"Altı ildir azyaşlı qızıma təcavüz edən ögey atası azadlığa buraxıla bilər"

"Altı ildir azyaşlı qızıma təcavüz edən ögey atası azadlığa buraxıla bilər"Bakıda atalığı tərəfindən 6 il mütəmadi olaraq zorlandığını iddia edən 15 yaşlı qızın ailəsi istintaqın gedişatından narazıdır.

Paytaxtın Xəzər rayonunda yaşayan M.A (qadın) "Qafqazinfo"ya müraciət edərək bildirib ki, ilk evliliyindən bir qızı olandan sonra boşanıb və övladının 4 yaşı olanda Samir Babayevlə ailə həyatı qurub: "Bu evlilikdən 4 oğlum dünyaya gəldi. Qızımın 8-9 yaşı olana kimi Samir daim ona acıqlanırdı, vururdu. Amma 6-7 il əvvəl qəfildən onun münasibəti dəyişdi, qızımla xoş rəftar etməyə başladı.

Bu il avqust ayında mən oğlanları məktəbə aparmışdım, evə qayıdanda gördüm ki, qızım əlində bıçaqla otağın ortasında dayanıb və özündə deyil. O intihar etmək, özünü öldürmək istəyirdi. Qızımı sakitləşdirdim, onu danışdırdım. Qızım 9 yaşından bəri, 6 ildir Samirin onu zorladığını dedi. Onun fiziki və psixoloji vəziyyəti çox pisdir. Hər ikimizin bütün həyatı məhv olub. Mən yatanda, ya da evdə olmayanda dəfələrlə qızıma qarşı seksual hərəkətlər edib".

M.A qeyd edir ki, polisə şikayət etdikdən sonra araşdırma başlayıb və Samir Babayev həbs edilib: "Amma ona çox yüngül maddə ilə ittiham veriblər. Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Ramil Mehdiyev işi səthi ya da qərəzli aparıb. İstintaq vaxtı qızıma ögey atasının onunla qeyri-təbii yolla cinsi əlaqədə olması haqda heç sual verilməyib. DİN-in 102 xidmətində də, ittiham aktında da qızımın bıçaq götürərək özünü öldürmək istəməsi qeyd edilsə də, buna hüquqi qiymət verilməyib. Samir Babayevə özünü öldürmə həddinə çatdırma maddəsi ilə də ittiham verilməli idi. Onun qızımla zorla cinsi əlaqədə olmasına görə də Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham verilməli idi. Bu maddədə cəza səkkiz ildən on beş ilə kimidir. Amma indi Samirə 153.1-ci maddə ilə ittiham verilib. Guya ki Samir qızımla qeyri-təbii yolla əlaqədə olmayıb, sadəcə 1-2 dəfə əxlaqsız hərəkət edib. İttihama görə, bu əxlaqsız hərəkətləri də zor tətbiq etmədən, qızımın öz istəyi ilə edib. Bu maddə ilə tutulan adama ya islah işləri ya da 2 il cəza verilir. Hazırda işə Xəzər rayon məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baxılır. İş biraz da uzansa, Samirə cəza vermək müddəti bitəcək və azadlığa buraxılacaq".

M.A bildirib ki, işin yenidən istintaqa qaytarılmasını və düzgün, ədalətli araşdırma aparılmasını tələb edirlər.

Bununla bağlı da məhkəməyə vəsatət veriblər: "Qızımın psixoloji vəziyyəti çox pisdir. Özgüvəni yoxdur, məktəbə də getmir. Mən hansısa sübut üçün oturub gözləyə bilmərəm axı. Gərək mənim qızım da İmişlidəki 11 yaşlı azyaşlı uşaq kimi hamilə qalardı, sonra işə ciddi və ədalətli baxardılar?"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4863   Tarix: 02 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

11 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

İşə qəbulda 30 yaş məhdudiyyəti, pensiyada 65 yaş - Vətəndaş 35 il necə dolanmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əmək bazarında işə qəbul zamanı yaş amili yenidən müzakirə mövzusuna çevrilir. İstər dövlət, istərsə də özəl sektorda bir çox vakansiyalarda 18-30 yaş aralığında namizədlərə üstünlük verilməsi daha yaşlı işaxtaranların məşğulluq imkanlarını məhdudlaşdırır. Halbuki ölkədə pensiya yaşı 6

12 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr