Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?

Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?Oktyabrın 29-da 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş aparan "Real TV"nin əməkdaşları hücuma məruz qalıblar.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, telekanalın müxbiri Nigar Namiqin sözlərinə görə, jurnalistlərə hücum edən şəxsləri şagirdləri də təhrik edən məktəbin qarovulçusu olub.

Jurnalistin sözlərinə görə, telekanalın əməkdaşı naməlum şəxslərin fiziki hücumuna məruz qalıb, təpik zərbələri alıb, başından və üzündən xəsarətlər yetirilib:

"Əməkdaşımız naməlum şəxslər tərəfindən təpikləndi, başından və üzündən xəsarətlər aldı. Biz vəzifəmizi yerinə yetirib, üstəlik həssas məsələ olduğu üçün etik çərçivələr daxilində çəkiliş aparan zaman belə bir halla qarşılaşdığımız üçün çox təəssüf edirəm. Şəkildəki kişi, qırmızı gödəkçəli oğlan da daxil olmaqla bir neçə nəfəri provokasiya edərək bizim hücuma məruz qalmağımıza şərait yaratdı. Bir də gördüm ki, əməkdaşımız təpiklənir, tapdalanır.

Mənim onları aralaşdırmağa gücüm çatmadı. Əlimdən yalnız özümü itirməyib "102"yə məlumat vermək gəldi. Bu zaman da kənardan nə məktəb işçiləri, valideynlər müdaxilə etdi, nə də jurnalistlər. İnsident törədənləri polis saxladı".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 228   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur brendlər satıldıqdan sonra niyə keyfiyyətini itirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Qlobal brendlərin başqa şirkətlərə satılması bəzən istehlakçıların məhsullara münasibətinə də təsir edir. Alıcıların illərlə etibar etdiyi markanın yeni sahiblik dövründə əvvəlki keyfiyyətini qorumaması, məhsulların tərkibində və istehsal prosesində dəyişikliklərin baş verməsi suallar yaradır. Bəs tanınmı

28 oktyabr
.

Evi kupçasız olanların DİQQƏTİNƏ: Sığorta ilə bağlı vacib məqamlar

Azərbaycanda çıxarışı (kupçası) olmayan evlərin sığortalanması məsələsi vətəndaşlar üçün aktual suallardan biridir. Belə əmlakların hüquqi statusu, tikiliyə dair mövcud sənədlər və mülkiyyət hüququnun hansı əsaslarla təsdiqlənməsi sığorta müqaviləsinin bağlanmasına təsir göstərə bilər. Eyni zamanda

28 oktyabr
.

Bu il həbsxanalarda 3 uşaq doğulub

Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. -a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib. Bu göstərici digər illərlə müqayisədə azdır. Son 5 ildə ən yüksək göstərici isə 2024-cü ildə qeydə alınıb. Son beş ildə cəzaçəkmə müəssisəsində qeydə alınan doğumlar:. 2021-c

29 oktyabr
.

Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto

Yasamal rayonunda 7-ci sinif şagirdinin pəncərədən yıxılaraq həyatını itirməsi ilə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, həyatını itirən G.Dadaşovanın anası 3 il əvvəl qəzada həyatını itirib. Onun atası Salyanda yaşayır. Gülər burada xalası ilə birgə yaşayırmış. Şahidlərin sözlərin

28 oktyabr
.

Kartofda normadan artıq gübrə təhlükəsi: İstehlakçılar necə qorunmalıdır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kartof gündəlik qida rasionunda geniş yer tutan məhsullardan biridir. Lakin satışda olan kartofların tərkibində gübrə qalıqlarının normadan artıq olması ilə bağlı narahatlıqlar istehlakçıların diqqətini bu məhsulun təhlükəsizliyinə yönəldir. Bəs insanlar kartof alarkən onun keyfiyyətini necə müəyyə

28 oktyabr
.

Uşaq nağılında mübahisəli ifadələr: Psixoloji baxımdan nə dərəcədə doğrudur? - PSİXOLOQDAN AÇIQLAMA

Uşaqlar üçün nəzərdə tutulan nağıl kitablarının məzmunu onların yaş xüsusiyyətlərinə və psixoloji inkişafına uyğun olmalıdır. Lakin sosial şəbəkələrdə yayılan bir görüntü bu məsələdə müzakirələrə səbəb olub. Belə ki, "Qanun" nəşriyyatının çap etdiyi, 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutula

27 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

İki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - Video

Xəbər verdiyimiz kimi, dünən saat 14:00 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, DİN-in Baş DYP İdarəsi qəzaya uğrayan avtomobildə texniki nasazlığı

28 oktyabr
.

Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini

28 oktyabr