Azərbaycan quruculuq missiyası ilə nümunə göstərir

Azərbaycan quruculuq missiyası ilə nümunə göstərirVətən müharibəsində tarixi qələbəsi ilə Azərbaycan Cənubi Qafqazda tam yeni reallıq yaradıb. Bölgədə dayanıqlı sülhü, təhlükəsizliyi təmin etmək üçün imkanlar yaranıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətlə davam etdirən dövlətimiz, əslində, öz gücünü artırmaqla yanaşı, qonşu ölkələrin də sülh və əmin-amanlıq şəraitində yaşaması, iqtisadi dirçəlişə nail olmaları üçün geniş imkanlar təklif edir. Bununla da Azərbaycan quruculuq missiyası ilə digər dövlətlərə nümunə göstərir. Azərbaycanın təklifini düzgün dəyərləndirmək hazırda Ermənistan üçün tarixi fürsətdir. Belə ki, öz işğalçı siyasəti ucbatından uzun illər iqtisadi blokadada olan Ermənistan, nəhayət, bu təcriddən çıxmaq, qonşu ölkələrlə normal münasibətlər qurmaq imkanı əldə edib.
Azərbaycan öz ali məqsədinə çatıb, torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edib. İndi Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməlidir. Bu ölkə həm Azərbaycan, həm də Türkiyəyə qarşı əsassız ərazi iddialarını birdəfəlik unudub öz qonşuları ilə normal əlaqələr qurmağa çalışmalıdır. Ermənistan bu işdə beynəlxalq hüququn bütün müddəalarına hörmət göstərməli, işğalçılıq siyasətinin heç bir millətə fayda vermədiyini dərk edərək səmimi iradə ortaya qoymalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışında və Zəngəzur dəhlizinin təməlqoyma mərasimindən sonra bəyan etdiyi kimi, Ermənistan Azərbaycanla münasibətlərində səmimi iradə ortaya qoyacağı təqdirdə, Türkiyə ilə də münasibətlərin normallaşması üçün heç bir əngəl qalmayacaq. Ermənistan Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddialarından birdəfəlik əl çəkməyə məcburdur. Bu ölkə öz konstitusiyasında və hərbi doktrinasında bu cür iddiaları ifadə edən müddəalara da dəyişikliklər etməlidir.
Ermənistan anlamalıdır ki, dövlət sərhədləri müvafiq BMT sənədləri ilə təsbitini tapıb. Bu sərhədlərin pozulmasına istənilən cəhd beynəlxalq hüququn kobud pozulmasıdır. Belə ki, dövlətlərin suveren ərazisi toxunulmazdır. Ermənistan hazırda yaranmış tarixi şansdan yararlana bilər, onun başqa yolu yoxdur.

Metin Hüseynov - politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 923   Tarix: 01 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10 noyabr
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr
.

Xankəndidən səslənən Zəfər təbrikləri

Tarixdə elə anlar olur ki, bir dövlətin siyasi iradəsi sözlə deyil, məkanla təsdiqlənir. Prezident İlham Əliyevin bayram müraciətini Xankəndidə, Şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən xalqa ünvanlaması artıq heç bir müzakirə predmeti olmayan bir reallığın, tamamlanmış suverenliyi

11 noyabr
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

11 noyabr
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

9 noyabr
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11 noyabr
.

Şuşadan dünyaya müttəfiqlik və əbədi qardaşlıq mesajı

Azərbaycanın müasir dövlətçilik tarixi hərbi qələbələrlə yanaşı, strateji diplomatik uğurlar və sarsılmaz dostluq salnaməsi ilə zəngindir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Cənubi Qafqazın siyasi mənzərəsini kökündən dəyişməklə yanaşı, Bakı ilə Ankara arasındakı qardaşlıq tellərin

11 noyabr
.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr