"MEQAPLUS MMC"-dən şikayət: "Mənə olan borc elə 130000 manatdır"

"MEQAPLUS MMC"-dən şikayət: "Mənə olan borc elə 130000 manatdır"Sumqayıt şəhər sakini Vüqar Nəcəfov üzləşdiyi problemlə bağlı cumhuriyyet.az-a müraciət edb.

O bildirib ki, avqustun 20-si 2024 ci il tarixində "MEQAPLUS MMC" tərəfindən ona təklif edilən, Üzeyir Hacıbəyli 57 ünvanında yerləşən binada (Ferrari binası kimi tanınan) işə başlayıb. İşə başlamazdan əvvəl rəsmi müqavilə tələb etməyinə baxmayaraq şirkətin bu obyektdəki, rəsmi nümayəndəsi İlqar Kərimov "siz işə başlayın, sonra rəsmi müqavilə bağlanacaq" deyib: "Onu da deyim ki, "MEQAPLUS MMC"-ni və İlqar Kərimovu çoxdan tanıdığım üçün verilən vədə inanıb işə rəsmi müqavilə olmadan başlamışam. İş Üzeyir Hacıbəyli 57 ünvanında havalandırma və soyutma sistemlərinin quraşdırılmasından ibarət olub. İlkin ödəniş kimi İlqar Kərimov mənə 20000 AZN miqdarında pul verib (razılaşdırılan məbləğ 265000 AZN olub). Bu məbləğin az olduğunu dəfələrlə bildirsəm də İlqar Kərimov məni inandırdı ki, "MEQAPLUS MMC" olaraq onlarda sifarişçi "FMG MMC"- dən ödəniş almayıblar

Vüqar Nəcəfov qeyd edib ki, beləliklə, 15 gün müddətində ona olan borc 25000 AZN-i keçdiyi üçün işi dayandırıb və İlqar Kərimovla arasında mübahisə yaranıb: "Mən ödəniş olmayacağı halda işə başlamaqdan imtina etdim. Ancaq sonradan İlqar Kərimovun yaxın qohumu və "MEQAPLUS MMC"-nin faktiki rəhbəri İlqar Nuriyev mənimlə görüşdə dedi ki, "işə davam et və tam arxayın ol ki, ödənişləri İlqar Kərimov verməsə mən şəxsən ödəyəcəm". İlqar Nuriyevi uzun müddət tanıdığım və ona etibar etdiyim üçün verdiyi vədə inandım və işə davam etdim. Beləliklə, 2025-ci il yanvarın 15-ə qədər işlədim".

O əlavə edib ki, bu müddətdə işi bir neçə dəfə dayandırıb: "5000 borc da, 65000 də, 95000 və sonda 130000 AZN-nə qalxdı. Bütün mal-materiallar qaimə ilə İlqar Kərimovun şəxsən özünə və tərəfindən təyin edilmiş Elnur və Hüseyn adlı anbardarlara təhvil vermişəm. Hər dəfə işi dayandırdıqdan sonra İlqar Nuriyev mənimlə görüşüb. İşi dayandırma səbəbini bildikdə isə vəd verirdi ki, davam edim ödəşlər gecikməsinə baxmayaraq özü ödəyəcək. Bu aralarda isə mənə kiçik məbləğlərlə cəmi 72000 AZN ödəniş oldu. Bütün mal materialları öz hesabıma nisyə yazdırmaqla tanışlardan götürmüşəm. Verilən 72000 AZN isə usta və fəhlələrin əmək haqqlarına gedib. Gündəlik 15-dən az olmayaraq işçilər olub. Gündəlik 30-50 AZN arası maaş alıblar. Mənim Üzeyir Hacıbəyli 57 ünvanında dediyim işləri yerinə yetirdiyimi sifarişçi "FMG MMC" və sonrakı, podradçı "AİM CONSTRUCTİON MMC" təsdiqləyə bilər".

V.Nəcəfovun sözlərinə görə, sonda yarımçıq qalmış işi "AİM CONSTRUCTİON MMC"-yə təhvil verib və bu şirkətlə heç bir problemi olmayıb: "15 yanvar 2025- ci il tarixində "FMG MMC" sifarişçi olaraq işləri yerinə yetirə bilmədiklərinə görə "MEQAPLUS MMC"-ilə bir tərəfli qaydada müqaviləyə xitam verdi və "MEQAPLUS MMC"- podratçı olaraq obyektdən çıxarıldı. 15 yanvar 2025- ci il tarixindən İlqar Kərimov telefonlarıma cavab verməyib. İki ayda bir telefonu açıb. Deyib ki, səbrli olum, yaxşı olacaq. Buna baxmayaraq heç bir ödəniş etməyib. Nəhayət 2025-ci ilin sentyabrın sonları mənə məxsus evimi satıb mağazalara və yaxınlarımdan götürdüyüm borcumu ödəmişəm. Dəfələrlə İlqar Nuriyevlə görüşməyimə baxmayaraq pul ödəməkdən imtina edib. Ödəniş etməmək üçün müxtəlif bəhanələr gətirib. Məbləğin 130000 AZN olmadığını, iş həcmlərinin düzgün olmadığını deməklərinə baxmayaraq sübüt etmişəm ki, mənə olan borc elə 130000 AZN-dir. Sonda isə İlqar Nuriyev dedi ki, İlqarın Kərimovun heç bir şeyi yoxdur, get vur öldür. Heçnəyimiz yoxdur sənə ödəyək. Bunları ətraflı deməkdə məqsədim, mənə bu işdə köməklik göstərməyinizdir. Himayəmdə xərçəng xəstəsi olan yaşlı anam və rəhmətə getmiş qardaşımın ailəsi var. Övladları tələbədir. Maddi sıxıntılarım var. Öz ailəmi bir yana uşaqların universitet xərclərini çatdıra bilmirəm. Evim-eşiyimi satıb borclarımı ödəmişəm. İndi isə İlqar Kərimov və İlqar Nuriyev onlara olan etibarımdan sui istifadə edirlər. Ödəniş etməkdən boyun qaçırırlar. Xahiş edirəm bu işdə mənə yardım edəsiniz. Bütün ümidlərim Sizədir. Xahiş edirəm bu işdə mənə kömək edin".
V.Nəcəfov həmçinin əlavə edib: "Cənab Prezident İlham Əliyev sahibkarlara çox böyük dəstək olub. Bu sahənin inkişafında kiçik və böyük sahibkarlara öz dəstəyini nümayiş etdirib. Biz hər zaman Cənab Prezidentin bu dəstəyini görmüşük və ona güvənirik. Məhz bu səbəbdəndə məsələnin həllində bizə kömək etməsi üçün rəsmi olaraq Prezidentə müraciət ünvanlayacağam, rəsmi saytına məktub göndərəcəyəm və qəbuluna yazılacağam. Həmçinin qanunvericiliyimizin aliliyini nəzərə alaraq, ölkənin baş prokuroru hörmətli Kamran Əliyevə rəsmi müraciət edəcəyəm və qəbuluna yazılcağam. Eləcədə Korrupsiyaya Qarşı Mübaizə idarəsinə rəsmi müraciət edəcəyəm və qəbula yazılcağam. Milli Məclisin rəhbərinə və yaşadığım ərazidən millət vəkili seçilən deputatımıza rəsmi müraciət edəcəyəm. Onlarla şəxsin pozulmuş hüquqlarının bərpa olunması üçün dövlətimə inanıram və problemin qanunla həll olunmasına çalışıcağam".

İlqar Kərimovla bir neçə dəfə əlaqə saxlasaq da suallarımıza cavab ala bilmədik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 468   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahdağda qar yağıb

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd

31 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr