"Valideynlər və tələbələr virusu bəhanə edirlər, təhsil ənənəvi şəkildə davam etməlidir "

"Valideynlər və tələbələr virusu bəhanə edirlər, təhsil ənənəvi şəkildə davam etməlidir ""Bu gün Azərbaycanda fəaliyyət göstərən 4435 məktəbdə 85 626 sinif var. 22 sentyabrdan ənənəvi tədris bərpa olunandan sonra 280-ə yaxın sinif və 4 məktəb "COVİD-19"a yoluxma faktına görə distant təhsilə keçib. Görürük ki, distant təhsilə keçən siniflərin sayı 0.4 faiz ətrafındadır".

Bu sözləri Sonxeber.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, heç bir qaydalara riayət etməyən valideynlər virusdan narahat olduqlarını deyirlər:

"Artıq ali və orta ixtisas təhsili müəssisələrində də 14 günlük distant təhsilə keçid edən qruplar var.
İndi payız fəslidir və mövsümü xəstəliklər olur. Qızdırması olanların, öskürənlərin hamısı koronavirus infeksiyasına yoluxanlar deyil.

2019-cu ilin eyni dövrünün rəsmi rəqəmlərinə baxsaq, həmin müddətdə 33897 azyaşlı uşaqlarda qrip, yuxarı nəfəs yollarının infeksiyası, angina, sətəlcəm, bakterial dizenteriya və sair xəstəliklər müşahidə olunub. Çox təəssüflər olsun ki, 2019-cu ildə bu və ya digər xəstəliklərdən vəfat edən məktəblilər də olub.

"Valideynlər və tələbələr virusu bəhanə edirlər, təhsil ənənəvi şəkildə davam etməlidir "Bəli, hər kəs haqlı olaraq narahatdır. Hər kəs təşviş içindədir. Hər kəs arqumentində haqlıdır. Amma mövcud vəziyyətdən sui-istifadə etmək cəhdləri daha çoxdur. Xüsusilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri buna cəhd edirlər.

22 sentyabra qədər təhsil naziri Emin Əmrullayevin, təhsil nazirliyinin, eləcə də mənim bütün sosial şəbəkə hesablarımıza hər kəs yazırdı ki, ənənəvi qaydada dərslər bərpa edilsin. İndi isə tam əksi baş verir. Təhsil alanların böyük əksəriyyəti tədrisin onlayn rejimdə davam etməsi ilə bağlı müraciətlər edirlər.

Hər birimiz gündəlik həyatda görürük ki, pandemiya dövrünün qaydalarına riayət olunmur. Nə ictimai nəqliyyatda, nə restoran və əyləncə mərkəzlərində, nə küçə və parklarda ara məsafə saxlanılmır, dezinfeksiya tədbirləri görülmür. Amma yeganə bu qaydalara riayət olunan təhsil müəssisələri problem olaraq görülür.

Deməli, zoopark açılandan sonra bura günlük onlayn bilet satışı min ədəd nəzərdə tutulub.

"Valideynlər və tələbələr virusu bəhanə edirlər, təhsil ənənəvi şəkildə davam etməlidir "Zooparkın qarşısındakı sıxlığı görürsünüz. Təkcə şənbə və bazar günləri zooparka gedənlərin sayı 5 min nəfərə çatıb.

"Valideynlər və tələbələr virusu bəhanə edirlər, təhsil ənənəvi şəkildə davam etməlidir ""Valideynlər və tələbələr virusu bəhanə edirlər, təhsil ənənəvi şəkildə davam etməlidir ""İPone 13" mobil telefonu satışa çıxarılıb, həmin dükanda olan sıxlığı gördünüz. Ora giriş edənlərin sayı 1200-nəfərdən çox olub.

"Valideynlər və tələbələr virusu bəhanə edirlər, təhsil ənənəvi şəkildə davam etməlidir "Hər gün "mall", eləcə də digər istirahət və əyləncə mərkəzlərində sıxlığı görürsünüz. Təkcə şənbə və bazar günləri uşaq əyləncə mərkəzlərinə gedən məktəb yaşlı uşaqların sayı 12 min nəfərdən çox olub.

Həmin yerlərə getməyin könüllü, məktəbə sə məcburi olması arqumenti doğru deyil. İstirahət və əyləncə mərkəzlərinə övladlarını aparan və heç bir sosial məsafə qaydalrına riayət etməyən valideyinlər məktəblə bağlı narahatlıqlarını bildirirlər.

Əgər təhsil müəssisələrində dərslər dayanıb onlayn-distant tədrisə keçirilsə, nə olacaq?

2 milyon insan hər hansı bir yoxlamaya cəlb edilmədən rahatlıqla ictimai nəqliyyatda, restoranda, parkda, əyləncə mərkəzlərində gəzəcək ki, bu daha təhlükəlidir.

Təhsil müəssisələri fəaliyyət göstərəndə 1.6 milyon şagird, 250 min tələbə, 180 min müəllim və digər texniki işçilər hər gün yoxlanılmaya cəlb edilir, əlamət müşahidə olunan şəxslər cəmiyyətdən təcrid olunur.

Bundan başqa, onlayn dərslərə qoşulmaq üçün alətləri olmayan 500 mindən çox şagird və tələbə tədrisdən kənarda qalacaq.

Onlayn-distant dərsləri tələb edənlərin böyük əksəriyyəti subyektiv olaraq bunu istəyir. Ya işləyirlər, yada da mövcud vəziyyətdən sui-istifadə etmək cəhdi edirlər. Ümumilikdə isə, bu bizim üçün virusdan daha təhlükəlidir".

Ekspert çıxış yolu kimi aşağıdakı təhsil alma formalarını təklif edib:

"İndi olan vəziyyət qalsın. Dərslər davam etsin. Kim istəyirsə, ənənəvi qaydada dərslərdə iştirak etməsin, onlar üçün online-distant dərslər təşkil edilsin. Amma daha "Microsoft Teams" platformasında, kamera və mikrofonun söndürülməsi yolu ilə yox. Daha sərt nəzarət, ciddi şəkildə tədris, heç bir güzəşt olamdan.

Məsələn, Bakı Dövlət Universitetinin tətbiq etdiyi "BLACKBOARD" proqramında kamera və mikrofon bağlı olan kimi, avtomatik olaraq iştirakçıya QAYIB yazılır. Müəllim də orta məktəbdə dərsdən 45 dəqiqə, universitetdə 80 dəqiqə tez çıxdıqda dərs keçirilməmiş hesab edilir və əmək haqqı yazılmır.

Bizim üçün tədrisin keyfiyyətinin yüksəldilməsi vacibdir.

Digər metod ondan ibarətdir ki, iştirakçı nə ənənəvi, nə də onlayn-distant dərslərdə iştirak etmir. Özü öyrənmə yolunu seçir, amma 4 həftədən bir keçirilən dərslərdən ciddi şəkildə yoxlanılır. Əlbəttə ki, bu, rüşvətxorluq hallarına yol açmamalıdır. Yoxlamanı anonim şəkildə başqa bir təşkilat yoxlamalıdır.

Qeyd edim ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant-onlayn təhsilə keçməyin tərəfdarıyam. Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni hansı məktəbdə, kollecdə, universitetdə yoluxma halları varsa, yalnız orada tədrisi onlayn qaydada həyata keçirmək lazımdır.

Bundan başqa, onyaln dərslər şagirdlərdə fiziki və psixoloji problemlər yaradır. Tədrisdə yenidən qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq. Həmçinin, onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir".

Aytəkin CƏLALİ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3477   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021