Ölkə üzrə koronavirusa yoluxan şagird və müəllimlərin sayı AÇIQLANDI
Respublikanın ümumtəhsil məktəbləri üzrə bu vaxta qədər 5042 şagird və 3388 müəllim koronavirusa yoluxub.
Sonxeber.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, ölkədə mövcud 4432 ümumtəhsil məktəbindən 31-i distant təhsilə keçib.
"Ümumtəhsil məktəbləri arasında distant təhsilə keçid 0,7 faiz təşkil edir. Həmçinin respublika üzrə 89 min 674 sinifdən 697-də ənənəvi tədris dayandırılmışdı. Bu da ümumi siniflərin 0,78 faiz təşkil edirdi. Artıq onlardan 155-i 2 həftəlik karantin müddəti bitdikdən sonra ənənəvi təhsilə qayıdıb, 542 sinif isə hələ də distant təhsildədir. Bu da 0,6 faiz edir.
Bu günə qədər ölkədə 1 milyon 595 min 108 şagird təhsil alır, onlardan 5042 nəfəri, yəni 0,32 faizi COVID-19 infeksiyasına yoluxub. Müəllimlər arasında yoluxma halı isə 3388 nəfərdə müəyyən edilib ki, bu da ümumi müəllimlərin 1,47 faizini təşkil edir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1221 Tarix: 27 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə
24 sentyabrBakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabr