həmin şəxs arasında başlayan mübahisə qısa müddətdə davay

28 avqust
.

Mətbəx əşyalarına gizlətdikləri qızıl və pulu təyyarədən keçirmək istədilər - VİDEO

Hindistanın paytaxtı Yeni Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanında gömrük əməkdaşları eyni gün ərzində iki fərqli qaçaqmalçılıq cəhdinin qarşısını alıblar. Sərnişinlərin baqajlarında aparılan yoxlamalar zamanı mətbəx əşyalarının içərisində gizlədilmiş minlərlə dollar və yüzlərlə qram qızıl aşkarlanıb

21 avqust