Bu avtobusdan sərnişinlər ŞİKAYƏT EDİR
Redaksiyamıza 202 nömrəli avtobusla bağlı şikayət daxil olub.
Sonxeber.az-ın verdiyi məlumata görə, vətəndaş Nərimanov rayonunun Fətəlixan Xoyski küçəsində, Talassemiya Mərkəzi ilə üzbəüz yerləşən dayanacaqda 202 nömrəli avtobusun dayanmamasından şikayətçidir.
Onun sözlərinə əsasən, içində sərnişinlərin az olmasına baxmayaraq, adıçəkilən dayanacaqda saxlamayan avtobus həm də son bir ayda çox gec-gec gəlir.
Maraqlıdır, buna səbəb nədir?
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev saytımıza açıqlama verib.
O bildirib ki, bu xətt ən problemli xətlərdən biridir:
"Problemlərin olması ilə bağlı dəfələrlə daşıyıcı qarşısında məsələ qaldırılıb, onların həlli üçün tapşırıq verilib. Hazırda 202 nömrəli avtobus ilə sərnişin daşımaları "Çinar-Trans" MMC şirkəti tərəfindənn icra olunur. Problem aradan qaldırılmadığı təqdirdə onunla vidalaşacağıq, xətt başqa daşıyıcıya, yəni işini daha yaxşı görən bir şirkətə həvalə olunacaq".
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2726 Tarix: 27 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə
24 sentyabrBakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabr