Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEO

Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEOBakıda kişi tanışları ilə birləşib sevgilisini yataqda öldürüb.

Lent.az-ın istintaq materiallarına əsasən, əldə etdiyi məlumata görə, dəhşətli qətl qadının evindən oğurluq etmək məqsədilə törədilib.

Məlumata görə, hadisə paytaxtın Yeni Yasamal-1 yaşayış massivində qeydə alınıb. Həmin mənzildə yataq otağındakı çarpayının üzərində 1970-ci il təvəllüdlü Maya Kərimovanın meyiti aşkar edilib. Mətbəx otağındakı divanda, açıq vəziyyətdə, üstündə açar olan kiçik çamadan tapılıb. Maddi sübut kimi yataq otağından qana bulaşmış paltarlar, qan nümunələri və hamamda olan kül qabının üzərindən əl-barmaq izləri götürülüb.
Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEOƏməliyyat çəkilişi

Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində sentyabrın 29-da şübhəli şəxs qismində Lənkəran şəhərində qeydiyyatda olan, 2001-ci il təvəllüdlü Rəsul Quluzadə və Heydər Nəsirli tutulublar. Dindirilərkən onlar bildiriblər ki, qadını tanışları Farid Axundov pul ələ keçirmək məqsədi ilə qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, 2019-cu il sentyabrın 23-ü gecə saat 1:15-də Farid Axundov, Rəsul Quluzadə və Heydər Nəsirli quldurluq məqsədi ilə Yeni Yasamal-1 yaşayış massivində Maya Kərimovanın evinə basqın ediblər. Yatmış vəziyyətdə olan Maya Kərimovaya bıçaqla 6 dəfə zərbə vuraraq, onu xüsusi amansızlıqla qəsdən öldürüblər. Mənzildə axtarış apararaq 10.000 avro, 6.000 dollar, 10.219 manat dəyərində qızıl-zinət əşyalarını, 1.015 manat dəyərində 2 ədəd mobil telefonu və 35 manat dəyərində pul kisəsini ələ keçirib hadisə yerini tərk ediblər.

Təhlükəsizlik kamerasına baxarkən müəyyən olub ki, Nəsimi rayonunda yerləşən kommersiya bankına saat 16:55-də bir nəfər əlində sellofan, əynində qara rəngli köynək və cins şalvar olan oğlanın kassaya yaxınlaşıb və 100 dollar təqdim edib. Həmin şəxs kassadan ona təqdim olunmuş manat və qəpikləri kağız sənədlə birlikdə götürərək, oradan uzaqlaşıb. İstintaq zamanı həmin şəxsin Farid Axundovun qayını İsmayıl Becanlı olması məlum olub.
Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEOOğurlanan pullar

Məhkəmədə ifadə verərkən təqsirləndirilən Farid Axundov Maya Kərimovanı hələ universitetdə oxuduğu vaxtdan tanıdığını bildirib. Onunla təsadüfən şəhərlərarası avtobusda tanış olub, aralarında yaxın münasibət yaranıb. Maya heç vaxt ailə həyatı qurmayıb. Sevgili olduqları müddətdə qadın daim onu pulla təmin edib, əksər xərclərini ödəyib. Onun sözlərinə görə, Maya sələmə pul verməklə məşğul olub.

İstintaq materiallarına əsasən, gənc oğlan hətta bir neçə dəfə evində olan pulları oğurlamaq istəsə də, qorxduğu üçün fikrindən yayınıb. 2016-cı ildə Farid evləndikdən sonra Maya ilə demək olar ki əvvəlki münasibətini kəsib. Ara-bir telefonla danışıb, nadir hallarda görüşüb. Mayanın Yasamal rayonunda yaşadığı evdə dəfələrlə olub. Farid təxminən 6-7 il olar ki, marixuana və metadon adlı narkotik maddələr qəbul edib.
Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEOƏməliyyat çəkilişi

Narkotik vasitələri Lənkəran rayonunda tanımadığı adamlardan alıb. 2019-cu ilin avqust ayında işdən çıxdıqdan sonra lizinqə "Khazar" markalı ağ rəngli avtomobil götürüb. Taksi fəaliyyəti ilə məşğul olub. Lənkəran rayonundan olan Rəsul Quluzadəni uşaqlıqdan tanıyıb. Son vaxtlar "Topaz"da mərc oyunları ilə əlaqədar 2500 dollar məbləğində pul borcu yaranıb. Evdə olan özünün və həyat yoldaşının qızıl-zinət əşyalarını "Gənclik" metrostansiyasının yanında, Atatürk prospekti, 2 ünvanında yerləşən "Lombard"da qoyaraq təxminən 1500 manat pul alıb. Sentyabrın 19-da Mayaya zəng edəndə, qadın anası xəstələndiyi üçün Lənkəranda olduğunu deyib. Zəng vurmaqda məqsədi görüşmək, Mayanı evində yuxuya verərək pullarını ələ keçirmək olub. Bunu Rəsula da bildirib. Ayın 21-də narkotik maddə almaq üçün tanışı ilə Lənkərana yollanıb. Rəsulu evlərinə qoyduqdan sonra 200 manata metadon, 50 manata isə marixuana alıb. Həmin gün Rəsulla Bakıya qayıtıblar. Yenə telefon əlaqəsi saxladıqda, Maya ayın 22-də qayıdacağını, işini qurtardıqdan sonra istədiyi vaxt evinə gəlməyini bildirib. Sentyabrın 22-də Rəsul və sonuncunun dostu Heydərlə birlikdə "28 may" metrostansiyasının yaxınlığında görüşüblər. O, Rəsula bu gecə Mayanın evinə gedəcəyini, aldığı yuxu dərmanını verərək onu yatızdıracağını və pullarını götürəcəyini söyləyib.

Onun fikrincə həmin sözləri Heydər eşitməyib. Ordan birbaşa Yeni Yasamala gəliblər.
Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEOƏməliyyat çəkilişi

Əl izlərinin qalmaması üçün aptekdən ağ rəngli rezin əlcək alıb. Təxminən saat 21:30-da binanın qabağında avtomobili saxlayıb, Rəsulla Heydərə oturub, gözləməyi tapşıraraq, qadını yatızdırıb, pulları götürüb, gələcəyini bildirib. Marketdən çörək, kompot və Mayanın istədiyi siqareti alıb, qalxıb. Dərmanı kompotun içinə atdığı üçün, rəngi bir az dəyişib. Aradan bir müddət keçmiş evə Mayanın tanışı və onun həyat yoldaşı gəlib, sələmin qalan faizi olan 300 dolları veriblər. Qadın həmin məbləği yataq otağındakı şkafa qoyub. Farid bir az söhbət edəndən sonra Maya ilə cinsi əlaqədə olublar. Gecə saat 1 radələrində artıq onun yatdığını görüb. Mənzildə gəzməyə və siqaret çəkməyə başlayıb. Nə edəcəyini tam qətiləşdirməyib. Evin qapısını açıq qoyub ki, Rəsul gələndə rahat daxil olsun.

Narkotik maddənin təsiri altında olduğundan tam özündə olmayıb. Mətbəxdən bıçağı götürüb, Mayanın sol tərəfində uzanıb.
Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEOQətldə istifadə olunan bıçaq

Heydərə zəng vurduqdan sonra, Rəsulun evə girdiyini görüb. Bıçağla qadının kürəyinə iki zərbə vurub. Maya qışqırdıqda, cəld onun üzərinə çıxıb və onu boğmağa başlayıb. Qadına "bağışla məni deyib" kürəyinə və qarnına xəsarətlər yetirib.

Bıçaq zərbələrindən biri Mayanın ağzını tutan Rəsulun sağ qoluna dəyib. Boğazından tutub, sıxanda artıq zəiflədiyini hiss edib və üstündən qalxıb. Rəsula Mayaya baxmasını, ölmədiyi halda onu yastıqla boğmasını tapşırıb. Əlcəkləri geyinib, yataq otağındakı şkafdan kodlu və açarla açılan çamadanı götürüb. İçərisində tapdığı avro, dollar və manat əskinazlarını qara pul kisəsinə qoyub. Mərhumun bəzək əşyalarının arasından üzük və sırqaları götürüb. 2 ədəd smartfon telefonunu da ələ keçirərək, onları söndürüb. Bundan sonra izləri itirməkdən ötrü Rəsula evi dağıtmağı deyib. Bıçağı gödəkçəsinin cibinə qoyub. Maşını özü sürüb. Heydərə Mayanı öldürdüklərini deməyiblər.

Onu yaşadığı evin yanında düşürüblər. Bir az getdikdən sonra ona 100 dollar verib, heç kəsə heç nə danışmamağını bildirib. "Qələbə" dairəsini keçəndən sonra körpünün üzərində Mayanın telefonlarını pəncərədən asfalta çırpıb sındırıb.
Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEOOğurlanan qızıllar

Avtomobili həyətdə saxlayıb, Rəsula 2000 dollar, 500 avro və dəqiq sayını bilmədiyi manat əskinazı verib. Daha sonra özü tək yaşadığı mənzilə qalxıb, dostu maşında qalıb. Evə girdikdə qayını İsmayıl qonaq otağında olub. Puldan bir qədər götürüb, qalanını və götürdüyü qızıl əşyaları saxlaması üçün arvadına verib. Xarici pasportunu götürüb. Dəyişdiyi paltarlar və bıçaq olan sellofanı götürüb aşağı düşüb. Evlərinə yaxın olan bulvarın yeni salınmış hissəsində bıçağı dənizə, paltarları isə zibil qutusuna atıb. Sonra Rəsulla birlikdə maşınla Heydər Əliyev adına Hava Limanına gediblər. 400 manata sentyabrın 23-ü saat 14-də Moskva şəhərinə olan bilet alıb. Valyuta dəyişmə məntəqəsində təxminən 1000 avro pulu dəyişib.

Səhərisi gün avtomobili icarəyə götürdüyü yerə apararaq maşını və açarları mühafizəçiyə təhvil verib. Ordan taksi ilə Əhmədli qəsəbəsinə, Ukrayna dairəsi yaxınlığında yerləşən, "TopAz" məntəqəsinə yollanıb. Tərlan adlı şəxsə 2500 dollar ödəyib. Sonra "Gənclik" metrosunun yanına gəlib və lombarda 1800 manat pul verib, qaynının səhər qızıl əşyaları gəlib, götürəcəyini bildirib. Rəsul və İsmayılla sağollaşıb taksi ilə hava limanına gedib. Aviareyslə Moskvaya uçub.
Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEOHadisə baş verən evdən foto

2 gün oteldə qalıb avireyslə İstanbul şəhərinə yollanıb. Bu müddət ərzində 4000 dollara yaxın pulu xərcləyib.

Tutduğu əməli dərk edərək Azərbaycana qayıdıb, təslim olmağı qərarlaşdırıb və oktyabrın 2-də aviareyslə İstanbuldan Bakıya qayıdıb. Ayın 3-nə keçən gecə hava limanında polis əməkdaşları tərəfindən saxlanılıb.

F. Axundovun yaşadığı Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsindəki evdə onun arvadı könüllü olaraq, oğurlanan 6550 avro və qızıl əşyaları təqdim edib.

İfadə verən Rəsul Quluzadə qeyd edib ki, Maya Kərimovanın mənzilindən pul götürsə də onun qətlə yetirilməsində iştirak etməyib.

R. Quluzadə tutulmağından qorxduğu üçün qadının öldürülməsi ilə bağlı sonradan polisə məlumat verməyib. Əvvəlcədən Farid Mayanı öldürəcəyi ilə bağlı ona heç nə deməyib. O, evə daxil olanda qadın artıq hərəkətsiz vəziyyətdə olub.
Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEOHadisə baş verən evdən foto

Zərərçəkmiş şəxsin qardaşı Elmar Kərimov ifadəsində göstərib ki, bacısı Maya Kərimova heç vaxt rəsmi qaydada ailə qurmayıb. Təxminən 10 il olar ki, soyadını bilmədiyi Orxan adlı şəxslə qeyri-rəsmi yaşayıb. 2019-cu il sentyabrın 12-dən 22-dək bacısı Lənkəranda qalaraq, anasına qulluq edib. Həmin gün Mayanı taksi ilə Bakıya yola salıb. Axırıncı dəfə onunla həyat yoldaşı Arzu Kərimova telefonla saat 23 radələrində danışıb. Maya həmin vaxt evdə tək olduğunu deyib.

Bacısının öldürüldüyünü səhərisi gün öyrənib və bununla əlaqədar arvadı ilə paytaxta gəlib. Mayanın kiməsə borcu olması, faizə pul verib-verməməsi barədə məlumatı olmayıb.

Şahid Orxan Abdullayev bildirib ki, Maya Kərimova ilə 5 il əvvəl dostunun rəfiqəsi vasitəsi ilə tanış olub. Mütəmadi görüşərək onun evində qalıb, aralarında ər-arvad münasibətləri yaranıb. Mayanın ondan başqa, hansısa bir kişi ilə münasibətinin olub-olmamasını bilməyib. Olubsa da o, bunu hiss etməyib. Qadın sələmə pul verib. Son vaxtlar Finlandiyada yaşayan bacısı İlahət Kərimova da ona maddi köməklik göstərib. Axırıncı dəfə Maya ilə sentyabr ayının 4-də onun mənzilində görüşüb. Görüş vaxtı qadın ona Lənkəran şəhərində yaşayan anasının onkoloji xəstə olduğunu və yanına gedəcəyini deyib. Sentyabrın 23-də ona zəng vurub, Mayanın yaşadığı evdə öldürüldüyü bildirilib. Dərhal ora getdikdə ərazidə çoxlu sayda insanların, polis və prokurorluq əməkdaşlarının olduğunu görüb.İlk dəfə polis əməkdaşlarından əvvəllər eşitmədiyi "Farid Lənkəranlı" adlı şəxsin Mayanın evində olmasını öyrənib.

Məhkəmə prosesində Farid Axundov ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, zərəçəkənin nümayəndəsinə atası pulu qaytarıb. Rəsul Quluzadə və Heydər Nəsirli özlərini təqsirli bilməyiblər.
Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEOƏməliyyat fotosu

Məhkəmə hesab edib ki, Farid Axundov, Rəsul Quluzadə və Heydər Nəsirlinin əməlləri CM-nin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 170.3-cü (yetkinlik yaşına çatmayanı, ağır cinayətin törədilməsinə cəlb etmə) maddələrinin dispozisiya şərtlərinə uyğundur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Farid Axundov 18, Rəsul Quluzadə və Heydər Nəsirli hər biri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 13094   Tarix: 25 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü

Paytaxtın Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 28-i saat 21 radələrində Nəcəfzadə Bahəddin Əfqan oğlunun idarə etdiyi "Lada Granta" markalı avtomobil prospektin "Koroğlu" metro stansiyası istiqamətind

30 oktyabr
.

Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırmas

29 sentyabr
.

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini

11 noyabr
.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

5 oktyabr
.

Atasını öldürən Ayxana 1 il yarım həbs verildi

Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb. 19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayə

14 oktyabr
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

1 oktyabr
.

"Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş

Bakıda "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Cəlal Mirağayevi qətlə yetirməkdə şübhəli bilinən Emin Qoşqar oğlu Rəhimov ("Sabunçu Emin" ləqəbli) və dostu Elmar Sücayət oğlu Cəfərov başqa cinayətə görə axtarışda olublar. xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatda

27 oktyabr
.

Vüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı

Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye

8 oktyabr