Dostluq, qardaşlıq və müttəfiqlik rəmzi

Dostluq, qardaşlıq və müttəfiqlik rəmziTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü olduğunu, ölkələrimiz arasında əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrildiyini bir daha təsdiqlədi. Həmçinin bir daha sübut edildi ki, Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə çevrilib, dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır.
Prezident Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Qarabağa ikinci səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməsi, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda "Dost Aqropark"ın təməlinin qoyulması, "ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olması bir daha qardaş ölkənin Azərbaycanın uğurlarını, sevincini paylaşmasına işarədir. Zəngilanda keçirilmiş görüşlər zamanı bir daha dünyaya mesaj verildi ki, iki ölkənin liderləri öz əməli fəaliyyətləri ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə edir, dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilir.
Zəngəzur dəhlizinin təməlinin qoyulması tarixi hadisədir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu ilə Bakıdan İstanbula gedən dəhliz yaradılacaq. Zəngəzur dəhlizinin regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində böyük rolu olacaq. Eləcə də Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətə malik kommunikasiya infrastrukturu formalaşdıracaq. Füzulidə istifadəyə verilmiş, Zəngilan və Laçında tikintisi nəzərdə tutulan hava limanları da regionun inkişafında əhəmiyyətli rol oynayacaq.

Fuad Heydər - politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 914   Tarix: 01 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10 noyabr
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr
.

Xankəndidən səslənən Zəfər təbrikləri

Tarixdə elə anlar olur ki, bir dövlətin siyasi iradəsi sözlə deyil, məkanla təsdiqlənir. Prezident İlham Əliyevin bayram müraciətini Xankəndidə, Şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən xalqa ünvanlaması artıq heç bir müzakirə predmeti olmayan bir reallığın, tamamlanmış suverenliyi

11 noyabr
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

11 noyabr
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

9 noyabr
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11 noyabr
.

Şuşadan dünyaya müttəfiqlik və əbədi qardaşlıq mesajı

Azərbaycanın müasir dövlətçilik tarixi hərbi qələbələrlə yanaşı, strateji diplomatik uğurlar və sarsılmaz dostluq salnaməsi ilə zəngindir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Cənubi Qafqazın siyasi mənzərəsini kökündən dəyişməklə yanaşı, Bakı ilə Ankara arasındakı qardaşlıq tellərin

11 noyabr
.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr