ABŞ-da silahlı insident - 1 polis əməkdaşı öldü, 2-si yaralandı
ABŞ-ın Texas ştatında cinayətkarlarla polis arasında silahlı insident baş verib.
Sonxeber.az "CNN" telekanalına istinadən xəbər verir ki, hadisə ştatın Hyuston şəhərində qeydə alınıb.
Atışma nəticəsində 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb.
Şəhər polis idarəsi rəisinin köməkçisi Ceyms Consun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları, yəqin ki, barlardan birinin yaxınlığında küçə soyğunçularını həbs etmək istəyib: "Polislər şübhəli şəxsi tutmağa və ya saxlamağa çalışıblar. Bu zaman digər şəxs polisə arxadan yaxınlaşaraq silahdan bir neçə atəş açıb".
Yaralılar xəstəxanaya yerləşdirilib. Silahlı şəxsin axtarışları davam edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1113 Tarix: 16 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Suriya Məkkə müdafiə alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"
31 oktyabrTramp Kubaya vaxt qoydu
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb
1 noyabrNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
1 noyabr