Aktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEO

Aktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEORedaksiyamıza təmir tikinti şirkətinin dələduzluğu ilə bağlı şikayət daxil olub.

Belə ki, şikayətçi Arif Nəzərov evini təmir etdirmək üçün tikinti şirkəti ilə razılaşıb, amma fırıldaqçılıqla qarşı-qarşıya qalıb. Eyni zamanda, tək o yox, 20 nəfərə yaxın insan bu şirkətin tələsinə düşüb.

Sonxeber.az olaraq, "FƏRDA DESIGN" MMC ("ELSE GROUP") və "AZ İNTEKST" MMC şirkətləri ilə bağlı şikayəti təfərrüatları ilə təqdim edirik:

"Mənimlə bərabər bir neçə nəfər "İnstagram" sosial şəbəkəsində "FƏRDA DESIGN" MMC-nin, yaxud onun digər adı ilə desək "ELSE GROUP"-un səhifəsindən təmirlə bağlı maraqlandıq. Orada Sənan Quliyev adlı şəxslə danışdıq və o bizimlə görüş təyin etdi. Mənim qohumum da o şirkət vasitəsilə təmir etdirirdi, onun evində artıq iş başlamışdı. Görüşə onunla birlikdə getdim. Bizə dedilər ki, kampaniya keçirilir, normalda təmirin kvadratı guya 600 manatdır, endirimlə 360 manata düşüb. Razılaşdıq. Evin sahəsi təxminən 125 kvadrat metrdir və ümumi qiymət 45 min manata yaxın oldu. Müqaviləni 1 həftə sonra, yəni fevral ayının 26-da bağladıq. Müqavilənin şərtlərindən biri o idi ki, pulun dəyərinin 50 faizi ödənilməlidir. İlkin mərhələdə materiallar gətirildi, bəzi ustalar işlədi. Mart ayı gəldi, prosesi müxtəlif bəhanələrlə dayandırdılar: bayramdır, hansısa hadisələr baş verib, yaxınımız rəhmətə gedib və s. Biz də anlayışla qarşıladıq.

Aprel ayında yenidən başladılar, bir az işlədilər. Bununla bağlı bizə dedilər ki, materialın qiyməti bahalaşıb və biz əlavə müəyyən qədər vəsait ödəməliyik. Biz də ödəniş etdik. Bir az "işləyirik" görüntüsü yaratdılar, sonra yenidən dayandılar. Adi hörgü işlərini mən bunlara 1 aya gördürtdüm, halbuki yarım saatlıq işdir. İşi müəyyən bir mərhələyə çatdırdılar, polu, dikti, alçipanı vurdular, isti polun birinci hissəsini düzəltdilər, sonra prosesi tamamilə dayandırdılar.

Digər zərərçəkmişlərlə də danışmışam. Hamısında, həmçinin qohumum olan şəxsdə də, demək olar ki, eyni situasiyadır, təmiri eyni mərhələyə qədər gətiriblər, sonra dayandırıblar. Hətta mən "cam balkon" düzəltdirmək istəyirdim, onun da pulunu verdim, şüşəbəndi gətirdilər, amma iki dənə "cam balkon"u gətirmədilər. Bəhanə də o idi ki, guya qırılır.

Müqaviləyə görə, təmir 5 aya, yəni 26 iyulda bitməli idi. Digərlərində də eyni qaydada, 4-5 aya təhvil verməli idilər. Ondan sonra bunlar aradan çıxdılar. Zəng edirik, "gələcəyik, başımıza iş gəlib, pulunuzu verəciyik", yaxud "təmiri davam etdirəciyik" kimi cavablar verirlər. Amma ortada yoxdurlar.

Biz təxmini bunların şəbəkəsini tapdıq. Hələ "AZ İNTEKST" MMC şirkətinin adından da istifadə edərək fırıldaqlıq ediblər. 20 nəfərə yaxın zərərçəkmiş insan var. Bəlkə də, daha çoxdur, biz bu qədərini tapmışıq. Bununla bağlı Azərbaycan Respublika Prokurorluğuna şikayət etdik. Hazırda sənədimiz Binəqədi Rayon Prokurorluğundadır. Bundan başqa, Dövlət Vergi Xidmətinə də, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də məktub yazmışıq.

Xüsusi qeyd etmək istəyirəm ki, orada çalışan fəhlələrin də pulu verilmir. Onlara da köməklik etdim, Dövlət Əmək Müfəttişliyinə müraciət etdilər. Biz təxmini öyrənmişik ki, onların tikintiylə bağlı təxminən 400-500 min manata yaxın borcları var. Hətta aramızda bir qadın var ki, yoldaşı yoxdur, uşağı ilə tək yaşayır. Onunla 12 min manata danışıblar, xanım 9 min 700 manatı ödəyib. Amma demək olar ki, evdə heç bir iş görülməyib.

Mən 2018-ci ildə zərərçəkmiş bir oğlanı tapdım, ona da 2500 manat borcları qalıb. Demək ki, onlar 2018-ci ildən bu fırıldaqçılıqla məşğuldurlar. Aramızda polisə şikayət edənlər də olub, amma biz əsas Prokurorluğu gözləyirik.

"AZ İNTEKST" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqə saxladıq. Dedilər ki, Cabbarov Ruhəddin adlı şəxs şirkətdə işləyib, sonra isə qovulub. O, şirkətin möhürünü özü üçün saxtalaşdırıb və bu möhürdən fırıldaqlarında istifadə edir.

"FƏRDA DESIGN" MMC isə Fərda Xudaverdiyevin adından istifadə edir. Vergi xidmətinin əməkdaşları onunla əlaqə saxladıqda F. Xudaverdiyev onun adından istifadə etdiklərini və özünün də həmin adamları axtardığını deyib. Deməli, ilk başlayan vaxtlar bərabər iş qurmaq istəyiblər, Fərda bəyin adından şirkəti açıblar, amma onu da aldadıblar, az pul veriblər. Fərda bəy də bundan sonra onlardan uzaqlaşıb. Lakin şirkəti ləğv etməyiblər, adını da o cür saxlayıblar. Hazırda o da həmin şəxslərin axtarışındadır. Dünən vergi xidmətinin əməkdaşları ilə danışdım. Mənə bildirildi ki, fırıldaqçıların "Turan" Biznes Mərkəzində yerləri var idi, lakin dünən baxış keçirilib və onlar orada da olmayıb, qaçıblar.

Hazırda məktubumuz Binəqədi Rayon Prokurorluğundan Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

Bir sözlə, artıq aidiyyəti orqanlara şikayətlərimizi etmişik və kütləvi informasiya vasitələrində bunların əməllərini tədricən işıqlandırmaq istəyirik. Bu dələduzları tanıtmaq lazımdır ki, digər vətəndaşlar ziyan çəkməsin".

Baş Prokurorluğa yazılan məktuba imza atan zərərçəkənlər:

1. Arif Nəzərov
2. Azad Məmmədov
3. Çağatay Aycan
4. Vüqar Müstafayev
5. Fizuli Cavadov
6. İsgəndər Acalov

Aktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEO

Aktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAktyor Fərdanın da axtardığı "FƏRDA DESİGN" şirkətindən ŞİKAYƏT - FOTO-VİDEOAysel Səfərzadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3694   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar

27 oktyabr
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

26 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə

27 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...

"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi

26 oktyabr