Azərbaycan Kimya Cəmiyyətinin növbəti vebinarı keçirilib
Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) təşkilatçılığı ilə "Alternativ yanacaqların istilik-fiziki xassələri" mövzusunda vebinar keçirilib.
Tədbirdə Diasporla iş üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Almaniya Azərbaycanlıları Alyansının, AMEA-nın Kimya Elmləri Bölməsi və Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dəstəyi ilə Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrinin müəllimləri, tədqiqatçıları və tələbələri iştirak edib.
Cəmiyyətin elm, təhsil və tədqiqat üzrə meneceri Dr. Elmir Babayevin moderatorluğu ilə aparılan vebinar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin anılması ilə başlayıb. Tədbirin 8 noyabr – Zəfər Günü ərəfəsinə təsadüf etdiyini xatırladan moderator Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı böyük Qələbənin birinci ildönümü münasibətilə xalqımızı və vebinar iştirakçılarını təbrik edib.
Sonra Almaniyanın Rostok Universitetinin əməkdaşı, Dr. Cavid Səfərov "Alternativ yanacaqların istilik-fiziki xassələri" mövzusunda təqdimatla çıxış edib. Alim alternativ yanacaqlarla yanaşı, ionlu mayelərin, alifatik spirtlərin, dəniz, geotermal və çay sularının istilik-fiziki xassələrinin araşdırılması istiqamətində apardığı tədqiqatlardan və onların nəticələrindən danışıb. Eyni zamanda həmyerlimiz birgə tədqiqat imkanları və gənclərin xaricdə təhsili barədə fikirlərini bölüşüb, sualları cavablandırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1801 Tarix: 01 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenidən su ilə doldurulacaq. -in əldə etdiyi məlumatına görə, hazırda ərazidə təmir və yenidənqurma işlərinə hazırlıq görülür. İşlərin yaxın zamand
28 oktyabr"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı
Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad
27 oktyabrMəktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
Oktyabrın 29-da 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş aparan "Real TV"nin əməkdaşları hücuma məruz qalıblar. -a istinadən xəbər verir ki, telekanalın müxbiri Nigar Namiqin sözlərinə görə, jurnalistlərə hücum edən şəxsləri şagirdləri də təhrik edən məktəbin qarovulçus
29 oktyabrXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib
Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində iki gün ərzində silsilə tədbirlər keçirilib. İlk olaraq Naxcıvan Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi məhdud fiziki imkanlilar ucun Regional İnformasiya Mərkəzində xalq artist
28 oktyabrSabahın havası
Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər
27 oktyabrRamiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Xəbər verdiyimiz kimi, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzası şərti hesab edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunub. -a istinadən xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları
28 oktyabrAzərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK
Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin
27 oktyabr