"Qarabağ" "Neftçi"ni darmadağın etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Sonxeber.az-ın məlumatına görə, günün ikinci martçında "Qarabağ" son çempion "Neftçi"ni qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə "köhlən atlar" daha üstün başlayıb. 10-cu dəqiqədə Filip Ozobiç meydan sahiblərini hesabda önə keçirib. 4 dəqiqə sonra isə Abdullah Zubir "ağ-qaralar"ı növbəti dəfə mərkəzə dəvət edib. Ozobiç 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.
"Neftçi"nin müdafiəçisi Ömər Buludov 37-ci dəqiqədə zədələndiyi üçün görüşə davam edə bilməyib. Onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub. 90+2-ci dəqiqədə Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Qarabağ" vahid lider olub. Qonaqlar isə 17 xalla ikinci sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə üstələyib. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1570 Tarix: 30 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - VİDEO
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Seltik" - "Beşiktaş" matçından (3:2) sonra maraqlı hadisə yaşanıb. -a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib. O, qarşılaşma başa çatdıqdan sonr
7 noyabrHarri Keyn Avropanın ən çox maaş alan futbolçusu olub
"Bavariya"nın hücumçusu Harri Keyn yeni müqavilə imzaladıqdan sonra Avropanın ən yüksək məvacibli futbolçusuna çevrilib. xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Münhen təmsilçisi noyabrın 5-də 33 yaşlı ingiltərəli forvardla 2029-cu il iyunun 30-dək qüvvədə olaca
11 noyabrFormula 1 tarixinin ən gənc qalibi oldu
"Mercedes"in 20 yaşlı italyan pilotu Kimi Antonelli Meksika Qran-prisində 3-cü yeri tutaraq Formula 1 tarixinin ən gənc qalibi adını qazanıb. "Qafqazinfo" xəbər verir ki, Mexikodakı Hermanos Rodriges trasında keçirilən 71 dövrəlik gərgin yarışı "Red Bull"un sürücüsü Mak
3 noyabr"Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti qələbəsini qazanıb. xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Türkiyənin "Trabzonspor" kollektivi ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasındakı görüş "Sabah"ın qalibiyyəti ilə bitib
10 noyabrRafinya UEFA Çempionlar Liqasında Neymar və Rivaldonu geridə qoyub
İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb. xəbər verir ki, 29 yaşlı hücumçu buna "Aston Villa"nı məğlub etdikləri (3:0) Liqa mərhələsinin IV turunun oyununda nail olub. Görüşdə dubl edən braziliyalı forvard Kataloniya təmsilçisini
4 noyabr"Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb
Niderlandın "Tvente" klubu tarixinin ən böyük səfər qələbəsini qazanıb. xarici mediaya istinadən xəbər verir ki, Enshede təmsilçisi bunu çempionatının XI turunda "Ekselsior" üzərində 9:0 hesablı qələbə qazanmaqla reallaşdırıb. Bu, həmçinin "Ekselsior" üçün Niderland çempionatınd
4 noyabrViktor Osimhen əməliyyat olundu
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Osimhen əməliyyat olunub. xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Nigeriyalı hücumçu UEFA Çempionlar Liqasında "Ştutqart"la matçda sol dizindən zədə alıb. Aparılan maqnit rezonans tomoqrafiya (MRT
8 noyabr"Qarabağ" 11 ildən sonra ardıcıl üç oyunda heç-heçə edib
"Qarabağ" 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç-heçə edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Belə ki, "Neftçi" (3:3), "Sabah" və "Qəbələ" (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan 1
3 noyabr