Pitbul azərbaycanlı iş adamının burnunu qopardı
Türkiyənin Samsun şəhərində azərbaycanlı iş adamı və onun həyat yoldaşı pitbull cins itin hücumuna məruz qalıb. İt 35 yaşlı Arif Şehrinin burnunu qoparıb.
Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, Samsunun Yeşildere məhəlləsində işə gedən 35 yaşlı Arif Şehri və həyat yoldaşı Fardina Şehriyə küçədə it hücum edib. A.Şehri bildirib ki, pitbull küçədə dayanmış maşınların birində, xaltasız olub. Həyat yoldaşı itdən qorxub, amma itin sahibi bildirib ki, qorxmağa səbəb yoxdur, it dişləmir. Arif itə yaxınlaşıb, heyvan qəflətən onun üzərinə atılıb, burnunu qoparıb. İt sahibinin köməyi ilə ərazidən uzaqlaşdırılıb. Küçədən keçənlərin köməyi ilə əraziyə polis və təcili tibbi yardım çağrılıb. Azərbaycanlı iş adamı xəstəxanaya yerləşdirilib, onun üzərində cərrahi əməliyyat aparılıb.
"Həyat yoldaşımla evdən çıxıb işə gedirdim. Bir maşın gəldi, içərisində pitbull cins iti vardı. İt bağlı deyildi, ağızlığı və xaltası yox idi. Həyat yoldaşım itdən qorxur, buna görə də qaçmağa başladı. İtə tərəf gedərək yoldaşımı qorumaq istədim. Sahibi dedi ki, onun iti dişləmir, narahatlığa əsas yoxdur. Amma it bir anda üstümə atıldı və burnumu qopardı. Əraziyə gələn polis əməkdaşları burnumun qopmuş hissəsini axtarmağa başlayanda özümə gəldim. Həyat yoldaşım hadisənin şokundan ayıla bilmir",- Arif başına gələnləri danışıb.
Şikayətçi deyib ki, onun yerində azyaşlı uşaqlar da ola bilərdi. Cərrahi əməliyyat olunsa da, nəfəs almaqda çətinlik çəkir. Buna görə də itin sahibindən şikayət edib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2482 Tarix: 20 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtoxuliqan polisi maşınla vurub
Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi
17 sentyabr 2021Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO
Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə
11 sentyabr 2021Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü
Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind
12 sentyabr 2021Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA
"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y
11 sentyabr 2021Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO
Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib
12 sentyabr 2021Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb
Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində
17 sentyabr 2021Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə
14 sentyabr 202119 yaşlı ana doğuş zamanı öldü
Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır
13 sentyabr 2021Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR
Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind
13 sentyabr 2021