Müqtəda əs-Sədr İranın və İrançıların üzərinə "quş" qoyub
İraqda keçirilən son parlament seçkilərində ən çox səs (73) alan Sədr Qrupunun lideri Müqtəda əs-Sədr yeni koalisya hökumətini müəyyənləşdirmək üçün komitə qurub. Komitə koalisiya quruculuğu üçün aparacağı danışıqlarda ən azı 3 partiyanın razılığını almalıdır.
Sonxeber.az bildirir ki, ovqat.com-un məlumatına görə, Müqtəda əs-Sədr komitə qarşısında mühüm bir şərt də qoyub.
"Üzərinə sual işarəsi qoyduğumuz tərəflərlə görüşdən qaçınılmalıdır", - Sədr dünən mediaya verdiyi açıqlamasında bunu şəxsən ifadə edib.
O, kimləri nəzərdə tutduğunu açıq şəkildə bildirməsə də, Sədr Qrupuna yaxın dairələr məsələyə aydınlıq gətirib. İddialara görə, partiya lideri iki qrupun üzərinə "quş" işarəsi qoyub. Bunlardan biri keçmiş Baş nazir Nuri Malikinin rəhbərlik etdiyi "Hüquqi Dövlət" bloku, digəri isə Həşdi Şabinin siyasi qanadı "Fəth" qrupudur. Hər iki siyasi təşkilat İran yönlülüyü ilə seçilir.
"Sədr Qrupu"nun indiyədək Kürdüstan Demokrat Partiyası (KDP) və sünnülərə məxsus "Təqəddüm" partiyası ilə razılaşdığına dair məlumatlar var. "Təqəddüm" son seçkilərdə 38, KDP isə 33 mandat qazanıb. "Sədr Qrupu"nu da hesaba qatsaq, indiyədək razılığa gələn koalisiya qüvvələrinin toplam mandat 144 edər. Hökumət qurmaq üçün isə onlara 165 səs lazımdır. Deməli daha 22 mandata ehtiyac var.
Müqtəda əs-Sədrin irançılara qarşı mövqeyi bununla da məhdudlaşmır. Səsvermənin ertəsi günü o, açıqlama verərək, xarici dövlətləri seçkiyə müdaxilə etməməyə çağırmışdı. Həmin gün isə SEPAH-ın Qüds qüvvələri briqadasının komandanı İsmayıl Qaaninin İraqa getdiyi və ölkə MSK ilə sövdələşmələr apardığı bildirilirdi. Sədrin də məhz onu nəzərdə tutduğu güman olunur.
Məlumata görə, İraqın potensial liderinin İrana bağlı qüvvələri gözümçıxdıya salması qarşı tərəfdə narahatlıq doğurub. İki gün əvvəl şiə liderlərdən bəzilərinin - Əmmar əl-Hakim, Heydər əl-Abadi, Nuri Maliki və Amiri bir araya gələrək seçkinin nəticələrini tanımadıqlarını bildiriblər. Maraqlıdır ki, seçkinin nəticələrini tanımayan Nuri Malikinin həm də sünni və kürd liderlərlə görüşüb alternativ hökumət quruculuğu barədə danışıqlar apardığına dair məlumatlar var.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2365 Tarix: 15 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb
ABŞ Dövlət katibi Marko Rubio ərzaq və kənd təsərrüfatı məhsulları ticarətindən digər dövlətlərə qarşı iqtisadi və ya siyasi təzyiq aləti kimi istifadə edilməsinin yolverilməz olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ diplomatiyası rəhbərinin Atlantada G20 ölkələrinin xaric
1 noyabrTramp Kubaya vaxt qoydu
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb
1 noyabrMalayziyada timsah 14 yaşlı məktəblini parçaladı
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun
1 noyabrRusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
1 noyabrTramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
1 noyabrDünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
31 oktyabrİraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd
1 noyabr