"Biz birlikdən doğacaq gücün nə olduğunu Qarabağ zəfəri zamanı göstərdik" - Fəxrəddin Altun

"Biz birlikdən doğacaq gücün nə olduğunu Qarabağ zəfəri zamanı göstərdik" - Fəxrəddin AltunTürkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun jurnalistlərə açıqlamasında Türk Şurası Media Forumunda ilk iclası keçirilən Türkiyə-Azərbaycan Ortaq Media Platforması ilə bağlı fikirlərini bölüşüb. SİA xəbər verir ki, ötən ilin sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Prezidentin köməkçisi Hikmət Hacıyevlə birlikdə platforma sazişini imzaladıqlarını xatırladan Altun platformanın anlaşma memorandumu ilə qurulduğunu və o gündən etibarən mexanizminin üzərində işləndiyini bildirib.

Yaradılmış işçi qrupunun iclasına Hikmət Hacıyevlə sədrlik etdiklərini qeyd edən F.Altun "Bu platforma əslində praktikada həyata keçirdiyimiz əməkdaşlığı qurumsallaşdırdığımız bir platformadır. İlk növbədə biz belə bir platformanın nələrə qadir olduğunu nümayiş etdirmiş və sınaqdan keçirmiş olduq. Dünən keçirdiyimiz işçi qrupunun iclasında ilk növbədə qurumsal potensialımızı qarşılıqlı olaraq necə artıra biləcəyimiz haqqında danışdıq. Bu işçi qrupu iki ölkənin media və kommunikasiya sahəsindəki qabaqcıl qurumların təmsilçilərindən ibarət bir qrupdu. Qurumlarımızın bir-biri ilə daha çox ünsiyyət qurmasını necə təmin edə biləcəyimizlə bağlı yol xəritəsi üzərində işlədik. Konkret layihələrin üzərində dayandıq. Bundan əlavə, 6 sahədə iş komitələri yaratdıq. Bu iş komitələri ilə birlikdə qarşıdakı dövrdə daha konkret layihələr həyata keçirmək imkanı əldə edəcəyik", - deyib.

Platformanın yaşaması və qurumsallaşması baxımından əhəmiyyətli olan Qanunvericilik və Tənzimləmə Komitəsinin həyata keçirildiyini vurğulayan Altun sözlərinə belə davam edib: "Bu, son dərəcə əhəmiyyətli bir komitədir, çünki bu mexanizmi düzgün bir şəkildə qurarsaq, Türk Şurasına üzv bütün dövlətlərin, Orta Asiyadakı türk cümhuriyyətlərinin bu ortaq platformaya öz töhfəsini verə biləcəyinə inanırıq. Bu, Türkiyə və Azərbaycan arasında ortaq media platformasıdır, lakin biz Türk Şurasına üzv bütün dövlətləri bu platformaya dəvət edirik. Biz bu birlikdən doğacaq gücün nə olduğunu Qarabağ zəfəri zamanı göstərdik".

Digər işçi komitələrinin də əhəmiyyətindən bəhs edən Altun eyni zamanda Beynəlxalq Media Komitəsinin funksiyası haqqında məlumat verib.

"Beynəlxalq Media Komitəsi ilə birlikdə beynəlxalq medianın, Azərbaycan və Türkiyə ilə birlikdə ictimaiyyətin düzgün məlumatlandırılması, digər tərəfdən dezinformasiyaya qarşı güclü bir şəkildə mübarizə aparılması nöqtəsində tez bir zamanda hərəkətə keçirilməsi və məlumatlandırılması üçün sözü gedən komitənin işləməsini nəzərdə tuturuq. Yeni başlamağımıza baxmayaraq qurumlarımızın çox yaxın, səmimi qarşılıqlı əlaqələri var. Güclü qurumsal imkanlara sahibik. Bunları birləşdirdiyimiz zaman yeni bir sinerji ortaya çıxacaq. Biz buna inanırıq. Prezidentimizin və cənab Prezident İlham Əliyevin bu məsələdəki siyasi qətiyyəti və iradəsi qarşımıza çox aydın bir hədəf qoyur. Bu hədəfi həyata keçirmək üçün media və kommunikasiya sahəsində ciddi səy göstərəcəyik.

Qarabağ zəfəri bizə daha bir şey göstərdi. Biz təkcə meydanda deyil, birlikdə olduğumuz zaman kommunikasiya sahəsində də qalib gəlirik. Bunun son təzahürü olaraq bu qurumsal struktur ortaya çıxacaq. Bir daha bu kontekstdə çağırış etmək istəyirəm. Birlik, bərabərlik içində olsaq, türk dünyası olaraq bizə qarşı aparılan dezinformasiyaya qarşı çıxa bilərik. Dünya ictimaiyyətini və öz ictimaiyyətimizi doğru şəkildə məlumatlandıra bilərik. Beləliklə, türk dünyası və ölkələrimizlə bağlı qarşılığı sistemli şəkildə idarə edən aktyorlara qarşı da əsl mübarizə aparılar. Əslində müdafiədə deyil, hücumda ünsiyyət yanaşması ilə hərəkət edilə bilər. Bu çərçivədə sona qədər əlimizdən gələni edəcəyik", - deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1255   Tarix: 25 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10 noyabr
.

Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib. Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizi

9 noyabr
.

Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən mükəmməl və mütərəqqi sənəddir

"Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yeni Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır. Milli Konstitusiyamızın hüquqi dövlət quruculuğunda müstəsna əhəmiyyəti var". Bu fikirləri -a açıqlamasında AMEA A.A.Bakıxano

11 noyabr
.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

10 noyabr
.

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10 noyabr
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11 noyabr
.

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin

9 noyabr
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr