2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
2027-ci ildə pensiyaların 7,5 faiz artırılması nəzərdə tutulur. Bu məqsədlə 575,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 639-640 manata çatacağı gözlənilir. Bununla belə, pensiyaların nominal artımı onların real alıcılıq qabiliyyətinin də eyni səviyyədə yüksələcəyi anlamına gəlmir. Belə ki, 2027-ci il üçün orta illik inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılır.
Ərzaq məhsullarının, kommunal xidmətlərin, dərmanların və digər gündəlik tələbat mallarının qiymətləri fonunda pensiyaların nəzərdə tutulan indeksləşdirilməsinin yaşlı insanların sosial rifahına nə dərəcədə təsir edəcəyi sual doğurur. Maraqlıdır, 7,5 faizlik artım pensiyaçıların real alıcılıq qabiliyyətini qorumaq üçün kifayət edəcəkmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, pensiyaların 7,5 faiz artırılması müəyyən mənada pensiyaçıların gəlirlərinin qorunmasına kömək edəcək. Lakin bu artımın onların real alıcılıq qabiliyyətini tam qoruyacağını demək çətindir. Çünki pensiyaçılar əsasən ərzaq, dərman və kommunal xidmətlərə daha çox vəsait xərcləyirlər. Bu məhsul və xidmətlərin qiymət artımı isə ümumi inflyasiya göstəricisindən yüksək ola bilər. Məsələn, pensiya 600 manatdırsa, 7,5 faizlik artım onun üzərinə cəmi 45 manat əlavə edir.
Əgər həmin dövrdə ərzaq və dərman xərcləri daha sürətlə bahalaşarsa, pensiyaçı nominal olaraq daha çox pul alsa da, əvvəlki həcmdə məhsul və xidmət əldə edə bilməyəcək. Digər tərəfdən, orta pensiyanın 639-640 manata çatması bütün pensiyaçıların bu məbləğdə pensiya alacağı demək deyil. Buna görə də indeksləşdirmə ilə yanaşı, xüsusilə aşağı pensiya alan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi də vacibdir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıl və gümüş bahalaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 4 132.6 ABŞ dollarına bərabər olub. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,14% artaraq 53.06 dollar təşkil edib
9 noyabrAzərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 % artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 243,366 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur. Oktyabr ayında Türkiyə Azərbaycana 29,872 milyon ABŞ dolları dəyərind
9 noyabrAzərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra
9 noyabrXəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
9 noyabrMərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb
Bu il oktyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrın sonu ilə müqayisədə 67 milyon dollar və ya 0,44% çoxdur. Ötən ilin oktyabr ayının sonu ilə müqayisədə isə ehtiyatlar 4 milyar
3 noyabrAzərbaycanda son 6 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq
Azərbaycanda 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-c
4 noyabrƏmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 05
28 oktyabrBrent bir barel üçün 114,61 dollara düşdü
Yaxın Şərqdəki gərginliyin azaldılması ümidləri fonunda neft qiymətləri çərşənbə axşamı səhəri düşməyə davam etdi. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 1,2 dollar (1,02%) ucuzlaşaraq bir barel üçün 114,61 dollara düşüb. Bazar ertəsi günü Brent markal
27 oktyabrBaytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Gazırda baytarlıq pasportunun verilməsinə gör
5 noyabr