Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməsi mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.
Belə hallarda vətəndaşlar bəzən hara müraciət etməli olduqlarını, zəbt olunmuş ərazini hansı hüquqi yollarla geri qaytara biləcəklərini və mübahisənin həlli üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu cür hallarda mülkiyyətçi hansı hüquqi addımları atmalı, qonşunun zəbt etdiyi torpaq sahəsini necə geri qaytarmalıdır?
Mövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli Sonxeber.az-a açıqlamasında bildirdi ki, belə bir vəziyyətlə qarşılaşdıqda, ilk növbədə emosional davranmaqdan və münaqişəni özbaşına həll etməyə çalışmaqdan çəkinərdim. Çünki torpaq sahəsi ilə bağlı mübahisələrdə əsas məsələ şəxsi münasibətlər deyil, mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada qorunmasıdır. İlk addım olaraq, torpaq sahəsinin hüquqi statusunu və sərhədlərini təsdiq edən sənədləri - çıxarışı, torpaq planını və kadastr məlumatlarını araşdırardım. Daha sonra faktiki istifadə olunan ərazi ilə sənədlərdə göstərilən sərhədləri müqayisə edər, zərurət olduqda mütəxəssis tərəfindən yerində ölçmə və kadastr yoxlamasının aparılmasını təmin edərdim.
Əgər qonşunun həqiqətən də torpaq sahəmin bir hissəsini qanunsuz olaraq zəbt etdiyi müəyyən olunarsa, ilk növbədə məsələni qarşılıqlı razılaşma və qanuni dialoq yolu ilə həll etməyə çalışardım. Bununla belə, bu cəhd nəticə verməzsə, müvafiq dövlət orqanlarına müraciət edərək qanun pozuntusunun araşdırılmasını tələb edərdim. Mülkiyyət hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək də hüquqi mexanizmlərdən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi mülkiyyət hüququnu təmin edir. Mülki Məcəllənin 157-ci maddəsi isə mülkiyyətçinin hüquqlarının müdafiəsi mexanizmlərini müəyyən edir. O cümlədən, mülkiyyətçi qanunsuz sahiblikdən əmlakının geri qaytarılmasını və mülkiyyət hüququnun pozulmasının aradan qaldırılmasını tələb edə bilər.
Burada xüsusilə vurğulamaq istərdim ki, qonşunun torpaq sahəsini zəbt etməsi faktı sübutlarla təsdiqlənməlidir. Bu məqsədlə mülkiyyət sənədləri, kadastr planı, geodeziya ölçmələri, foto və video materiallar, eləcə də digər hüquqi əhəmiyyətli sübutlardan istifadə edilə bilər. Mənim prinsipial mövqeyim ondan ibarətdir ki, heç kəs öz hüququnu qanunsuz üsullarla müdafiə etməməlidir. Qanunun aliliyi, mülkiyyət hüququnun toxunulmazlığı və mübahisələrin hüquqi müstəvidə həlli əsas götürülməlidir. Nəticə etibarilə, belə bir vəziyyətdə məqsədim qonşu ilə münaqişə yaratmaq deyil, pozulmuş mülkiyyət hüququnu qanuni, obyektiv və sübutlara əsaslanan şəkildə bərpa etmək olardı. Çünki hüquqi dövlətdə hər bir şəxsin hüququ qorunmalı, heç bir şəxs digərinin mülkiyyət hüququnu özbaşına məhdudlaşdıra bilməməlidir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
Ukrayna Məsut Özili ittiham etdi